Məhkəmə qərarları › İş №2(008)-513/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-513/2025

15.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-513/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cəlb olunmaqla “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cəlb olunmaqla “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi mərhum X10 və mərhum Hökümə Rəcəbəli qızının doğma nəvəsi olması (qohumluq münasibətlərində olması) faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi 1879-cu ildə anadan olmuş və xx.xx.1960-cı ildə vəfat etmiş X10 nəvəsidir. X10 1911-ci il təvəllüdlü həyat yoldaşı, Hökümə Rəcəbəli qızı 2308.1989-cu ildə vəfat etmişdir. X7 və Hökümə Rəcəbəli qızından ünvan 1 ünvanında yerləşən əmlak mirası qalmış, Ərizəçi babası və nənsindən miras qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair “vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi üçün xx.xx.2024-cü ildə Bakı şəhəri 17 saylı Notariat Ofisinə müraciət etmiş, lakin Ərizəçi xx.xx.1928-ci ildə anadan olmuş, xx.xx.1994cü ildə isə vafat etmiş atası X2 doğum haqqında şəhadətnaməsinin, miras qoyan X10 ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən müraciəti qeydə alınmamış və X2 təvəllüdü haqqında arxiv arayışının təqdim olunması tövsiyə olunmuşdur. Ərizəçi xx.xx.1960-cı ildə vəfat etmiş babası X10 ölüm haqqında şəhadətnaməsinin və xx.xx.1928-ci ildə anadan olmuş, xx.xx.1994-cü ildə isə vəfat etmiş atası X2 doğum haqqında şəhadətnaməsinin verilməsi üçün xx.xx.2024-cü ildə Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, X10 ölüm haqqında şəhadətnaməsinin Sabunçu rayon Qeydiyyat Şöbəsində olmasına baxmayaraq, X10 övladı X2 doğum haqqında şəhadətnaməsinin olmaması səbəbindən X10 ölüm haqqında şəhadətnaməsinin verilməsində imtina edilmişdir. Ərizəçi nümayəndəsi xx.xx.2024-cü ildə X10 övladı, X2 Sabunçu rayonu, Maştağa qəsəbəsi üzrə təvəllüdlü və valideynləri haqqında arxiv arayışının verilməsinə dair Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət etmiş, lakin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışından X2 təvəllüdü haqqında heş bir məlumatın aşkarlanmaması qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və bildirmişdir ki, bu faktın təsdiq olunması evin satılması üçün lazımdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ərizəçinin anası ilə onun anasının yaxın qonşu olduğunu bildirmişdir. Ərizəçinin Maştağada yaşamasını təsdiq edib və bildirmişdir ki, o zaman onun 14-15 yaşı var idi. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində ərizəçinin nənəsini və atasını gördüyünü və onların Maştağa qəsəbəsində yaşadıqlarını bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -İş materiallarında olan “Elektron Notariat” X1 vasitəsilə “X3” AQİS-dən əldə olunmuş çıxarışdan görünür ki, X13 xx.xx.1960-cı ildə vəfat etmişdir. -Sabunçu RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. -Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1928-ci ilə dair Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında Balamirzə İlyas oğlunun təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. -SRİH başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-18-5/2-4625/2024 saylı məktubdan görünür ki, Maştağa qəsəbəsi, AX.M.Əbdülkərim küçəsi, döngə 4, ev 4 ünvanında qeydiyyatdan olan və 2308.1989-cu il tarixində vəfat etmiş Hökümə Rəcəbəli qızının vərəsələri-oğlu X5, gəlini X4, nəvəsi Ərizəçidur. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş şahid ifadələri və sənədlərlə müəyyən edilmişdir ki, ərizəçi İlyas Kəblə oğlunun və Hökümə Rəcəbəli qızının doğma nəvələridir. Babası xx.xx.1960-cı il tarixdə nənəsi 2308.1989-cu il tarixdə rəhmətə gedib. Vərəsəlik hüququnun həyata keçirilməsi üçün nəvəsi olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə müəyyən olunur ki, bu faktın müəyyən olunması ərizəçiyə vərəsəlik hüquqlarını həyata keçirməsi məqsədilə lazım olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum X10 və mərhum Hökümə Rəcəbəli qızının doğma nəvəsi olması (qohumluq münasibətlərində olması) faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar