Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-51/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənim xüsusi mülkiyyətimdə olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəs. Vişnyovka-2 bağ sahəsi, 722 N, Yeni qaydalarla AZ1039, Maştağa qəsəbəsi, Mehdi Abbasov küç. 67 saylı bağ evinin 0,04 ha torpaq sahəsinin zəbt etdiyi 120 kvm.-dən çıxarılması, həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən zəbt etdiyi 120 kv.m torpaq sahəsinə görə aradan hördüyü daş hasarın cavabdehin hesabına sökülərək qanuni vəziyyətinə qaytarılmaqla daş hasarın onun mülkiyətində olan 0,04 ha torpaq sahəsinin texniki pasportunda göstərilən sərhədindən cavabdehin hesabına çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağ sahəsi, 722 N, Yeni qaydalarla AZ1039, Maştağa qəsəbəsi, Mehdi Abbasov küçəsi 67 saylı bağ evi 0,04 ha torpaq sahəsi ilə birlikdə onu xüsusi mülkiyyətindədir. Bu barədə onun adına xx.xx.2021-cü il tarixdə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarış vardır. Həmin evin 0,04 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 17 saylı Notariat Ofisində alqı-satqı müqaviləsi ilə cavabdehə pul verib almışdır. O, həmin torpaq sahəsini alanda torpaq sahəsinin daş hasarı yox idi, cavabdeh ona dedi ki, oranı satandan sonra 0,04 ha torpaq sahəsinin ətrafına daş hasar çəkəcəkdir, gələcəkdə çıxarış və texinki pasport alanda texniki pasporta torpaq sahəsinin ölçüsü göstəriləcəkdir. O, onun sözlərinə inanmışdır. O, həmin torpaq sahəsini və evi makler X2 vasitəsi ilə almışdır. O, torpaq sahəsini alanda torpaq sahəsinin çıxarışı yox idi. Ona görə də həmin torpaq sahəsini və evi əvvəlcə etibarnamə ilə 2017-ci ilin aprel ayında 25.000 manat pul verib alıb ora may ayında köçüb yaşamağa başlamışdır. O, 1000 manat da maklerə vermişdir. Sonra 3000 manat pulu hər ay 200-250 manat olmaqla cavabdehin anasına ödəmişdir. Cəmi cavabdehə 28.000 manat pul vermişdir. O, evi alanda evin nə işığı, nə qazı, nə suyu yox idi, ev tam hazır deyildi, yarı tikintidən ibarət idi. O, evi alandan sonra orada təmir işləri aparmışam, evə su, qaz, işıq çəkdirmişdir. 2020-ci ildə yaşadığı evi adına sənədləşdirmək istəyəndə müəyyən etmişdir ki, cavabdehin ona satdığı torpaq sahəsi 400 kvm. deyil, 280 kvm.dir. Belə olandə mən cavabdehə öz etirazımı bildirmiş və ona məxsus torpaq sahəsinin ölçüsü texniki pasportda 400 kvm. göstərilmişdir, bəs niyə naturada torpaq sahəsi 280 kvm.-dir. Cavabdeh ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq Sabunçu RPİ-nin 14- cü Polis Bölməsinə ərizə ilə şikayət etmişdir. İş Sabunçu RPİ-nin İstintaq şöbəsində araşdırlımış, lakin müstətinq C.Nağıyevin xx.xx.2021 ci il tarixli qərarı ilə cinayt işinin başlanması rədd olunmuşdur. Ona görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməyi qərara almışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəs. Vişnyovka-2 bağ sahəsi, 722 N, Yeni qaydalarla AZ1039, Maştağa qəsəbəsi, Mehdi Abbasov küç. 67 saylı bağ evinin 0,04 ha torpaq sahəsinin zəbt etdiyi 127 kvm.-dən çıxarılması, həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən zəbt etdiyi 127 kv.m torpaq sahəsinə görə aradan hördüyü daş hasarın cavabdehin hesabına sökülərək qanuni vəziyyətinə qaytarılmaqla daş hasarın onun mülkiyətində olan 0,04 ha torpaq sahəsinin texniki pasportunda göstərilən sərhədindən cavabdehin hesabına çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materaillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışından görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 722N, yeni qaydalarla ünvan 1 ünvanınında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsi və ümumi sahəsi 62.30 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. AN-İ nömrəli 524160 seriyalı xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, X1 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən ümumi sahəsi 0.0895 ha olan 722 nömrəli torpaq sahəsinin 0.04 ha olan hissəsini içindəki tikililər ilə birlikdə 4000 manata İddiaçı satmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin 0.0127 ha olan hissəsi qonşu ərazidə digər fiziki şəxsin istifadəsindədir, Qonşu sahə ilə ara sərhədlər daş hasarla ayrılmışdır. Ərazinin mövcud vövcud vəziyyətinə uyğun koordinatları əks etdirən izahlı sxem rəyə əlavə edilmişdir. Mütəxəssizin 3-u suala vermiş olduğu cavabdan görünür ki, həmin hissədə tikinti işləri aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5879 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin 0,0127 ha hissəsi qonşu ərazidə digər fiziki şəxsin istifadəsindədir. Qonşu sahə ilə ara sərhədlər daş hasarla ayrılmışdır. Həmin hissədə tikinti işləri aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. 07.01.205-ci il tarixdə məhkəmə tərəfindən aparılmış yerliş baxış zamanı müəyyən edilmişdir ki, mütəxəssis rəyində və ona əlavə edilmiş izahlı sxemədə göstərilmiş iddiaçıya məxsus olan torpaq sahəsinin 0.127 ha olan hissəsi qapıdan daxil olarkən sağ yan hissəsi və baş hissəsi qonşu Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli ********** nömrəli çıxarışından görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 722N, yeni qaydalarla ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş ekspert rəyindən məlum olur ki, İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin 0,0127 ha hissəsi qonşu ərazidə digər fiziki şəxsin istifadəsindədir. Qonşu sahə ilə ara sərhədlər daş hasarla ayrılmışdır. Həmin hissədə tikinti işləri aparılmamışdır. Məhkəmənin yerli baxışı zamanı müəyyən edilmişdir ki, Aygün Allahverdi qızının mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin 0,0127 ha hissəsini zəbt edən qonşu Cavabdehdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan horpaq sahəsinin mütəxəssis rəyinə əsasən zəbt etmiş olduğu 0.0127 ha olan hissədən çıxarılaraq, torpaq sahəsinin həmin hissəsi iddiaçının qanuni istifadəsinə qaytarılsın. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan horpaq sahəsinin mütəxəssis rəyinə əsasən Cavabdeh tərəfindən zəbt edilən 0.0127 ha olan hissədə tikilmiş daş hasar cavabdehin hesabına sökülərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan horpaq sahəsinin sərhədlərindən hörülsün. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-51/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-51/2025
09.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver