Məhkəmə qərarları › İş №2(008)-5035/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5035/2023

05.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5035/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək o və xx.xx.2006-cı il təvəllüdlü qızı X5 ünvan 1 ünvanında yerləşən evə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə X13 ilə nikaha daxil olaraq, ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüşdür. 2013-cü ildə onları nikahı pozulmuşdur. Nikah pozulduqdan sonra həmin evdə aralarında mübahisələr olmuş və nəticədə onları evdən çıxartmışdırlar. Təxminən 2016-cı ildə onlar barışmışlar, həmin mənzildə 1 ilə yaxın müddətdə yaşamışlar. Sonradan həmin mənzildə yenidən mübahisələr başlamış və yenidən onlar ayrılmışlar. Yenidən onlara həmin ünvanda yaşamağa imkan verilmədiyi üçün onlar başqa mənzildə müvəqqəti məskunlaşmışlar. Hazırda yaşamağa yeri yoxdur. Bugünə qədər həyat yoldaşının bacısı olan cavabdeh onlar həmin evdə yaşamağa imkan verməyib. Həyat yoldaşı isə xx.xx.2020-ci ildə dünyasını dəyişdi. Evsizdir və yaşamağa yeri yoxdur. Onu da qeyd etmişdir ki, o və (qanun üzrə nümayəndə olduğu) xx.xx.2006-cı il təvəllüdlü qızı X1 mənzildə qeydiyyatdadırlar. Odur ki, həmin mənzilə məhkəmə qaydasında köçürülməyinə zərurət meydana gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Və eyni zamanda bildirdiki iddiaçı 2017-ci il tarixdə həmin evi tərk etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə Rəhimov Elnur 2012-ci il tarixdə pozulmuşdur. Nikah pozulduğdan sonra iddiaçı həmin evdən uşağlardan birini ataya verərək getmişdir. Həmin müddətdən bu tarixədək iddiaçı həmin evə gəlməmiş, uşağı ilə marağlanmamış və bundan sonra heç vaxt həmin mənzildə yaşamamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçının ora 2006-ci il tarixdə gəlin gəldiyini sonuncu dəfə orada 2012-ci il tarixdə yaşadığını, 2012də həmin evi tərk etdikdən sonra bir daha o evə gətmədiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-841/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən X16 ilə X7 arasında xx.xx.2005-ci il tarixdə Sabunçu Rayon VVADQ Şöbəsində bağlanmış 3589 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan olan olan xx.xx.2006-cı il təvəllüdlü X14 anası X4 və xx.xx.2006-cı il təvəllüdlü X15 atası X6 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinin AZ İ seriyalı, 173818 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2005-ci il tarixdə ölmüşdür. xx.xx.2005-ci il tarixdə 14889 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xİdmət” Mərkəzinin qeydiyyatı şöbəsinin AZ İİ seriyalı, 329777 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür. xx.xx.2023-cü il tarixdə 176 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon qeydiyyatı şöbəsinin AZ İİ seriyalı, 086835 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2020-ci il tarixdə ölmüşdür. xx.xx.2020-ci il tarixdə 573 nömrəsi ilə qeyd edilmişdir. 342 nömrəli Orderin surətindən görünür ki, Zabrat 2 qəsəbəsi, İstixana Kombinatı ev 35,mənzil 9 ünvanının mülkiyyətçisi X10r. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixindən ünvan 2 ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli mənzil cavabdehin atası X8 istifadəsinə order əsasında verilmişdir. X17 xx.xx.2005-ci il tarixdə vəfat etdikdən sonra həmin evdə oğlu X13, qızı Cavabdeh və arvadı X11 yaşamışdır. 2005-ci il tarixdə X13 ilə İddiaçı rəsmi nikaha girərək həmin evdə yaşamamağa başlamışlar. İddiaçı qeyd edilən mənzilə 2008-ci il tarixdə rəsmi qeydiyyata düşmüşdür. 2012-ci il tarixdə tərəflər arasında bağlanmış nikah pozulmuş və iddiaçı həmin mənzili tərk etmişdir. İddiaçı daha sonra həmin mənzilə yenidən köçərək yaşadığını yenidən evi 2017-ci il tarixdə tərk etmiş olduğunu bildirsədə bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı sözügedən mənzildə 2008ci il tarixdən rəsmi qeydiyytda olsada o 2012-ci il tarixdə tərəflər arasında bağlanmış nikah pozulduğu tarixdəndə əvvəl sözü gedən məznili tərk edərək başqa ünvanda 10 ildən çox müddətdə yaşamışdır. Hazırda iddiaçını sözü gedən mənzilə köçməsinə əsas olan biləcək hər hansı bir hal olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən. Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar