Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5068/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2013-cı il tarixdə İsmayıllı rayonu Hacıhətəmli kəndində anadan olmuş X2 13 mart 2013cü il tarixdə ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, qızı X4 31 yanvar 2013-cü il tarixdə İsmayıllı rayonu, Hacıhətəmli kəndində anadan olmuş və xx.xx.2013-ci il tarixdə Bakı şəhərində xəstəlik səbəbindən vəfat etmişdir. Həmin vaxt uşaq körpə olduğundan və hüquqi biliyi olmadığından, övladına ölüm haqqmda şəhadətnamə ala bilməmişdir. Qızının anidən ölümü onları mənəvi və psixoloji cəhətdən sarsıtdığından və kifayət qədər hüquqi bilikləri olmadığından poliklinikadan ölümü təsdiq edən sənədi ala bilməmişdir. Qızı İsmayıllı rayonu Hacıhətəmli kənd qəbirstanlığında dəfn edilmiş və bu barədə İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Hacıhətəmli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən arayış verilmişdir. Mərhum qızının adına ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda göstərmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-10-D-854/2024 nömrəli məktubunda Ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Hacıhətəmli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 30 may 2024-cü il tarixli, 217 nömrəli arayışdan görünür ki, xx.xx.2013-cü ildə anadan olmuş X4 2013-cü ilin mart ayında vəfat etmiş və İsmayıllı rayonu Hacıhətəmli kənd Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına X2 qəbirinin foto-şəkili də əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində ərizəçinin onun qardaşı olduğunu, uşağın İsmayıllı rayonunda dəfn olunduğunu, uşağın vəziyyəti pis olanda Bakıya getirməyə köməklik etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində ərizəçinin onun qardaşı olduğunu, qardaşı qızının 2013-cü ildə vəfat etdiyini, İsmayıllı rayonu Hacı kəndində dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixdə İsmayıllı rayonu Hacıhətəmli kəndində doğulmuş X2 xx.xx.2013-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5068/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5068/2024
28.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver