Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5104/2023 19.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə Azərbaycan Respublikası MPM-nin 284-1-284-4-cü maddələrini rəhbər tutub; Q Ə R A R A A L D İ M:
1. İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı borcun qaytarılması tələbinə dair iddiasına sadələşdirimiş icraat qaydasında baxılsın.
2. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh X1 rəsmi qaydada göndərilsin və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilsin.
3. Məhkəmənin ərizəyə baxılması qaydasına dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələbləri cavabdeh X1 izah edilsin.
Hakim Həqiqət Mahmudova