Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5033/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 Mirzəliyevin sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “qətnamə üzrə ödənilməmiş pulun indeksasiyası və dəymiş maddi, mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qətnamə üzrə ödənilməmiş pulun indeksasiyası və dəymiş maddi, mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il tarixdən bu günə qədər Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12816/2018 nömrəli, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş 13 000 (on üç min) manat pul vəsaiti ödənilmədiyindən, Cavabdeh xeyrinə, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsindəki 716 nömrəli bağın, 0,25 hektardan ibarət olan torpaq sahəsinə və həmin sahədə yerləşən 14,4 kv.m olan fərdi yaşayış evinin bu günkü bazar qiymətinə uyğun olaraq, cəmi 110 000 (yüz on min) manatı, həmçinin vurduğu maddi ziyana görə 15 000 (on beş min) manat, mənəvi ziyana görə isə 5 000 (beş min) manat, ümumilikdə 130 000 (yüz otuz min) manat məbləğində pulun iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh, 20 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi edilməsi, cavabdehin məcburi sözügedən mübahisəli bağ sahəsinin yerləşdiyi torpaq sahəsindən və evdən çıxarılması, həmin əmlakın ona təhvil verilməsi və həmin bağa köçürülməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddiaçıyla mərhum atası arasında Bakı şəhəri 4 nömrəli Dövlət Notariat Kontoru tərəfindən ünvan 1 ünvana dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ona ********** nömrəli, 13 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış reyestr qeydiyyatını və verilmiş çıxarışın ləğv edilməsi, iddiaçının məcburi sözügedən mübahisəli, yəni ünvan 1dan və bağ sahəsindən çıxarılması, əmlakın Cavabdeh təhvil verilməklə həmin bağa köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-113/18 nömrəli, 16 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X2 ilə iddiaçı arasında bağlanmış 22 fevral 2013-cü il tarixli, AN-İ ******* nömrəli, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsindəki 716 nömrəli bağ evi barəsində alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair G. İsmayılovanın adına verilmiş xüsusi mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ləğv edilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-113/18 nömrəli, 16 may 2018-ci il tarixli qətnaməsindən narazı olduğu üçün, apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12816/2018 nömrəli, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-113/18 nömrəli, 16 may 2018-ci il tarixli, qətnaməsi dəyişdirilərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsindəki 716 nömrəli bağ evinə görə İddiaçı tərəfindən ödənilmiş 13 000 (on üç min) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12816/2018 nömrəli, 26 dekabr 2018-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kasassiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3699/2019 nömrəli, 31 may 2019-cu il tarixli qərarı ilə Cavabdeh və vəkili X3 kasassiya şikayəti təmin edilməmişdir. 2019-cu il tarixdən bu günə qədər iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12816/2018 nömrəli, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş 13 000 (on üç min) manat pul vəsaiti ödənilməmişdir. Həmin ildə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka ərazisində torpağın bir sotunun qiyməti 500-700 manat məbləğində olsa da, hal-hazırda həmin ərazidə torpağın bir sotunun qiyməti yerləşdiyi yerindən asılı olaraq, 4000 manatdan 10 000 manata qədər dəyişir. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsindəki 716 nömrəli bağ sahəsi 0,25 hektardan ibarət olduğu və həmin torpaq sahəsində yerləşən 14,4 kv.m olan fərdi yaşayış evinin bu günkü dəyəri (0,25ha x 4000 manat = 100 000 manat və 10 000 manat inşa edilmiş fərdi evin dəyəri) cəmi 110 000 (yüz on min) manat təşkil edir. Evlərin alqı-satqısı və kirayəsinə dair X1 alınmış, Veşnyovka ərazisində torpaq sahəsinin 1 sotu - 4000 (dörd min) AZN-dən 10 000 (on min) AZN-nə qədər “kupçalı” yəni “Çıxarışlı” torpaqların qiyməti barədə arayışında öz əksini tapmışdır. Eyni zamanda, Cavabdeh bu müddət ərzində iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. Vurulmuş maddi ziyanın 15 000 (on beş min) manat, mənəvi ziyan isə 5 000 (beş min) manatdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 12816/2018 nömrəli 26 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-113/18 nömrəli, 16 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilib. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsindəki 716 nömrəli bağ evinə görə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 13000 (on üç min) manat iddiaçı tərəfdən alınaraq ona qaytarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3699/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh və vəkili X3 kassasiya şikayəti təmin edilməyib. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunun maddəsindən də göründüyü kimi İddiaçı 26 dekabr 2018-ci il tarixdən cavabdehin hərəkətləri nəticəsində öz hüquqlarını həyata keçirə bilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12816/2018 nömrəli, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-113/18 nömrəli, 16 may 2018ci il tarixli qətnaməsi dəyişdirilib. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsindəki 716 nömrəli bağ evinə görə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 13000 (on üç min) manat Cavabdeh alınaraq ona qaytarılması qət edilmişdir. Qeyd olunan 13000 manat pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı ödənilməli olduğu halda bu günə kimi ödənilməmişdir. Belə ki, iddiaçı qeyd olunan pul vəsaiti ilə gəlir yeri əldə edə bilərdi ki, məhkəmə bunu əldən çıxmış fayda kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini qismən təmin edilərək, Cavabdeh əldən çıxmış fayda kimi 1300 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əldən çıxmış fayda kimi 1300 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 33 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5033/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5033/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver