Məhkəmə qərarları › İş №2(008)-503/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-503/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-503/2022 24.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə mürasiət edərək Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2652,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə göndərərək iddiaçı tərəfindən məhkəmə aidiyyəti qaydalarının pozulması səbəbindən mülki işin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinə hazırki işin ərazi aidiyyəti məsələsinə fikrini bildirməyi təklif etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil işin aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddiaçı tərəfi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə Baş İdarəsində vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ********** №-li VÖEN verilmişdir. İddiaçı faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gəlir. İş materiallarına əlavə edilmiş rəsmi sənədlərdən də müəyyən olunur ki, iddiaçının fəaliyyət novü Cavabdeh İB-də istixana kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 45, 263-269cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı Cavabdeh İB-yə qarşı Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2652,80 manat məbləğində borcun silinməsi tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyətı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar