Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4997/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə istifadə müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu, Lehiş Bağ massivində yerləşən əvvəllər sahəsi 0,25 ha olmuş 2013 saylı bağ sahəsindən hazırda qalan 0,13 ha bağ sahəsinə anası Xeyransa Abdul qızı ilə icarə müqaviləsinin 1989-cu ildən bağlanmış hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdilər İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti pozulmaqla verilmişdir. Belə ki, cavabdehin ünvanı Bakı şəhəri Nərimanov rayonuna təsadüf etməsinə baxmayaraq iddia Sabunçu rayon Məhkəməsinə verilmişdir. İddia ərizəsində ərazi aidiyyəti əsaslandırılmış olmasa da, məhkəmə hesab edir ki, mübahisə predmeti olan bağ sahəsi Sabunçu rayonunda yerləşdiyindən iddiaçı müstəsna aidiyyətlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 39.1-ci maddəsinə əsasən Sabunçu rayonuna müraciət etmişdir. Lakin məhkəmə hesab edir ki, hazırki iddia adıçəkilən maddənin təsiri altına düşmür. Adıçəkilən maddəyə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintiyə, qurğuya, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüquququndan məhrumetmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, iddia tələbində adları çəkilən elementlər mövcud deyil. Azərbaycan Respublikası MPM-nin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, hazırda iddia ərizəsi qanunla müəyyən olunmuş qaydada ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. Hakim Tahirə Əsədova İş № 2(008)-4188/2022 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol xx.xx.2022-ci ildə Bakı şəhərində Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, iddiaçılar X4 və X2 cavabdehlər X1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi, torpağın sahiblikdə saxlanılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Tərəflərin iştirakı olmadan prosessual hərəkət başlandı saat 16:00-da, Mən, iddiaçılar X4 və X2 cavabdehlər X1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi, torpağın sahiblikdə saxlanılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət qurtardı saat 16:05-də. Hakim:
Məhkəmə qərarları › İş №2(008)-4997/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4997/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver