Məhkəmə qərarları › İş №2(008)-5108/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5108/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5108/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi (qardaşı) X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi, borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, NDM 019326 №-li Aktın ləğv edilməsi, həmin Aktdan irəli gələn 766 manat borcun hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1999-cu il tarixdə İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına Cavabdeh ASC tərəfindən SO-İ446 tipli, A8233798 li sayğac quraşdırılmış, adına **********069X12 li kod rəsmiləşdirilmiş və iddiaçı ilə cavabdeh "AZƏRİŞİQ” ASC arasında elekrik enerjisinin təchizatı ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdır. xx.xx.2004-cü il tarixdə SO-İ446 tipli, A8233798 li sayğac DD862(10-40) tipli, ******* li sayğac ilə əvəzlənmiş və iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında elekrik enerjisinin təchizatı ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdır. xx.xx.2007-ci il tarixdə DD862(10-40) tipli, ******* li sayğac AMPY(5235A) tipli sayğac ilə əvəzlənmiş və iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında elekrik enerjisinin təchizatı ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdır. xx.xx.2020-ci il tarixdə AMPY(5235A) tipli sayğac **********5M1519673 li, PAUD-MP106 tipli sayğac ilə əvəzlənmiş və iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında elekrik enerjisinin təchizatı ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nm 8.1-ci bəndinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsi abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Buna baxmayaraq İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında istifadə etdiyi elektrik enerjisinə görə hər ay sərfıyata uyğun ödənişlər etmiş və sayğac üzrə heç bir borcu yoxdur. xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanına verilən elektrik enerjisi təchizatı qanunsuz olaraq dayandırılmış, abonentin kartı bloklanmış və elektrik təchizatı üçün karta mədaxil etmək mümkün olmamaışdı. Faktla bağlı "xxxx" ASC-yə və 199 «Qəza xidməti»nə zəng edilmiş, şifahi məlumat verilmiş, lakin "Koronavirus pandemiyasınm mənfi təsirinin azaldılması ilə bağlı” Respublikamızda tətbiq olunmuş "karantin rejimi” bir çox idarə, zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) X7 izahat verərək qeyd etmişdir ki, sayğac çıxarılıb yenisi ilə əvəz edilənədək bir günlük kənar xətdən istifadə etmişdir. Məhz bu vaxt cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilmiş və ona borc yazılmışdır. Xahiş etdir iddia təmin edilsin. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərk, onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur ( ******** №-li şəxsiyyət vəsiqəsi). X1 Adəm Məliheydar oğlu ilə nikahını bağlamış, Quliyeva Soyadını qəbul etmişdir (317509 №-li nikahın bağlanması haqqında şəhadətnamə). İddiaçı Poladova Zina kimi **********69X12 abunə kodu ilə "xxxx" ASC-də qeydiyyata alınmışdır. Cavabdehin əməkdaşları tərəfindən **********69X12 abunə kodu üzrə Poladova Zina baradə xx.xx.2020-ci il tarixli, NDM 019326 №-li Akt tərtib edilmişdir. Həmin Akta əsasən sayğas sxemindən kənar xəttin daixil edlməsi aşkar olunmuş və xəttin yükü ölçülmüşdür. xx.xx.2020-ci il tarixdə 282 gün ərzində 6964 kvts itkiyə görə766 manat itirilmiş sərfiyyat hesablanmışdır. İddiaçıya məxsus saldodan görünür ki, kənar xətt ləğv olunandan sonra iddiaçı tərəfindən 2020-ci ilin avqust ayında 43,68 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı aktın ləğv edilməsini və hesablanmış 766 manatı silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın: 7.4-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.6-cı maddəsinə görə enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.1-ci bəndinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsi abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Qeyd edildiyi kimi, iddiaçı özü də kənar xəttin olduğunu inkar etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia xx.xx.2020-ci il tarixli, NDM 019326 №-li Aktın ləğv edilməsi hissəsində rədd edilməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən itirilmiş sərfiyyat 282 gün üçün hesablanmasına hər-hansı əsas olmamışdır. Məhkəmə hesab edir ki, itirilmiş sərfiyyat 30 günlük hesablanmalıdır. Qeyd edildiyi kimi, kənar xətt ləğv olunandan sonra 2020-ci ilin avqust ayında 43,68 manat məbləğində ödəniş edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin məbləği yuvarlaq götürərək, iddia 716 manatın silinməsi hissəsində təmin, 50 manat hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, NDM 019326 №-li Aktdan irəli gələn 716 manat borc hesab kodundan silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar