Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-505/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı “mənzil” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı “mənzil” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, ünvan 2, mənzil 10 əvəzində yaşayış sahəsi 39,0 kv.m olan, 2 otaqlı və 1 ədəd tam təmirli mənzilin onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2006-cı il tarixli 1338 nömrəli Sərəncam ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramına daxil edilmiş Zabrat qəsəbəsində qəzalı vəziyyətində olan evlərin bərpası ilə əlaqədar Azərbaycan İnşaat və X9 institutu tərəfindən Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli, 31 mənzilli yaşayış binasının texniki vəziyyəti araşdırılmış və binanın kəskin qəza vəziyyətində olduğu müəyyənləşdirirərək onun sökülməsi barədə müvafiq rəy qəbul edilmişdir. Qeyd olunan səbəbdən binanın sökülüb müasir standartlara uyğun yenidən inşa edilməsi qərara alınmışdır. Binanın yenidən qurulub istifadəyə verilməsi ərəfəsində bütün sakinlərin müvəqqəti olaraq başqa ünvanlarda yaşaması və həmin müddət ərzində kirayə xərclərinin “Mənzil Kommunal Xidmətlər İdarəsi” tərəfindən ödənilməsi, eləcə də tikinti işləri başa çatdırıldıqdan sonra tam kommunal şəraiti olan, öz yaşayış sahənizə qaytaralıcağına rəsmi qaydada zəmanət verilmişdir. Halbuki sökülməmişdən əvvəl onun ümumi yaşayış mənzilin sahəsin 39 kv.m və 2 otaqdan ibrat olmuşdur. Bina hazır olandan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi nümayəndələri binanın sakinlərini yığıb, mənzillərin açarlarını təqdim etmişlər. İddiaçıya da açar təqdim edilmiş, lakin o mənzilə baxış keçirdikdən sonra mənzildən imtina etmişdir. Ona təqdim olunan mənzil və hazırda yaşadığı mənzilin sahəsi 24.8 kv.m-dir. O, mənzildən imtina edərkən ona söz vermişlər ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi nümayəndələri tərəfindən, yeni mənzil veriləcək bu mənzili hələlik müvəqqəti götürsün yenisi təqdim olunandan sonra bundan imtina edər. O da məcbur olub hazırda yaşadığı mənzili götürmüşdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən mənzilinin dəyişdirilərək haqqı olan mənzilinin verməsi barədə heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək, 2003-cü ildə yaşadıqları bina qəzalı vəziyyətdə olduğuna görə söküldüyünü, kirayə evə köçürüldüklərini və 2006-cı ildə bina bərpa olunduqdan sonra qayıtdıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək qəbul etmədiyini, iddiaçının 7 nəfər ailə üzvü ilə bir otaqlı evdə yaşadığını mümkün olmadığını, sorğuya verilən cavabdan da göründüyü kimi iddiaçının həmin ünvana hansı əsasla düşməsi ilə bağlı hər hansı hüquqi əsasın olmadığı və onlar cavabdeh qismində qoyulsa da, evi tikib təhvil verdiklərini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsinin Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi Babək küçəsi, 68 nömrəli evin sakinlərinə xx.xx.2006-cı il tarixli müraciət məktubunda Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2006-cı il tarixli 1338 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”na daxil edilmiş “Zabrat qəsəbəsində qəza vəziyyətdə olan evlərin bərpası” ilə əlaqədar Azərbaycan İnşaat və Memarlıq Elmi- Tədqiqat İnstitutu tərəfindən Zabrat qəsəbəsindəki ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli, 31 mənzilli yaşayış binasının texniki vəziyyəti araşdırılmış və binanın kəskin qəza vəziyyətində olduğu müəyyənləşərək onun sökülməsi barədə müvafiq rəy qəbul edilmişdir. Həmin binanın 3 mənzili uzun müddətdir ki, yaşayış üçün yararsız vəziyyətdədir. Qeyd olunan səbəbdən binanın sökülüb, müasir standartlara uyğun yenidən inşa edilməsi qərara alınmışdır. Binanın yenidən qurulub istifadəyə verilməsi ərəfəsində bütün sakinlərin müvəqqəti olaraq başqa ünvanlarda yaşaması və həmin müddət ərzində kirayə xərclərinin Mənzil Kommunal Xidmətlər İdarəsi tərəfindən ödənilməsi, eləcə də, tikinti işləri başa çatdırıldıqdan sonra tam kommunal şəraiti olan, öz yaşayış sahənizə qaytarılacağınıza rəsmi qaydada zəmanət verilmişdir. İş materiallarında olan Socar tərəfindən İddiaçı müraciətinə baxılmasının nəticəsi haqqında məktubda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 2 ünvanında yerləşən binanın 2006-cı ildə kəskin qəza vəziyyətində olduğu müəyyən edilərək sökülməsi barədə müvafiq rəy qəbul edilmişdir. Həmin bina sökülüb, tikinti normalarına riayət olunaraq yenidən inşa edilmişdir. Bina sökülüb yenidən inşa edilərək sakinlərin istifadəsinə təhvil verilənədək binanın sakinləri müvəqqəti olaraq yerləşdikləri mənzillərin kirayə haqqları Sosial inkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsi tərəfindən ödənilmişdir. Binada tikinti işləri bitdikdən sonra hər bir sakinin mənzilinə dair sənədlərdə göstərilən ölçüdə mənzillər təhvil verilərək rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial inkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 2 ünvanında yerləşən bina, onlara aid sənədlərlə birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İş materiallarında olan Socar Sosial İnkişaf İdarəsi iddia ərizəsinə etiraz edərək, SOCAR Sosial inkişaf İdarəsi SOCAR-ın 02 fevral 2006-cı il tarixli, 13 nömrəli Əmri ilə yaradılmışdır. İdarə yarandıqdan sonra SOCAR-ın idarə və müəssisələrində mövcud olan yaşayış və qeyri yaşayış obyektləri, istirahət mərkəzləri, bağça və məktəblər həmçinin səhiyyə sahələri Sosial inkişaf İdarəsinin balansına verilmişdir. Mübahisəli mənzilin yerləşdiyi Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 1 bina, 2006-cı il tarixdə balanslarına verilən zaman qəzalı vəziyyətdə olmuşdur. Bununla əlaqədar olaraq binanı təhvil alan zaman məlum olmuşdur ki, orada yaşayan sakinlərin bir çoxu yaşadığı mənzildən köçürülmüşlər. Boş qalan mənzillər onlara məlum olmayan səbəblərdən heç bir əsas olmadan müxtəlif şəxslər tərəfindən tutulmuşdur. Həmin bina barədə arayış ərizəyə əlavə edilmişdir. Arayışdandan da görünür ki, 2006-cı il tarixdə yaşamış sakinlərinin çox az hissəsi binada qanuni əsaslarla yaşamışlar. Lakin SOCAR rəhbərliyinin qərarı ilə heç bir vətəndaş əsassız tutduğu mənzildən çıxarılmamışdır. Sadəcə həmin şəxslərin faktiki tutduğu sahələr onların iştirakı ilə ölçülmüş və bina tikilib hazır olandan sonra həmin sahələrə köçürülmüşlər. Sənədlərdən görünür ki, iddiaçı da həmin binada yaşadığı mənzilə heç bir əsas olmadan 2003-cü il qeydiyyata düşüb qəzalı vəziyyətdə olan binada yaşamışdır. İddiaçı qanunsuz heç bir əsas olmadan tutduğu mənzildə yaşamasına baxmayaraq həm də hazırda əlavə bir mənzil də tələb edir. Mübahisəli 10 nömrəli mənzil X3 verilmiş, daha sonra isə 1998 ci ildə X10 ilə bölmüşdür. Binanın qəzalı olması səbəbindən Bağırov Həbib və oğlu Bağırov Qabil 2003 çü ildə Bakı şəhəri, Xətai rayonu, M Rüstəmov küçəsi ev 21, mənzil 19-a qeydiyyata düşməklə orada yaşamışlar. İddiaçının bildirdiyinə görə də Bakı şəhəri,Günəşli qəsəbəsindəki, mənzilini sataraq hazırkı mənzili pul ilə həmin şəxslərdən almışdır. Hazır ki vaxta kimi həmin mənzil özəlləşməmişdir. Dövlət mənzil fondu vətəndaşlar arasında alqı-satqı predmentinin ola bilməsi qanunla qadağandır. Yaşayış binası dövlət mənzil fonduna aiddir. Məhkəməyə təqdim edilən arayışdan da görünür ki, iddiaçının yaşadığı mənzil sökülüb tikilən zaman layihə sənədində 26 kv.m və veriləcək mənzil isə 29 kvm göstərilib. Bina sökülən zaman orada yalnız sakinlərin faktiki yaşayış sahələri nəzərə alınmışdır. İş materiallarında olan, cavabdehin nümayəndəsi Nümayəndə 23 fevral 2024-cü il tarixli iddia müddətinin tətbiq olunması haqqında ərizə ilə müraciət edərək, iddiaçı X5 cavabdeh Sosial İnkişaf İdarəsinə qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisə tələbinə dair mülki iş üzrə iddia müddəti keçmişdir. Mülki Məcəllənin 375-ci maddəsinə uyğun olaraq iddia müddətinin tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2009-cu ilin 01 oktyabr tarixinə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4-cü maddəsində mənzil fonduna aşağıdakılar əlavə edilmişdir. Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Həmin-Məcəllənin 48-ci maddəsinin tələbinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş və qeyri yaşayış sahəsinə verilə bilər. İş materiallarından da göründüyü kimi mübahisəli mənzil hal-hazırda dövlət mənzil fonduna aitdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının qanuna 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə sabah ola bilər”. Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə işinə dair” qərarında subyektiv hüquqa anlayış verilmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından,eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından da göründüyü kimi iddiaçı X5 hazırki iddianı qaldırmaq barədə subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. X7 məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Babək küçəsi 68, 10 nömrəli mənzil 2 otaqdan ibarət 39 kv.m olduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı MİS və Yataqxanalarla iş şöbəsinin rəisi V.Əliyev tərəfindən təstiq edilmiş Zabrat 1 qəsəbəsi, ünvan 1 binada yaşayan vətəndaşlar haqqında məlumatına əsasən, X6 məxsus 10 nömrəli mənzil 1 otaqdan ibarət, yaşayış sahəsi 17 kv.m olunmuşdur. X1 tərfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Babək küçəsi 68, 10 nömrəli mənzilin 39 kv.m olmasını təstiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Babək küçəsi 68, 10 nömrəli mənzilə yerli baxış keçirilmiş mənzil 1 otaqdan ibarətdən olması müəyyən edilmişdir. Eyni zamanda X7 2006-cı il tarixində mənzil ona təhvil verilən zaman hüquqlarının pozulduğunu bildiyi vaxtdan müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin nümayəndəsi Nümayəndə Mülki Məcəllənin 375-ci maddəsinə uyğun olaraq iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Qanunun maddəsindən də göründüyü kimi iddiaçı 2006-cı il tarixindən ona əvvəlki yaşayış sahəsindən kiçik olçulu mənzil verilməsini bildiyi halda bu barədə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. X1 tərfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Babək küçəsi 68, 10 nömrəli mənzilin 39 kv.m olmasını təstiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı “mənzil” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzaliyev.
Məhkəmə qərarları › İş №2(008)-505/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-505/2024
15.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver