Məhkəmə qərarları › İş №2(008)-5166/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5166/2023

13.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5166/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X8 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda ünvan 1 ünvanındakı evdə qeydiyyatdadır və həmin evdə ailəsi ilə birlikdə yaşıyır. Mərhum atası xx.xx.1957-cı il təvəllüdlü X11 ürək və mədə xəstəliyindən əziyyət çəkirdi və müalicə olunurdu. Mərhum atası xx.xx.1957-cı il təvəllüdlü X11 xx.xx.2023-cü il tarixində yaşadığı evdə vəfat etmişdir. Onlat dərhal təcili yardım çağırmış, lakin mərhum atası xx.xx.1957- cı il təvəllüdlü X11 təcili yardım gələnə kimi artıq keçinmişdi. Növbətçi həkim bunun əsasında onun ölməsi barədə həkimə qədər ölüm halını təsdiq edən sənəd verdi. Mərhum atası X5 qeydiyyatda olduğu üçün həmin yerdən atasının ölümü barədə həkim şəhadətnaməsini istəmişdir. Lakin poliklinikadan ona bildirmişlər ki, mərhum atası həmin poliklinikada qeydiyyatda olsa da müalicələr üçün müraciət edilmədiyi səbəbindən atasının ölümü barədə həkim arayışı verə bilməzlər. O, Baki şəhəri, Sabunçu rayonunda qeydiyyatda olduğu və yaşadığı üçün mərhum atasının xəstəxanadan verilən həkimə qədər ölüm halını təsdiq edən sənədini 5 saylı Bakı Asan Xidmət X2 ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmişdir, lakin ölüm kağızı verməkdən imtina edərək mənə məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Mərhum atası Bilgəh Bələdiyyə qəbirstanlığında bastırılmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 5 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi 3-16-5/8-10-2205/2023 nömrəli 25 avqust 2023-cü il tarixli ərizəsi ilə 31 avqust 2023-cü ildə məhkəməyə müraciət edərək 13 sentyabr 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasını onların nümayəndələrinin iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən verilmiş 3-16-5/8-10-1709/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkmə tərəfindən müəyyən edilir. Qeyd edilən sənədləri təqdim edə bilmədiyinizdən ölümün qeydiyyatı tərəflərindən mümkün olmamışdır. - Təcili və X7 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə çağırışa gələn zaman həmin ünvanda X10 məxsus meyit aşkar edilmişdir. - Bilgəh Sağlamlıq Mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X8 ölüm səbəbi onlara məlum olmadığı üçün və ölümündən 10 gün keçdikdən sonra müraciət edildiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edərək məhkəməyə müraciət edilməsini tövsiyə etmişlər. - Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin 204 nömrəli 11 iyul 2023-cü il tarixli arayışından görünür ki, X11 Bakı Şəhəri Sabunçu rayonu Bilgəh qəsəbə qəbirstanlığında 25 iyun 2023-cü ildə dəfn edilmişdir. - AZE 17780929 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 19 avqust 1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. -XVİİ-ЖГ 291472 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X11, anası X1r . Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X3 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun kürəkənidir. Ərizəçinin atası X11 olmuşdur. Akifin hər hansı bir xəstəliyi olmamışdır. O qəflətən xx.xx.2023-cü il tarixdə Bilgəh qəsəbəsində yaşadığı evdə rəhmətə getmişdir. Akif Bilgəh qəsəbəsində dəfn olunub. Yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X11 ərizəçinin atası olmuşdur. Atası ərizəçinin Bilgəh qəsəbsəində yerləşən evində olan zamanı qəflətən dünyasını dəyişmişdir. Atasına təcili tibbi yardım çağırış edilmiş, lakin təcili tibbi yardımın həkimləri gələnə qədəratası vəfat etdmişdir. Həkim gələnə kimi atası vəfat etdiyi üçün və ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə doğulmuş X8 xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar