Məhkəmə qərarları › İş №2(008)-5044/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5044/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5044/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1036,80 (bir min otuz altı manat, səksən qəpik) manat məbləğində əsasız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 156 nömrəli ev ona məxsusdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh nümayəndələri tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 29/1710-03618-1 nömrəli aktına əsasən G-4 markalı **********2 nömrəli sayğacın çıxış borusunda əks axın üçün nəzərdə tutulmuş qapayıcı klapan kənar təsir nəticəsində sındırılmışdır. Sayğac əvəz edilmişdir. Dəymiş ziyan hesablanmışdır. Qazın sayğacı mülkiyyətin çöl hissəsində quraşdırılmışdır. Abonentin saldosundan görünür ki, 2020ci ildə qaz sayğacının oxunmasına əsasən 381 m3 qaz sərf etmiş borcu olmamışdır, 2021-ci ildə qaz sayğacının oxunmasına əsasən 3756 m3 qaz sərf etmiş borc yazılmamışdır, 2022-ci ildə 1255 m3 qaz sərf etmiş borc yazılmamışdır, 2023-cü il tarixdə qaz sayğacının oxunmasına əsasən 9488 m3 qaz sərf etmiş, 1036,80 manat borc yazılmışdır. 2024-cü ilin bu vaxtında qədər olan müddətdə 1760 m3 sərfıyyata baxmayaraq onun “X1”nə borcu yoxdur. 2024-cü ilin may ayında ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən 1036,80 manat borc yazılmışdır. Bu məlumatı dəqiqləşdirmək məqsədi ilə dərhal baş idarəyə getmiş və şikayətini bildirmişdir.Ona borcun silinməsi barədə məlumat verilmişdir. Hazırki vaxta qədər heç bir borcun silinməsinə aid “X1” tərəfindən hərəkət görülməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda olan qaz sayğacına əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı aşkar olunmuş, bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”akt tərtib olunmuş və itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş 1036,80 manat məbləğində dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.6ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh İB-yi arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı satqısı barədə” AKX-02449xx/xx-2020 nömrəli, 23 sentyabr 2020-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, **********00085 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 1036,80 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, sayğaca baxış keçirilmişdir: sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Hesablama məxanizminin qoruyucu şüşəsi kənar təsir nəticəsində alt hissədən əzilib. Sayğac istismara yararsızdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x90=8640 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK-29/1710-03618-1 nömrəli akta əsasən G-4 markalı **********2 nömrəli sayğacın çıxış borusunda əks axın üçün nəzərdə tutulmuş qapayıcı klapan kənar təsir nəticəsində sındırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00085 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın çıxış borusunda əks axın üçün nəzərdə tutulmuş qapayıcı klapan kənar təsir nəticəsində sındırılması barədə akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın çıxış borusunda əks axın üçün nəzərdə tutulmuş qapayıcı klapan kənar təsir nəticəsində sındırılması iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən **********00085 nömrəli abonent koduna hesablanmış 1036,80 (min otuz altı manat, səksən qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən **********00085 nömrəli abonent kodundan hesablanmış 1036,80 (min otuz altı manat, səksən qəpik) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar