Məhkəmə qərarları › İş №2(008)-5106/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5106/2022

14.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5106/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi1 adından qanuni niümayəndəsi (anası) Ərizəçi2, X1 iştirakları ilə, Ərizəçi1 Bakı şəhəri 4 saylı notariat ofisi maraqlı şəxs qismində qeyd edilməklə mirasın qəbulu müddətinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi1 Bakı şəhəri 4 saylı notariat ofisini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək miras qoyan X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi, 14 saylı evin 6 saylı mənzilinin 1/2 hissəsindən ibarət olan evə aid miras əmlakla bağlı notariat ofisində sənədləşdirmə işlərinin aparılması və miras payı qəbul etmək üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi, vərəsəliyin qəbulu müddətinin 3 ayadək uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi, 14 saylı evin 6 saylı mənzilinin 1/2 hissəsi ərizəçinin babası X5 xüsusi mülkiyyətindədir. Babası xx.xx.2021 -ci il tarixdə vəfat etmişdir. Nənəsi X10 xx.xx.2019-cu ildə vəfat etmişdir. Babasının vəfatndan sonra Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi, 14 saylı evin 6 saylı mənzilinin 1/2 hissəsi miras, qalmışdır. Atası babasından əvvəl, xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Babasından qalmış sözügedən miras əmlakı vərəsəlik qaydasında öz adına keçirmək istəyir. Miras əmlakın qəbul edilməsi ilə bağlı 4 saylı saylı Bakı Asan Xidmət mərkəziində Notariart Ofisinə ərizə ilə müraciət etmişdir. Lakin oradan imtina edilərək bildirimişdir ki, mirasın qəbul üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Ona görə də vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ərizəçi üzürlü səbəblərə görə vaxtında vərəsəliyi qəbul edə bilməmişdir. Belə ki, o, babasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilmirdi, çətinlikləri var idi, həmin şəhadətnaməni əldə etdikdən sonra notariat kontoruna müraciət etmişdir. Üzürlü səbələrə görə müddəti ötürmüşdür. Xahiş edir bu nəzərə alınsın. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 adından qanuni niümayəndəsi (anası) Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Maraqlı şəxs2 Rinatovna ifadə verərək qeyd etmişdir ki, mübahisəli mənzilə onun ½ hüququ tanınıb, Ərizəçi1 miras payı qəbul etmək üçün buraxılmış müddətin bərpasına etiraz etmir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarının araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi1 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, anası Ərizəçi2, atası X11 (AZ-İ seriyalı 947488 №-li doğum haqqında şəhadətnamə). Ərizəçinin atası X12 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X8 , anası X4 (AZB seriyalı 053650 №-li doğum haqqında şəhadətnamə). Ərizəçinin atası X12 xx.xx.2018-ci il tarixdə ölmüşdür (ölüm haqqınja AZ-İ seriyalı 945220 №-li şəhadətnamə). Ərizəçinin babası X9 xx.xx.2021 -ci il tarixdə ölmüşdür (ölüm haqqınja AZ-İİ seriyalı 271183 №-li şəhadətnamə). Ərizəçinin nənəsi X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür (ölüm haqqınja AZ-İİ seriyalı 018086 №-li şəhadətnamə). X5 mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi, 14 saylı evin 6 saylı mənzilinin 1/2 hissəsi olmuşdur (********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixi olan Çıxarış). Bakı şəhəri 4 saylı notariat ofisinin notariusu S.Y.Həbibbəyli tərəfindən ərizəçiyə verilmişdir xx.xx.2022-ci il tarixli, 1301 №-li məktubda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 adına V-338/2022 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığım bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. AR MM 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməlisiniz. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığım bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, ərizəçi miras qoyan babasının vərəsəsidir, o, obyektiv səbəblərdən müddəti ötürmüşdür, digər vərəsə müddətinə uzadılmasına etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi, 14 saylı evin 6 saylı mənzilinin 1/2 hissəsindən ibarət olan evə aid miras əmlakla bağlı notariat ofisində sənədləşdirmə işlərinin aparılması və miras payı qəbul etmək üçün Ərizəçi1 tərəfindən buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilsin və vərəsəliyin qəbulu müddəti 3 ayadək uzadılsın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim T.Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar