Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5110/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisi qeyd edilməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və buraxılmış müddətin bərpa edilməsi tələbinə dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisi qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 29.03.2010-cu il tarixdə ölmüş anası X1 miras qalmış Saatlı rayonu Mircəlal kəndində yerləşən 2,92 ha, 1,22 ha və 0,56 ha torpaq sahələrinin – miras əmdakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Ərizəçi ərizədə ünvanını Sabunçu rayonu göstərsə də, məhkəmə tərəfindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından onun ünvanının Saatlı rayonu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir; 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, hazırda ərizəçinin qeydiyyat ünvanı Sabunçu rayonu olmadığından ərizəsi qanunla müəyyən olunmuş qaydada ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə icraata qəbul edilmədən geri qaytarılsın. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5110/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5110/2021
22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver