Məhkəmə qərarları › İş №2(008)-5032/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5032/2024

07.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5032/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X22 qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil oğlunun iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontorununa qarşı “qohumluq münasibəti və mirasın qəbul edilməsi faktının təsdiq olunması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontorununa qarşı “qohumluq münasibəti və mirasın qəbul edilməsi faktının təsdiq olunması” tələbinə dair ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3+4,5 Yasəmən Ruhulla qızından miras qalan miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi və X3 Yasəmən Ruhulla qızının vəsiyyət etdiyi miras əmlakda qeyd olunan şəxsin Əliqulu Sücəddin oğlunun ərizəçinin atasının əmisi olması qohumluq faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 Sədiqə Qurban qızının vərəsəsidir. 06 fevral 2004-cü il tarixdə X11 qohumluq münasibətlərinin və miras əmlakın qəbul edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmiş və 2-391/2004 nömrəli qətnamə ilə ərizəsi təmin edilərək, onun mərhum Əliqulu Sucəddin oğlunun arvadı, Sucəddin Əliqulu oğlunun gəlini olması, eləcə də onun Bakı şəhəri Kürdəxani qəsəbəsi, Ağaverdi küçəsi, 14 nömrəli ev üzrə mirası qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. xx.xx.1985-ci il tarixdə Bakı şəhəri Kürdəxani qəsəbəsində X15, X9, X13 və bir sıra şəxslərin iştirakı ilə tərtib olunan aktda Ağverdiyev küçəsi 10 nömrəli evdə yaşayan Yasəmən Ruhulla qızı vəfat etmədən öncə qeyd olunan şəxslərin yanında vəsiyyətnamə etməsi və vəsiyytnamədə onun qaynı Sucəddin Əliqulu oğlunun oğlu Əliqulu Sucəddin oğluna qalması faktı öz əksini tapmışdır. Həmin vaxtdan faktiki miras əmlakı Əliqulu Sucəddin oğlu tərəfindən qəbul edilmiş, mərhum öldükdən sonra miras əmlak X11 tərəfindən idarə olunmuş və onun ölümündən sonra Sədiqə Qurbanovanın vərəsəsi olan Ərizəçi tərəfindən faktiki idarəçiliklə qəbul olunmuşdur. Yasəmən Ruhulla qızının övladı olmamış və bu əsasla da miras əmlakı həyat yoldaşının qardaşının oğluna vəsiyyət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi cavab məktubundan göründüyü kimi Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 10 nömrəli mənzilin texniki pasportu mövcutdur və həmin texniki passport mərhum Yasəmən Ruxulla qızının adınadır. Miras əmlakın qəbul edilməsi üçün qohumluq münasibərlərinin təstiq olunması zəruriyyəti yaranmışdır. Əsası isə məhkəmənn qanuni qüvvəsini almış qətnaməsini nəzərə alsaq, X2 Sucəddin oğlunun vərəsəsidir və ona məxsus olan əmlak tərəfindən qəbul edildikdən sonra miras əmlakı qızı ərizəçi X4 bağışlamışdır. Ərizəçi xx.xx.2024-cü il tarixdə 17 saylı notariat orqanına ərizə ilə müraciət edərək, Yasəmən Ruhulla qızından qalmış miras əmlaka dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəmiş cavab olaraq ölüm haqqında şəhadətnamə və qohumluğu təsdiq edən sənədin olmaması əsas gətrilməklə bu məsələnin həlli ilə əlaqədar olaraq məhkəməyə müracət olunması bildirilmişdir. Sənədlərin əldə olunması üçün qohumluq faktının təstiq olunması zəruriyyəti yarandığından məhkəməyə müraciət etməli olmuşdur. Sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, adları çəkilən şəxslərin ərizəçiyə münasibətdə qohumluq əlaqələri ilə əlaqədar X12- Əliqulu Sücəddin oğlunun arvadı, Sücəddin Əliqulu oğlunun gəlini olduğu, Əliqulu Sücəddin oğluxx.xx.1928-ci ildə anadan olaraq, 1989-cü ildə vəfat etdiyi, Sücəddin Əliqulu oğlunun - 1986-cı ildə vəfat etdiyi, X6 - Əliqulu Sücəddin oğlunun arvadı, Sücəddin Əliqulu oğlunun gəlini olması Sabunçu Rayon Məhkəməsinin 2-391/2004 nömrəli, 06 fevral 2004-cü il tarixli qətnaməsi ilə təsdiq olunduğu bildirilmişdir. Yasəmən Ruhulla qızı - Sücəddin Əliqulu oğlunun qardaşı arvadı olmuş, vəfat etməmişdən əvvəl yaşadığı evi Sücəddin Əliqulu oğlunun- oğlu Əliqulu Sücəddin oğluna vəsiyyət etmiş, X12- Əliqulu Sücəddin oğlunun vərəsəsidir və həmin şəxs öz əmlakını- qızı Ərizəçi bağışlamışdır. Göstərilənlərə əsasən Ərizəçi Yasəmən Ruhulla qızı ilə qohum olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi və onun vəkili Vəkil məhkəmədə ərizəni müdafiə etdiklərini, tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri 17 saylı Notariat Ofisinin 13 may 2024-cü il tarixli 255 nömrəli sorğuya cavab məktubunda Ərizəçi ərizədə adı qeyd olunan Ysasəmən Ruhulla qızının ölüm haqqında şəhadətnaməsi və qohumluğu təsdiq edən sənədlərin olmadığı bildirilmişdir. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********89 nömrəli, xx.xx.2021-ci il tarixli məlumatına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağavaerdiyev küçəsi, 10, 12 nömrəli yaşayış evinə dair tərtib edilmiş texniki pasportun təstiq edilmiş surəti Ərizəçi verilmişdir. İş materiallarında olan, Bakı şəhəri 17 saylı Notariat Ofisinin 01 dekabr 2020-ci il tarixli, 546 nömrəli məktubunda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinin rəisinə müraciət edərək, X12 Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək, xx.xx.1986-cı il tarixdə vəfat etmiş qaynatası X16 qalmış miras əmlaka (Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 14 yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X18 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın X8 və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsini təmin edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə müraciət edərək, Yasəmən Ruhulla qızının qohumu olması və ondan qalmış mirasın qəbulu faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.2-ci maddəsinə əssən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə Yasəmən Ruhulla qızının öldüyü zaman qüvvədə olan 1965-ci il Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin məcəllə ilə nəzərdə tutulmuş növbəliyə əsasən Ərizəçi, Yasəmən Ruhulla qızının vərəsəsi hesab olunmur və onun Yasəmən Ruhulla qızına münasibətdə vərəsə olması iş materialları ilə öz təstiqini tapmır. Həmçinin Ərizəçi babasının qardaşı arvadına münasibətdə onun qohumu olmasını, vərəsəsi olmasını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, ərizəçinin Yasəmən Ruhulla qızı ilə heç bir qohumluq əlaqəsi yoxdur. Yəni ərizəçinin Yasəmən Ruhulla qızına münasibətdə qohumluq faktının müəyyən olunması heç bir hüquqi nəticə törətmir və Ərizəçi onun vərəsəsi hesab edilə bilməz. Eyni zamanda mirası da qəbul etməsi barədə heç bir sübut təqdim etməmiş, yalnız 1985-ci il tarixdə qonşuların iştirakı ilə tərtib olunmuş Akt təqdim olunur məhkəmə bildirir ki, bu akt vəsiyyətnamə hesab edilə bilməz. Həmin Aktın heç bir hüquqi qüvvəsi yoxdur. Beləliklə, Ərizəçi qohumluq münasibəti və mirasın qəbul edilməsi faktının təsdiq olunması barədə ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 nömrəli plenum qərarının 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı “qohumluq münasibəti və mirasın qəbul edilməsi faktının təsdiq olunması” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar