Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5108/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi X3 iştiraklı ilə, Ərizəçi X3 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X3 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Laçın Rayon Kirov (Nağdalı) adına sovxozda 01.01.1972- 01.01.1974-cü ilə qədər və 01.01.1976-cı ildən 01.03.1980-ci ilə qədər fəhlə, 01.03.1980-ci ildən 18.05.1992-ci ilədək isə zootexnik vəzifəsində işləməsinə dair faktın təsdiq edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, Laçın rayonu işğal olunanadək yəni, 1992-ci ilin may ayın 18-nə qədər həmin rayonda ailəsi ilə birlikdə yaşamış və işləmişdir. Laçın rayonu işğal edildiyi zaman ailəsi ilə birlikdə məcburi olaraq Şəki rayonuna köçmüşdür. Məcburi köçdükləri zaman bir sıra əhəmiyyət kəsb edən sənədləri, o cümlədən, hərbi bileti və əmək kitabçanı itirmişdir. Həmin sənədləri bərpa etmək məqsədi ilə müvafiq inzibati orqanlara müraciət edilmişdir. Belə ki, AR Milli Arxivinə edilən müraciət nəticəsində, Laçın Rayon Dövlət Arxivi tərəfindən 25 yanvar 2021-ci il tarixli, 01 saylı arxiv arayışı verilmişdir. Həmin arxiv arayışına əsasən o, 1972-ci ildən 1974-cü ilədək, 1976-cı ildən 1980-ci ilədək Laçın rayon Kirov (Nağdalı) adına Sovxozda fəhlə işləmiş, daha sonra 1977-ci ildən 01.03.1980-ci ilədək X7 zootexnik ixtisası üzrə təhsil almış və 01.03.1980-ci ildən 1992-ilin may ayın 18-nə qədər zootexnik işləmiş, lakin, bu faktı təsdiq edən sənədləri rayonun işğalı ilə əlaqədar əldə etmək mümkün olmamışdır. Laçın rayonundan məcburi köçkün düşdükdən sonra, 1992ci ildən Şəki rayonunda məskunlaşmışlar. Şəki rayonunda Şəki rayonu Baş Göynük kənd Qafqaz kalxozununda 1993-ci ildən işləməyə başlamış, lakin əmək kitabçasını itirdiyinə görə, əmək kitabçasında müvafiq qeydləri aparılması mümkün olmamışdır. Həmin kolxozda işləməyi ilə bağlı AR Milli Arxiv İdarəsinin Respublika X15 Filialına müraciət etmiş, AR X15 Filialının 27 yanvar 2021-ci il tarixli, 70 saylı arxiv arayışına əsasən 1993-cü ildən 1998-ci ilədək faktiki olaraq Şəki rayonu Baş Göynük kənd Qafqaz kalxozununda işləməyi və maaş alması təsdiq edilmişdir. Qeyd olunan sənədləri əldə etdikdən sonra, həmin arxiv arayışları və 31.12.1991-cu ildə tərtib edilmiş ******* saylı əmək kitabçası ilə birlikdə AR Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına pensiya alınması ilə bağlı müraciət etmiş, inzibati orqan müraciətinə baxaraq 08.06.2021-ci il tarixli, **********4 saylı imtina məktubu vermiş və həmən imtina məktubunda yalnız əmək kitabçasında qeyd edilən stajı nəzərə alınmış və bildirilmişdir ki, digər əmək stajı arxiv arayışlarda qeyd olunsa belə faktiki olaraq əmək kitabçasında qeyd olunmamadığına görə, həmin stajı təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığına görə həmin staj nəzərə alınmamışdır. Faktiki olaraq Laçın rayon uzun müddət işğal altında olduğuna görə, həmin rayonda işlədiyi müddəti və Şəki rayonu Baş Göynük kənd Qafqaz kolxozu ləğv edildiyinə görə kolxozda işlədiyi müddət məhkəmə qərarından başqa hər hansı bir sənədlə təsdiq edilməsi qeyri-mümkündür. Həmin staj müddətinin nəzərə alnııb-alınmaması birbaşa olaraq onun pensiya hüququna toxunur. Onun Laçın Rayon Kirov (Nağdalı) adına sovxozda 01.01.1972- 01.01.1974-cü ilə qədər və 01.01.1976-cı ildən 01.03.1980-ci ilə qədər fəhlə, 01.03.1980-ci ildən 18.05.1992-ci ilədək isə zootexnik vəzifəsində, Şəki rayonu Baş Göynük kənd Qafqaz kolxozunda 01.01.1993-cü idən 01.01.1998-ci ilədək kolxozçu vəzifəsində minimum əmək stajını normasını yerinə yetirməklə işləməsinə dair faktın təsdiq edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş edir. X4 ərizə ilə məhkəməyə müraciət edərək maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X4 ərizəsinin məzmununa uyğun izahat verərək, ərizə tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasına şahid qismində dəvət eilmiş X2 ifadə verərək bildirdi ki, o, 1980- 1985-ci il tarixlərdə Laçın rayon Kirov (Nağdalı) adına sovxozda işləmiş, həmin dövrdə X4 onlarla birlikdə qeyd olunan sovxozda zootexnik işləmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X5 ifadə verərək bildirdi ki, o, dəqiq xatırlamadığı tarixlərdə Laçın rayon Kirov (Nağdalı) adına sovxozda 5 il sağıcı işləmiş, həmin dövrdə X4 qeyd olunan sovxozda zootexnik işləmişdir Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA 204360 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Ərizəçi Laçın rayonundan məcburi köçkün kimi Şəki rayonunda məskunlaşmışdır. İş materiallarında olan Sabunçu rayon Kürdəxanı qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsinin 691 nömrəli, 17 iyun 2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətəndə Laçın rayonundan məcburi köçkündür və hal-hazırda ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan БТ 595076 nömrəli diplomdan görünür ki, Ərizəçi 1977-ci ildə X10 Texnikumuna daxil olmuş, 1980-ci ildə zootexnik ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinin 25 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi 1972-1974-cü ilə qədər, 1976-cı ildən 1980-ci ilə qədər Laçın Rayon Kirov (Nağdalı) adına Sovxozda fəhlə və 1980-cı ildən 1992-ci ilin may ayının 18-nə qədər həmin Sovxozda zootexnik işləməsi ilə bağlı arxiv sənədləri rayonun işğalı ilə əlaqədar işğalda qalmışdır. İş materiallarında olan Respublika X11 Filialının 27 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi 1993-cü ildən 1998-ci il tarixədək Şəki rayonu Baş Göynük kənd Qafqaz kolxozunda işləmiş və əmək haqqı almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 03 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi təqdim etdiyi 31.12.1999-cu il tarixdə tərtib olunmuş ******* saylı əmək kitabçası, 595076 saylı diplomun surətinə əsasən onun siğorta stajı 4 il 5 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının siğorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X11 Filialının 27.01.2021-ci il tarixli, 70 saylı arxiv arayışının surətində qeyd edilən 1993- 1998-ci illərə aid əmək fəaliyyəti dövrləri əmək kitabçasında qeyd edilmədiyi və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyi üçün həmin dövrlərin siğorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 1998-ci il tarixdən 1999-cu il tarixdədk Şəki təsərrüfatlar arası cins mal-qara birliyində zootexnik işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış X8 Laçın Rayon Bölməsinin 03 may 2021-ci il tarixli arayışıdan görünür ki, SHXÇDX-nin Laçın rayon bölməsinin sənədləri işğal zonasında qaldığına görə Ərizəçi hərbi qeydiyyatda olub-olmaması barədə məlumat yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən isə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd edilən Qanunun 30.1-ci maddəsində isə təsbit edilmişdir ki, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarə etməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və onun Laçın rayon Kirov (Nağdalı) adına sovxozunda 01.01.1972-01.01.1974-cü ilə qədər və 01.01.1976-cı ildən 01.03.1980-cı ilə qədər fəhlə, 01.03.1980-ci ildən 18.05.1992-ci ilədək zootexnik vəzifəsində işləməsi dair hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi Laçın rayon Kirov (Nağdalı) adına sovxozunda 01.01.1972-01.01.1974-cü ilə qədər və 01.01.1976-cı ildən 01.03.1980-cı ilə qədər fəhlə, 01.03.1980-ci ildən 18.05.1992-ci ilədək zootexnik vəzifəsində işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli.
Məhkəmə qərarları › İş №2(008)-5108/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5108/2021
13.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver