Məhkəmə qərarları › İş №2(008)-508/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-508/2020

16.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-508/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, maraqlı şəxslər X3 və X15 iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs qismində Maraqlı şəxs1, Maraqlı şəxs2, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, X11 və X26 cəlb olunmaqla “övladlığa götürmə” tələbinə dair mülki işə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDi: Ərizəçilər X12 və Ərizəçi1 maraqlı şəxs qismində Maraqlı şəxs1, Maraqlı şəxs2, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, X11 və X26 cəlb olunmaqla “övladlığa götürmə” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X7 övladlığa götürülməsi, vətəndaşlıq vəziyəti aktlarının qeydiyyatı kitablarında övladlığa götürülənin ata adı qrafasında atası kimi Ərizəçi1, ana adı qrafasında anası Ərizəçi2 adı kimi qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xx xxxx 1992-ci il tarixdən rəsmi nikanda olmaqla ailəlidirlər. Ərizəçi1 "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-də işləyir. Aylıq əmək haqqı isə isə 787 manat təşkil edir. Bundan əlavə boş vaxtlarında fərdi sərnişin daşıma - yəni taksi fəaliyyəti ilə məşğul olur. Həyat yoldaşı Ərizəçi2 isə fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olur, müəyyən məbləğdə qazancı vardır. xx xxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olan X26 və X3 rəsmi nikahlarından dünyaya gəlmiş xx xxxxxx 2011-ci il təvəllüdlü X13 anadan olduğu gündən himayələrinə götürərək bu günə kimi saxlayırlar. xx.xx.2011-ci il təvəllüdlü X7 bioloji valideynləri X26 və X4r. Onların X5 başqa 2 övladları olmuş, 1 övladları dünyasını dəyişmiş, onlarda qalan 1 uşağı isə xəstədir. Buna görə də onların digər övladının xəstəliyi olduğu üçün xx.xx.2011-ci il təvəllüdlü X13 ərizəçilər himayəyə götürmüş və bu gün də onların himayəsindədir. Bütün bunlara baxmayaraq, X16 gözünü açandan ərizəçiləri görmüş, onların özünü doğma valideynləri kimi tanıyır. O, hal-hazırda orta məktəbin birinci sinfinə qəbul olmuşdur. Lakin onun sənədlərinin ata-ana qrafasında digər ad olduğu üçün müəyyən problemlər yaranmışdır. Ona görə də xx.xx.2011-ci il təvəllüdlü X13 övladlığa götürmək qərarına gəlmiş və onun sənədlərinin ata-ana qrafasında ərizəçilərin adının və soyadlarının qeydinin aparılmasını istəyirlər. Məhkəmə iclasında iştirak etmiş ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərərk, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxslər X11 və X26 ərizə təqdim edərək, xx.xx.2011-ci il təvəllüdlü X7 ərizəçilər X12 və Ərizəçi1 tərəfindən övladlığa götürülməsinə etiraz etmədiklərini bildirdilər. İş üzrə maraqlı şəxslər Maraqlı şəxs2 Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş), gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X8 ərizənin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsi əsasında həll olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında izahat verən Maraqlı şəxs2 Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sübutlara məcmu halda qiymət vərərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X10 arasında xx.xx.1992-cü ildə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seryalı, 006537 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Ərizəçi1 adına xx.xx.1999-cu il tarixdə qeydə alınmışdır. - Bakı şəhər Baş Səhiyyə İdarəsi şəhər Narkoloji Dispanseri tərfəindən verilmiş xx.xx.2018-ci il tarixli, 1109 və 1108 saylı arayışlardan görünür ki, Ərizəçi1 və Ərizəçi2 oğlu Bakı şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdurlar. Bakı şəhər Baş Səhiyyə İdarəsi 11 saylı şəhər poliklinikasının xx.xx.2018-ci il tarixli, 1421 və 1422 saylı arayışlarından görünür ki, Ərizəçi1 və Ərizəçi2 oğlu psixiatrın qeydiyyatında yoxdurlar. Bakı şəhər 1 saylı Dəri-Zöhrəvi Dispanserinin xx.xx.2018-ci il tarixli arayışlarından görünür ki, Ərizəçi1 və Ərizəçi2 oğlu dispanserin qeydiyyatında yoxdurlar. Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 69 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2018-ci il tarixli, 926 saylı arayışından görünür ki, Ərizəçi1 ünvan 2 mənzil 3 ünvanında həyat yoldaşı Ərizəçi2 oğlu ilə birlikdə yaşayır. Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 869396 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011-ci ildə Bakı şəhərində anadan olmuş X2 atası kimi X26, anası kimi isə X11 qeyd edilmişdir. Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 222678 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X26 ilə X11 arasında nikah xx.xx.2006-ci il tarixdə akt qeydlər kitabında 326 saylı akt qeydi ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada Əsgərova sayadları verilmişdir. X26 və X11 tərəfindən imzalanmış və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq olunmuş ərizələrin məzmunundan görünür ki, ərizəçilər, xx.xx.2011-ci il təvəllüdlü oğulları X6 ər-arvad olan Ərizəçi1 və Ərizəçi2 tərəfindən övladlığa götürülməsinə etirazları yoxdur. Sabunçu rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli, 1/2080 saylı rəyindən görünür ki, Komissiya xx.xx.2011-ci il təvəllüdlü X7 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən övladlığa götürülməsini məqsədəmüvafiq hesab etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ərizəçilər xx.xx.1992-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından övladları olmamışdır. xx.xx.2011-ci ildə anadan olmuş X16 doğulduğu gündən ərizəçilərin himayəsindədir, onun bütün tələbatları ərizəçilər tərəfindən ödənilir. Uşağın valideynləri X11 və X1 ərizəçilər tərəfindən övladlığa götürülməsinə razıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1-ci maddəsinə əsasən övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə yol verilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərilmədən övladlığa verməyə razılıq verə bilərlər. “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən ərizəçinin və uşağın valideynlərinin əsil məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Təqaüd yaşına çatmış və ya sağlamlıq vəziyyəti azyaşlı uşağın qayğısına qalmağı qeyri-mümkün edən və ya çətinləşdirən, həmçinin övladlığa götürənlə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimlənildiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyn qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması ) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, hər zaman uşağın etnik mənşəyi, onun müəyyən dinə, mədəniyyətə, dilə mənsubluğu nəzərə alınmalı, tərbiyə və təhsilinin varisliyinin təmin olunması imkanlarına, həmçinin uşaqların fiziki, psixi, mənəvi və əxlaqi inkişafı imkanlarının təmininə diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nın 350.1-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxaraq, uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişinin təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən, övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən, məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər. Həmin Məcəllənin 127.3-cü maddəsinə əsasən, övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi barədə övladlığa götürmə haqında məhkəmə qətnaməsində göstərilir. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, övladlığa götürülməsi xahiş olunan uşaq xx.xx.2011-ci il təvəllüdlü Hüseynin mənafeyi və onun xoşbəxt həyatının təmin edilməsi baxımından ərizəçilər X12 və Ərizəçi1 tərəfindən övladlığa götürülməsi məqsədəmüvafiqdir. Belə ki, iş materialları ilə uşağın ərizəçilər tərəfindən övladlığa götürülməsinə mane olan hallar müəyyən edilməmişdir. Sabunçu rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli, 1/2080 saylı rəyi ilə də xx.xx.2011-ci il təvəllüdlü X7 doğulduğu gündən ərizəçilərlə birlikdə yaşaması, uşağın qayğı və sevgi dolu ailə mühitində böyüməsi komissiya tərfindən yoxlama zamanı müşahidə edilmişdir. Övladlığa götürənlərin xahişini nəzərə alaraq, məhkəmə hesab edir ki, böyüməkdə olan Hüseynin normal və sağlam inkişafının təmin edilməsi üçün ərizəçilərin akt qeydləri kitabında uşağın valideynləri kimi qeyd edilməsi ilə bağlı tələbləri də təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2011-ci ildə Bakı şəhərində doğulmuş X16 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən övladlığa götürülsün və bu barədə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı kitabında müvafiq dəyişik edilərək, doğum akt qeydində uşağın soyadının “Cəfərov”, ata adı “Niyaz”, ata qrafasında “Ərizəçi1, ana qrafasında Ərizəçi2 qeyd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar