Məhkəmə qərarları › İş №2(008)-4989/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4989/2021

03.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4989/2021 03.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Səmədər oğluna qarşı “qanunsuz tikiliyə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Səmədər oğluna qarşı “qanunsuz tikiliyə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun himayəsində olan uşaqları 12.06.2004cü il X1 və 14.06.2010-cu il X2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə küçəsində qanunsuz tikiliyə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə həyatı qurduqdan sonra ona məxsus cehiz əmlakları ilə birlikdə mübahisəli S a b u n ç u rayonu, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə küçəsində qanunsuz tikiliyə gəlin köçmüşdür. Həmin mənzildə yoldaşı və o olmaqla digər ailə üzvləri ilə birgə təsərrüfat aparmışdır. Mənzil şəraitinin yaxşılaşdırılmasında iştirak etmişdir. Eldənizlə onun birgə nikahından olan uşaqlar- 12.06.2004-cü il X1 və 14.06.2010-cu il X2 həmin mənzilə yaşayan zaman anadan olmuşlar. Ailə münasibətləri normal olmuşdur. Sonradan ailə münasibətləri pozulduğu üçün nikahı məhkəmə qaydasında pozulması üçün məhkəməyə müraciət etmiş və birgə nikahdan olan uşaqlar onun himayəsində saxlanılmasını xahiş etmişdir. Bundan başqa uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmə tərəfindən uşaqlara 175 manat aliment məbləği müəyyən edilməsini xahiş etmişdir. Onun həmin ünvanda yaşamağı qonşuluqda yaşayan qonşular da təsdiq edə bilərlər. Nikah pozulmadan və yaxud da pozulandan sonra cavabdeh ona bildirmişdir ki, həmin ünvandan onu çıxardacaq onun heç bir payın yoxdu həmin evdə. Lakin uşaqlar artıq böyüyür, onların mənzil şəraiti yaxşılaşdırılmalıdır. Cavabdeh Eldəniz ata kimi üzərinə düşən öhdəliklərini yerinə yetirmir. Lakin cavabdeh nəinki mənzil məsələsini həll etməyi uşağın yemək pulunu belə ödəməkdən yayınır. O, tək qadındır, himayəmsində iki azyaşlı qız uşaqları vardır. Keçmiş həyat yoldaşım uşaqlara aliment ödəmir, valideyn kimi uşaqların yaşayış şəraitini düşünməli və təmin etməlidir. Uşaqlarının maraqları nəzərə alınmalıdır. Hər iki övladı özüm ilə birlikdə mübahisəli mənzildə qeydiyyatdadırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, hal-hazırda Sabunçu rayon Məhkəməsinin icraatınd onunla cavabdeh arasında balanmış nikahın pozulmasına dair mülki iş vardır. Mənzilə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciə etməkdə məqsədi cavabdehin ona qarşı təhdilər etməsidir. Belə ki, o və azyaşlı övladları hal-hazırda həmin qanunsuz tikildə yaşayırlar və cavabdehlə birgə təsərrüfat aparırlar. Lakin cavabdeh ona bildirir ki, nə vaxtki, onlar arasında nikah pozulacaq o vaxtı cavabdeh iddiaçını və onun iki azyaşlı övladını evdən çıxardacaq və onu bir daha həmin evə burxmayacaq. Lakin buna baxmayaraq o ailə qurduqdan sonra həmin özbaşına tikilidə yaşamışdır, cavabdeh qədər onunda həmin evə hüquqları vardır. Məhkəməyə müraciət etməkdə məqsədi cavabdehə sübut etməkdir ki, iddiaçınında cavabdeh qədər Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi Ə.Əzimzadə küçəsində yerləşən özbaşına tikilidə yaşamaq hüququ olmasıdır. Bu səbəbdəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmdan mülki işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı onunla və birgə nikahdan doğulmuş övladları ilə birlikdə o evdə yaşayır. Onun iddiaçını və azyaşlı övladlarını çölə atmaq fikiri yoxdur. Ailədaxili mübahisə zamanı iddiaçıya evi tərk etməsini söyləmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 may 2021-ci il tarixli, 1293 nömrəli arayışına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə küçəsindəki özbaşına tikilidə qonşuluq aktına əsasən qeydiyyatsız olaraq yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İşin mübahisəzsiz halı ondan ibarətdir ki hal-hazırda İddiaçı və Cavabdeh Səmədər oğlu Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi Ə.Əzimzadə küçəsində yerləşən özbaşına tikilidə birlikdə yaşayırlar. İddiaçının həmin tikilidə yaşadığı halda məhkəməyə müraciət etməkdə məqsədi, gələcəkdə cavabdehin onu həmin özbaşına tikildən çıxartmasının qarşısını almaqdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh Səmədər oğluna qarşı “qanunsuz tikiliyə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar