Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5116/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq etməklə ünvan 1 ünvanına hesablanmış 3138,59 manat borcun **********60032 № İi abonent kodundan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, xx.xx.2001-ci ildə yaşadığı ünvan 2 ünvanına SO-İ446 tipli, 648277 № li elektrik sayğacı quraşdırılmış və **********60032 № li abonent kodu verilmişdir. xx.xx.2007ci ildə SO-İ446 tipli, 648277 № li elektrik sayğacı AMPY(5219A) tipli, A380779765M39921 № li elektrik sayğacı ilə əvəz edilmişdir. xx.xx.2010-cu ildə AMPY(5219A) tipli, A380779765M39921 № li elektrik sayğacı T410(2216) tipli, 38374255M235896 № li elektrik sayğacı ilə əvəz edilmişdir. xx.xx.2010-cu ildə T410(2216) tipli, 38374255M235896 № li elektrik sayğacı quraşdırılarkən qeyd olunan ünvanda xx.xx.2013-cü ilə qədər qədər yaşayış olmamışdır. Buna baxmayaraq cavabdeh həmin dövrlər üçün aktlar tərtib etmiş və hesab koduna 33138,59 manat məbləğində borc hesablamışdır. Enerji təchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqısı barədə onunla müqavilə bağlamamış, borcun ödənilməsi üçün məhkəməyə müraciət edilməmiş və həmin borca görə enerji təchizatı müəssisəsi enerji təchizatını dayandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.1-ci bəndinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsi abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Beləliklə, xx.xx.2013-cü il tarixdən etibarən enerjitəchizatı müəssisəsi istehlakçıya bildiriş vermədən, mütəxəssis araşdırması aparmadan, istehlakçıya verdiyi elektrik enerjisinin hansı tariflə hesabladığını bildirmədən, 3138,59 manat məbləğində şişirdilmiş debitor və aktlar əsasında yaranmış borcu tələb edir, əks təqdirdə elektrik təchizatının dayandırılması barədə onu hədələyir. Halbuki bu borcun hansı dövrləri əhatə etməsi barədə heç bir məlumat verilməmiş və enerjitəchizatı müəssisəsi 12 il ərzində bir dəfə də olsun debitor və aktlar əsasında yaranmış borcunu tələb etməmişdir. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, abonentlə bağlanmış müqavilə əsasında ünvan 2 ünvanında yerləşən mənzil elektrik enerjisi ilə təmin edilir. Cavabdehin istifadə edilmiş, lakin əvəzi ödənilməyən 3138,59 manat məbləğində borcu var. Abonent saldosundan görünür ki, 3100 manat borc "xxxx" ASC-nin dövründən yaranmış borc, 184 manat isə “Barmek” şirkəti tərəfindən hesablanmış borcdur. Həmin borc istehlak edilmiş elektrik enerjisi sərfiyyatı borcudur. Ona görə də, hesab edir ki, həmin borcun silinməsi üçün əsaslar mövcud deyil. Nümayəndə qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu rayon enerji təchizatı və satışı idarəsinin məktubundan məlum olur ki, ünvan 2 ünvanına İddiaçı adına "xxxx" ASC-nin komputer informasiya bazasında abunə kodu vardır. İş materiallarında abunə kodu **********860032 olan abunə haqqında vərəqədə görünür ki, İddiaçı 3100,52 manat, 5,88 manat və 184,78 manat olmaqla, "xxxx" ASC-yə cəmi 3291,18 manat borcu vardır. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından müəyyən olunur ki, İddiaçı və "xxxx" ASC arasında bağlanmış xidmətin göstərilməsi barədə müqaviləyə əsasən iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mənzili elektrik enerjisi ilə təmin olunur. Həmin borcun 3100 manat hissəsi "xxxx" ASC-nin dövründən yaranmış borc, 184 manat isə “Barmek” şirkəti tərəfindən hesablanmış borcdur. Yəni borcun yaranma vaxtı təxminən 2012-2013-cü illəri əhatə edir. Göründüyü kimi, borc olaraq hesablanmış məbləğin tələb edilməsi üçün 5 illik tələb etmə hüququndan vaxtında istifadə etmədiyindən, "xxxx" ASC-nin həmin məğləği tələb etmək hüququ aradan qalxmışdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ borcun silinməsi” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli və **********60032 nömrəli abonent koduna hesablanmış 3138,59 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatdan 10.000 manatadək olduğundan, cavabdehdən dövlət büdcəsi mədaxilinə 51,39 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus **********60032 nömrəli abonent koduna hesablanmış 3138,59 manat borcun silinməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 51,39 manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5116/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5116/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver