Məhkəmə qərarları › İş №2(008)-5052/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5052/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5052/2024 27.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı, Cavabdeh İB-in nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evin hesab koduna kod **********00000 əsassız hesablanmış 3510 (üç min beş yüz on) manat pul məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındaki qazın **********00000 nömrəli hesab kodu mərhum atası X1 adında olmuşdur. O, xx.xx.2021-ci il tarixdə atası dünyasını dəyişdikdə sonra qeyd olunan evdə yaşayır. Bununla bağlı Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli 5-18-5/2-3374/24 nömrəli arayış verilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən ünvan 1 ünvanında yerləşən evin küçədə qaz xəttinin üzərində quraşdırımış G-4 markalı 1102AQ**********6 zavod nömrəli qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı sayğacın elementinin bitməsi aşkar olunmuş və bu barədə onun imzası olmadan ******* nömrəli akt tərtib olunmuşdur. Akt əsasında hesab koduna **********00000 əsassız olaraq cavabdeh tərəfindən 399,60 (üç yüz doxsan doqquz manat altmış qəpik) manat dəymiş ziyan hesablanmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən qeyd olunan evin qaz xəttinə yenidən baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunması ilə bağlı onun iştirakı və imzası olmadan ******* nömrəli akt tərtib edərək hesab koduna əsassız olaraq 3110,40 (üç min yüz on manat, qırx qəpik) manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X5 iddianı tələbini qəbul etməyərək, məhkəmədən rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2021ci il tarixində ölmüşdür. İş materiallarında olan abonent saldosundan görünür ki, **********00000 abonent kodu olan X2 qazdan istifadə nəticəsində 3510 (üç min beş yüz on) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, laboratoriyanın xx.xx.2019-cu il tarixli, 29/171001294 nömrəli rəyinə əsasən 1102AQ**********6 nömrəli sayğacın elementi bitmiş və müvəqqəti element quraşdırılmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 30 avqust 2019-cu il tarixli tələbnamədən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x6x90=648 m3 1.5x8x90=1080 m3 1.4x18x90=2268 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzildə sayğacdan kənar, qeyri-qanuni əlavə qaz xətindən istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x12x360=25920 m3 hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00000 nömrəli abonentin istifadəsinə verilmiş sayğacın elementinin bitməsi və sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunması barədə aktlar tərtib edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sayğacdan kənar qeyri-qanuni istifadə etməsi öz təsdiqini tapmadığı, həmçinin sayğacın elementinin bitməsi onun təqsiri üzündən baş vermədiyi üçün, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli və xx.xx.2024-cü il tarixli ******* nömrəli aktlara əsasən **********00000 nömrəli abonent qanunsuz olaraq hesablanmış 3510 (üç min beş yüz on) manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli və xx.xx.2024-cü il tarixli ******* nömrəli aktlara əsasən **********00000 nömrəli abonent kodundan hesablanmış 3510 (üç min beş yüz on) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar