Məhkəmə qərarları › İş №2(008)-5037/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5037/2023

07.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5037/2023 07.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçı Həsənova Sı̇ muzər Əjdər qızının iştirakı ilə, İddiaçı Həsənova Sı̇ muzər Əjdər qızının cavabdeh "Daşinmaz Əmlakin Dövlət Kadastri Və Reyestrı̇ " Publı̇ k Hüquqi ̇ ıṅ ısxəŞ̇ 1 Sayli Baki Ərazi ənisəradİ̇ qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Həsənova Sı̇ muzər Əjdər qızının cavabdeh "Daşinmaz Əmlakin Dövlət Kadastri Və Reyestrı̇ " Publı̇ k Hüquqi ̇ ıṅ ısxəŞ̇ 1 Sayli Baki Ərazi ənisəradİ̇ ışraq̇ istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Həsənova Sı̇ muzər Əjdər qızı vəsatət verərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda tərəflərə izah olunur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Həsənova Sı̇ muzər Əjdər qızı ərizənin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdehlər isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış və iddia ərizəsi ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Həsənova Sı̇ muzər Əjdər qızının cavabdeh "Daşinmaz Əmlakin Dövlət Kadastri Və Reyestrı̇ " Publı̇ k Hüquqi ̇ ıṅ ısxəŞ̇ 1 Sayli Baki Ərazi ənisəradİ̇ ışraq̇ istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılsın və iş materiallarına əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar