Məhkəmə qərarları › İş №2(008)-5004/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5004/2025

29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5004/2025 29.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, Ərizəçi iştirakı ilə Ərizəçi "xx.xx.1918-ci il təvəllüdlü nənəsi X1 xx.xx.1984-cü ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "xx.xx.1918-ci il təvəllüdlü nənəsi X1 xx.xx.1984-cü ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.1918-ci il təvəllüdlü nənəsi X5 xx.xx.1984-cü ildə Bakı şəhərində vəfat etmiş və Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Əli Vəliyev küçəsində yerləşən 1 nömrəli qəbiristanlıqda dəfn edilmişdir. Hüquqi savadsızlığından nənəsinin ölümü haqqında şəhadətnamənin alınması üçün zamanında müraciət edə bilməmişdir. Hazırda babasından miras qalmış əmlakla bağlı nənəsinin ölümü haqqında şəhadətnamə tələb olunur. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə ərizəni əsaslı hesab edir. Müəyyən edildi ki, X5 xx.xx.1918-ci ildə Bakı şəhərində anadan olmuş, xx.xx.1984-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi mərhumun adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxs Kürdəxanı sağlamlıq mərkəzinə müraciət etmiş, lakin X1 ölüm tarixi xx.xx.1984-cü il olduğundan və poliklinikanın arxivində bu tarix aralığında heç bir sənəd olmadığından müvafiq sənədin təqdim edilməsi mümkün olmamışdır. Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi isə ərizəçinin müraciətinə cavab olaraq tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə müraciət etməsini tövsiyə etmişdir. İşdə olan İ-ИЕ seriyalı 343721 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1939-cu ildə anadan olmuş, atası X25, anası X20r. İşdə olan AЗ seriyalı 037213 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və X4 xx.xx.1966-cı ildə nikah bağlamış və həmin nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 480 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə anadan olmuş, atası X15, anası X2r. İşdə olan İİ-ЖГ seriyalı 435414 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1993-cü ildə "ürək-damar fəaliyyətinin kəskin dayanması, kardioskleroz" səbəbindən Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində vəfat etmişdir. İşdə olan AZ-İ seriyalı 796730 nömrəli "Ölüm haqqında şəhadətnamə"nin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2013-cü ildə "sağ süd vəzinin xərçəngi" səbəbindən Bakı şəhərində vəfat etmişdir. İşdə olan İV-PУ seriyalı 542958 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1939-cu il təvəllüdlü X15 xx.xx.2025-ci ildə Rusiya Federasiyası Saratov vilayəti Saratov kəndində vəfat etmişdir. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025ci il tarixli 3-16-5/8-15-490/2025 nömrəli məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. İşdə olan "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxs Kürdəxanı sağlamlıq mərkəzinin xx.xx.2025-ci il tarixli 18-1-1-102/3-103/2025 nömrəli "Arayış"ından görünür ki, xx.xx.1918-ci il təvəllüdlü X1 ölüm tarixi xx.xx.1984cü il olduğundan və poliklinikanın arxivində bu tarix aralığında heç bir sənəd olmadığından vətəndaşın ölümü barədə sənəd təqdim etmək mümkün olmamışdır. İşdə olan X18, X7, X11 və X3 tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2025-ci il tarixli "Akt"dan görünür ki, Bakı şəhəri ünvan 1 ünvanda yaşamış, xx.xx.1918-cü ildə Bakı şəhərində anadan olmuş X5 xx.xx.1984-cü ildə Kürdəxanı qəsəbəsində yaşadığı ünvanda vəfat etmişdir, Əli Vəliyev küçəsində yerləşən 1 saylı qəbiristanlığda dəfn olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X18, X7 və X11 oxşar məzmunlu ifadələr verərək göstərmişlər ki, X5 xx.xx.1984-cü ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.2-ci bəndinə əsasən, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nın 4.1-ci bəndində deyilir ki, "Ölüm haqqında tibbi şəhadətnamə" (bundan sonra "şəhadətnamə") mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.2-ci bəndinə görə, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X9 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi"ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra "hüquq-mühafizə orqanı") məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Qaydanın 4.3-cü bəndinə görə, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Qaydanın 4.4-cü bəndinə əsasən, aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda. Sadalanan normaların birgə təhlilindən göründüyü kimi, qeydiyyat şöbəsi ölümü o halda qeydə ala bilər ki, şəxsin adına ölüm haqqında tibbi şəhadətnamə verilmiş olsun, yaxud da belə bir sənəd olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilmiş olsun. Ölüm haqqında tibbi şəhadətnamə isə yalnız ölümün baş vermə səbəbi məlum olduqda verilir. Digər hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinələrdən sonra verilə bilər. Müəyyən edildi ki, X1 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına "Ölüm haqqında tibbi şəhadətnamə" verilməmiş, bu səbəbdən də onun ölümünün Bakı Şəhəri Sabuhçu Rayon Qeydiyyat Şöbəsində qeydə alınması mümkün olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və yuxarıda sadalanan sübutlarla isə onun xx.xx.1984-cü ildə Bakı şəhərində vəfat etməsi təsdiq olunmuşdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı ərizə təmin edilməli və X1 xx.xx.1984-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1918-ci il təvəllüdlü X1 xx.xx.1984-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X21.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar