Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5129/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz" İB-yi tərəfindən əsassız olaraq tərtib edilmiş ******* saylı. xx.xx.2019-cu il tarixli aktın ləğv edilməsi və həmin akta görə hesablanmış 4266 (dörd min iki yüz altmış altı) manat məbləğində borcun silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şahəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirzəyev küçəsi, ev 102 yerləşən fərdi yaşayış evində yaşayırlar. Heç vaxt kommunal xərclərə borcu olmamışdır. Bu yaxınlarda qaza həmişəki kimi pul ödəsə də qaz tez qurtarırdı. Onda şübhə yarandı ki, yəqin hardansa qaz sızması var. Bununla bağlı qaz idarəsinə müraciət edərkən oradan ona bildirdilər ki, cavabdeh tərəfindən əsassız olaraq onun adına xx.xx.2019-cıı il tarixdə sayğacda olan blompun rənginin örtüyün rəngindən cüzi fərqli (solduğunu əsas götürərək) olduğundan ona 4266 (dörd min iki yüz altmış altı) manat borc yazılıb, düzü o, başa düşmədi ki, cavabdehin özü tərəfindən vurulmuş blonpun rənginin dəyişməsinə görədə adama 4000 manatdan yuxarı borc yazarlar. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Bakı şəhər qaz satışı idarəsinə müraciət etmişdir. İdarədən həmin vaxt ona saldo təqdim edərək bildirdilər ki, 2019-cu ilin axırında cavabdeh tərəfindən ona 4266 manat borc yazılmışdır. Cavabdeh tərəfindən qaz sayğacı həyətin çöl hissəsində küçədə quraşdırılmışdır, həmin sayğacın plompu da cavabdehin işçiləri tərəfindən quraşdırılır və onlar tərəfindən də ona nəzarət edilir. Həmin sayğaca o və ya başqa şəxs tərəfindən heç bir müdaxilə edilməyib, eyni zamanda həmin ünvanda cavabdehin işçiləri sayğacı yoxlayarkən ona hər hansı müdaxilə olduğu barədə ona bildirməyiblər. Sayğacda da hər hansı problem də olmayıb. Sayğac yoxlanılarkən cavabdeh tərəfindən akt tərtib edilərkən onun iştirakı təmin edilməyib, belə aktın və həmin akt əsasında borcun olması ona 28 fevral 2022-ci il tarixdə saldo və akt ona təqdim olunan zaman məlum olmuşdur. Cavabdeh tərəfindən əsassız olaraq tərtib edilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli akt və saldonun surəti ona 28 fevral 2022-ci il tarixdə təqdim edildi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, xx.xx.2022-ci il tarixdə teleqramla müraciət edərək məhkəmə iclasında müəyyən səbəblərə görə iştirak edə bilmədiyini və mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, 29/1710-01916 nömrəli rəyə əsasən 1202A**********71 zavod nömrəli sayğacın plomblarının rəngi fərqlidir. 31 yanvar 2019-cu il tarixli itirilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* nömrəli, xx.xx.2019-cu il tarixli akta əsasən 4266 m3 qaz sərfiyyatı hesablanmışdır. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2019-cu ilin yanvar ayı üçün 426.6 manat cərimə hesablanmışdır. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2019-cu ilin yanvar ayında akt üzrə 426.60 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın plomblarının rəngi fərqlidir və bunun əsasında itirilmiş qazın həcmi 4266 kub metr hesablanaraq dəymiş zərər 426.6 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın plomblarının rəngi fərqli olması məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli akta əsasən **********00000 saylı abonentə qanunsuz olaraq hesablanmış 426.6 (dörd min iyirmi altı manat, altmış qəpik) manat borc silinməlidir. Bundan başqa məhkəmə iddiaçının diqqəqtinə çatdıraraq bildirir ki, iddiaçı ******* nömrəli, xx.xx.2019-cu il tarixli akta əsasən ona 4266 manat məbləğində borc hesablanmış olduğunu bildirsə də, iddiaçıya məxsus saldodan habelə mülki işin matriallarına əlavə edilmiş digər sənədlərdən də görünür ki, ******* nömrəli, xx.xx.2019-cu il tarixli akta əsasən iddiaçıya 426.6 manat məbləğində borc yazıldığından iddia tələbi yalnız 426.60 mantın silinməsi hissəsində təmin edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 426.6 (dörd yüz iyirmi altı manat, altmış qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5129/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5129/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver