Məhkəmə qərarları › İş №2(008)-5117/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5117/2021

22.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5117/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə olmaqla “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə olmaqla “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06.12.1977-ci ildə vəfat etmiş atası X3 1912-ci il tarixdə Şuşa şəhərində doğulduğu üçün doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda Bakı şəh, Sabunçu rayonu, Bakıxanov qəs.,N.Nərimanov küç., ev-19., m-23 də öz ailəsi ilə birlikdə yaşayır. Mərhum atası X7 1912-ci ildə Şuşa şəhərində anadan olmuş və 06.12.1977-ci ildə Bakı şəhəri Yasamal rayonunda rəhmətə getmişdir. Mərhum atası X3 atası X4 və anası isə Həliməxatun olmuşdur. Hal-hazırda mərhum atası X2 miras ev qalmışdır və o həmin evə vərəsəliyini tanıtdırmaq istəyir, lakin atası X3 doğum haqqında şəhadətnaməsi itdiyindən o hüquqlarından istifadə edə bilmir. Bu səbəbdən də, X1 doğum haqqında şəhadətnamə almaq üçün Şuşa şəhəri Qeydiyyat şöbəsinə müraciət etmiş, orada bildirdilər ki, 1912-ci ilə aid doğum haqqında akt qeyd kitabları Xankəndi şəhərində DQMV-nin arxivində qaldığı üçün ona atasının doğum haqqında arayışın verilməsi mümkün deyil və ona aidiyyəti üzrə məhkəməyə müraciət etməyi söylənilmişdir. X1 aid arxiv sənədləri Xankəndi şəhərində qalmışdır. Bu səbəbdən də arxiv sənədlərini çıxarmaq qeyri-mümkündür. X1 aid nikahın bağlanması haqqında şəhadətnamə, hərbi bilet, diplom, partiya məktəbinin vəsiqəsi, əmək kitabçası, ölüm haqqında şəhadətnaməsi mövcuddur. Bundan başqa onun və digər bacı-qardaşının şəxsiyyət vəsiqələrində və doğum haqqında şəhadətnamələrində atasının adı qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ГД seriyalı, 422084 nömrəli hərbi bilətin surətindən görünür ki, 1912-ci il tarixdə doğulmuş X7 1934 –cü il tarixdə sentyabr ayında Azərbaycan SSSR Şuşa RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. -26 yanvar 1939-cü il tarixdən etibarən tərtib edilmiş Əmək Kitabçasından görünür ki, X3 doğum tarixi 1912-ci il qeyd edilmişdir. -Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin 03.03.1951-ci il tarixli nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, 1912-ci il tarixdə Şuşa şəhərində doğulmuş X6 ilə 1923-cü il tarixdə Bakı şəhərində doğulmuş X9 arasında 03 mart 1951-ci il tarixdə nikah qeydə alınmışdır. - Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 184256 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06.12.1977-ci il tarixdə Bakı şəhəri beyin damarlarının trombozundan ölmüşdür. -Bakı şəhəri Maraqlı şəxs 05/Q-104/69 nömrəli, 08.06.2021-ci il tarixli Ərizəçi ünvanlanmış məktubdan görünür ki,1912-ci ilə dair doğum haqqında akt qeyd kitabları Xankəndi şəhərində DQMV-nin arxivində qaldığı üçün doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir, doğum akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydi bərpa olunaraq, doğum haqqında arayış ilə təmin olunacağı barədə məlumatlandırılmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, X3 hərbi biletinin surətindən və X7 ilə X9 arasında bağlanmış nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi mərhum atası X7 1912-ci il tarixdə Şuşa şəhərində doğulmuşdur. Ərizəçi izahatında bildirmişdir ki, mərhum atası X2 miras ev qalmışdır və o həmin evə vərəsəliyini tanıtdırmaq üçün hüquqi əhəmiyyətli faktın təsdiqinin lazım olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1912-ci il tarixdə Şuşa şəhərində doğulmuş X3 doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar