Məhkəmə qərarları › İş №2(008)-5177/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5177/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5177/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı vurulmuş ziyan kimi hesablanmış pulun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evin **********00038 №-li hesab koduna əsassız hesablanmış 8802,50 manat pul məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı ona məxsus eviə Cavabdeh İB-yi tərəfindən 2013-cü il tarixdə qaz xətti üzərinə sayğac quraşdırılaraq **********00038 №-li hesab kodu verilmişdir. Cavabdeh İB-nin nümayəndələri həmin evin qaz xəttinə baxış keçirərək: xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 100,40 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 194,40 manat, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 133,20 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 133,20 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 133,20 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 133,20 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 32,40 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 32,40 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 32,40 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 32,40 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 32,40 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 32,40 manat, xx.xx.2019-ci il tarixli 0251 162 №-li akt əsasında 133,20 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli 026620 №-li akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 246 manat məbləğində sayğacdan qeyri qanini istifadə olunması ilə bağlı aktlar tərtib edərək ümumilikdə 8802,50 manat dəymiş ziyan hesablamışdılar. Hesab edir ki, Cavabdeh İB-nin hesabladığı dəymiş ziyan qanunsuz və əsassıdır. Belə ki, aktlar tərtib olunarkən Cavabdeh İB tərəfindən ona məlumat verilməmiş, aktlarda onun imzası olmadan tətib edilmişdir. Əgər 2018-ci il ərzində təbii-qazdan hər ay qeyr-qanuni istifadə olunurdusa nəyə görə bununla bağlı aidiyyətı üzrə Polis idarəsinə məlumat verilməmişdir? Bundan başqa iddia müddəti 3 il olduğu halda nəyə görə məhkəməyə müraciət olunmamışdır? Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianının təmin olunmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, adıçəkiəln ünvanda ailəsi ilə birlikdə daimi yaşayır, qaz sayğacı çıxardılıb aparıldıqda 2018-ci ilin təxmini 4-5 ayı kənar xəttdən istifadə etmiş, sayğac quraşdırıldıqdan sonra kənar xətt ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını təhqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı yaşadığı ünvan 2 ünvanına **********00038 nömrəli abonent kodu verilmişdir. İddiaçının adına olan saldodan görünür ki, istehlakçı tərəfindən 4 gözlü qaz plitəsi və samovar kimi qaz qurğularından istifadə edilir. İddiaçının saldosundan 2024-cü ilin iyun ayına 8802,50 manat borcun olunduğu görünür. Saldodan həmin borcun 2013-cü ilin noyabr ayından 2020-ci ilin yanvar ayına qədər tərtib edilmiş aktlar üzrə hesablanmış zərərdən və debitor borcundan ibarət olduğu müəyyən olunur. Lakin İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair cavabdeh tərəfindən tərtib edilmiş aşağıdakı aktlar əsasında hesablanmış ziyanı mübasələndrmişdir: xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 284,40 manat (iddiaçı səhvən 142,20 manat qeyd etmişdir), xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 200,80 manat (iddiaçı səhvən 100,40 manat qeyd etmişdir), xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 115,30 manat (iddiaçı səhvən 57,60 manat qeyd etmişdir), xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 230,40 manat (iddiaçı səhvən 115,20 manat qeyd etmişdir), xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 115,20 manat ( iddiaçı səhvən 57,60 manat qeyd etmişdir), xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 194,40 manat, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 133,20 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 133,20 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 133,20 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 133,20 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 32,40 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 32,40 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 32,40 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 32,40 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 32,40 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 133,20 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli 026620 №-li akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 246 manat, ümumilikdə 2837,3 manat. İddiaçı digər aktlar əsasında hesablanmış ziyanı və debitor borcunu mübahisələndirməmiş, lakin ümumi borcun silinməsini istəmişdir. xx.xx.2024-cü il tarixə olan GASREP məlumatından görünür ki, iddiaçıya aid hesab kodu üzrə qaz sayğacı 2014-cü ildə 3 dəfə, 2014-cü ildə bir dəfə dəyişdirilmiş və 2020-ci ildə sonuncu dəfə quraşdırıldıqdan sonra dəyişdirilməmişdir. Abonentin saldosundan da sayğacın 2020-ci ilin fevral ayında quraşdırıldığı görünür. Həmin saldodan görünür ki, onun mübahisələndirdiyi dövr üzrə (2018-ci ilin fevral ayı – 2020-ci ilin yanvar ayı) sayğac üzrə sərfin məbləği qeydə alınmamış və «0» olaraq qalmışdır, halbuki iddiaçının verdiyi izahata əsasən o, ailəsi ilə həmin evdə daimi yaşamışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486- VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8- 1-ci maddə əlavə edilmişdir: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir." Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın akt tərtib edilən zaman qüvvədə olan 6.5-ci bəndinə əsasən «Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir». xx.xx.2023-cü ildə edilən dəyişklərə əsasən aşağıdakı bəndlər əlavə edilmişdir:https://e-qanun.az/framework/21691 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirdiyi dövr üzrə sayğacdan kənar qaz xəttindən istifadə etmişdir. Belə ki, iddiaçı özü 2018-ci ilin 4-5 ayı üzrə istifadə etdiyini etiraf etmiş, sayğac quraşdırıldığından sonra kənar xəttin ləğv edildiyini bildirmiş, lakin sayğac 2020-ci ilin fevral ayında quraşdırılmışdır. Bundan başqa, qeyd edildiyi kimi, iddiaçının mübahisələndirdiyi dövr üzrə sayğac üzrə sərfin məbləği qeydə alınmamış və «0» olaraq qalmış, halbuki iddiaçının verdiyi izahata əsasən o, ailəsi ilə həmin evdə daimi yaşamışdır. Bu hallar da iddiaçı tərəfindən həmin dövr üzrə fasiləsiz kənar xəttdən istifadə edildiyinə dəlalət edir. Odur ki, məhkəmə hesab edir ki, mübahisələdirilən hər akt üzrə araşdırma aparılmalıdır. Məhkəmə hesab edir ki, iddia 2022-ci il mayın 1-dən sonra verildiyinə görə hesablama həmin dəyişikliyə uyğun aparılmalıdır. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 1422 kub metr qaza görə 284,40 manat zərər hesablanaraq, iddiaçıda olmayan dəmir peç üzrə hesablama aparılmış, bundan başqa, QSSQ üzrə orta günlü iş rejimi 12 saat əvəzinə 18 saat götürülmüş, qazın sərfi 0,1 manat əvəzinə 0,2 manat vurulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, həmin akt üzrə hesablama aşağıdakı qaydada aparılmalıdır: PQ4-ün maksimal saatlıq sərfi 1,2 kub metr x orta iş rejimi 6 saat x 30 gün = 216 kub metr, QSQQ-nin maksimal saatlıq sərfi 1,4 kub metr x orta iş rejimi 12 saat x 30 gün = 504 kub metr, cəmi 720 kub metr, 72 manat zərər. Yəni xx.xx.2018-ci il tarixli ******* №-li akt üzrə 212,4 manat silinməlidir (284,40 manat - 72 manat). xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 1004 kub metr qaza görə 200,80 manat hesablanaraq, iddiaçıda olmayan dəmir soba üzrə hesablama aparılmış, qazın sərfi 0,1 manat əvəzinə 0,2 manat vurulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, həmin akt üzrə hesablama yalnız PQ4 üzrə aparılmalı və zərər 223 kub metr qaza görə 22,3 manat müəyyən edilməlidir. Yəni xx.xx.2018-ci il tarixli ******* №-li akt üzrə 178,5 manat silinməlidir (200,80 manat – 22,3 manat). xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 576 kub metr qaza görə 115,20 manat hesablanaraq qazın sərfi 0,1 manat əvəzinə 0,2 manat vurulmuşdur. Yəni xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 57,6 manat zərər hesablanmalı, 57,6 manat zərər siliməlidir. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 1152 kub metr qaza görə 230,40 manat zərər hesablanaraq, hesabat müddəti 30 gün əvəzinə 60 gün götürülmüş (sayğaca son baxış 30 gün əvvəl olmuşdur), qazın sərfi 0,1 manat əvəzinə 0,2 manat vurulmuşdur. Yəni, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 57,60 manat zərər hesablanmalı (1152 kub metr : 2 x 0,10 manat), 172,8 manat zərər silinməlidir (230,40 manat - 57,60 manat). xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 57,60 manat düzgün hesablanmışdır. Yəni həmin akt əsasında silinmə aparılmamalıdır. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 1944 kub metr qaza görə 194,40 manat zərər hesablanaraq, iddiaçıda olmayan dəmir soba üzrə hesablama aparılmış, PQ4 üzrə hesabat müddəti 30 gün əvəzinə 60 gün götürülmüş (sayğaca son baxış 30 gün əvvəl olmuşdur). Odur ki, zəmin akt üzrə hesablama 216 kub metr qaza görə 21,6 manat olmalıdır. Yəni xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 173 manat silinməlidir (194,40 manat – 21,6 manat). xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 1332 kub metr qaza görə 133,20 manat zərər hesablanaraq, iddiaçıda olmayan dəmir soba üzrə hesablama aparılmışdır. Odur ki, həmin akt üzrə 576 kub metr qaza (216 kub metr PQ4 üçün + 360 kub metr QSQ üçün) görə 57,60 manat zərər hesablamalıdır. Yəni, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 75,60 manat siliməlidir (133,20 manat - 57,60 manat). xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 1332 kub metr qaza görə 133,20 manat hesablanaraq, iddiaçıda olmayan dəmir soba üzrə hesablama aparılmışdır. Odur ki, həmin akt üzrə 576 kub metr qaza (216 kub metr PQ4 üçün + 360 kub metr QSQ üçün) görə 57,60 manat zərər hesablamalıdır. Yəni, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 75,60 manat siliməlidir (133,20 manat - 57,60 manat). xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 1332 kub metr qaza görə 133,20 manat hesablanaraq, iddiaçıda olmayan dəmir soba üzrə hesablama aparılmışdır. Odur ki, həmin akt üzrə 576 kub metr qaza (216 kub metr PQ4 üçün + 360 kub metr QSQ üçün) görə 57,60 manat zərər hesablamalıdır. Yəni, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 75,60 manat siliməlidir (133,20 manat - 57,60 manat). xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 1332 kub metr qaza görə 133,20 manat hesablanaraq, iddiaçıda olmayan dəmir soba üzrə hesablama aparılmışdır. Odur ki, həmin akt üzrə 576 kub metr qaza (216 kub metr PQ4 üçün + 360 kub metr QSQ üçün) görə 57,60 manat zərər hesablamalıdır. Yəni, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 75,60 manat siliməlidir (133,20 manat - 57,60 manat). xx.xx.2019-ci il tarixli 0219447, xx.xx.2019-ci il tarixli 0227567, xx.xx.2019-ci il tarixli 0231779, xx.xx.2019-ci il tarixli 0235212, xx.xx.2019-cu il tarixli 0239275, xx.xx.2019-ci il tarixli ******* №-li aktlar əsasında 32,40 manat düzgün hesablanmışdır. Yəni həmin aktlar üzrə silinmə aparpılmamalıdır. xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 133,20 manat hesablanaraq, iddiaçıda olmayan dəmir soba üzrə hesablama aparılmışdır. Odur ki, həmin akt üzrə 576 kub metr qaza (216 kub metr PQ4 üçün + 360 kub metr QSQ üçün) görə 57,60 manat zərər hesablamalıdır. Yəni, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 75,60 manat silinməlidir (133,20 manat - 57,60 manat). xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 2952 kub metr qaza görə 295,20 manat hesablanaraq, iddiaçıda olmayan dəmir soba üzrə hesablama aparılmış, eyni zamanda günlük iş rejimi 12 saat əvəzinə 24 saata vurulmuşdur. Odur ki, həmin akt üzrə 972 kub met qaza görə 97,20 manat zərər hesablanmalıdır (864 kub metr + 1080 kub metr = 1944 kub metr : 2 = 972 kub metr x 0,10 manat). Yəni xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 198 manat silinməlidir (295,20 manat - 97,20 manat). xx.xx.2020-ci il tarixli 026620 №-li akt əsasında 2952 kub metr qaza görə 295,20 manat hesablanaraq, iddiaçıda olmayan dəmir soba üzrə hesablama aparılmış, eyni zamanda günlük iş rejimi 12 saat əvəzinə 24 saata vurulmuşdur. Odur ki, həmin akt üzrə 972 kub met qaza görə 97,20 manat zərər hesablanmalıdır (864 kub metr + 1080 kub metr = 1944 kub metr : 2 = 972 kub metr x 0,10 manat). Yəni, xx.xx.2020-ci il tarixli 026620 №-li akt əsasında 198 manat silinməlidir (295,20 manat - 97,20 manat). xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 2460 kub metr qaza görə 246 manat, dəmir soba üzrə hesablama aparılmış, eyni zamanda günlük iş rejimi 12 saat əvəzinə 24 saata vurulmuşdur. Odur ki, həmin akt üzrə 972 kub met qaza görə 81 manat zərər hesablanmalıdır (720 kub metr + 900 kub metr = 1620 kub metr : 2 = 810 kub metr x 0,10 manat). Yəni, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 165 manat silinməlidir (246 manat - 81 manat). Beləliklə aşağıdakı aktlar üzrə qeyd olunan zərər silinməlidir: xx.xx.2018-ci il tarixli ******* №-li akt üzrə 212,4 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt üzrə 178,5 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 57,6 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 172,8 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 173 manat, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 75,60 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 75,60 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 75,60 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 75,60 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 75,60 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 198 manat, xx.xx.2020-ci il tarixli 026620 №-li akt əsasında 198 manat, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 165 manat, cəmi 1675,7 manat. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə 1675,7 manat zərər iddiaçının abonent kodundan silinməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa səasən istehlakçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərini təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə hesab edir ki, iddia 1675,7 manat hissədə təmin edildiyindən, 36,7 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış: xx.xx.2018-ci il tarixli ******* №-li akt üzrə 212,4 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt üzrə 178,5 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 57,6 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 172,8 manat, xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 173 manat, xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 75,60 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 75,60 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 75,60 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 75,60 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 75,60 manat, xx.xx.2019-ci il tarixli ******* №-li akt əsasında 198 manat, xx.xx.2020-ci il tarixli 026620 №-li akt əsasında 198 manat, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 165 manat, cəmi 1675,7 manat **********00038 №-li hesab kodundan silinsin. İddia qalan hissədə rədd edilsin. 36,7 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar