Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5211/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilməklə ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Laçın rayonu H.Hacıyev adına sovxozunda xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək fəhlə vəzifəsində işləməsinə dair X1 adına Laçın rayonu H.Hacıyev adına sovxozu tərəfindən verilən xx.xx.1981-ci il tarixli İT-İ № ******* əmək kitabçasının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 59 yaşı var, 6 uşağı var, bir uşağı Qədimalıyev Bakıxan anadangəlmə xəstədir, 1-ci qrup əlildir. xx.xx.2020-ci il tarixdən ərizəçiyə 6 uşağa görə pensiya deyil, sosial müavinat təyin edilmişdir. Belə ki, ərizəçi ailəsi ilə birlikdə 1992-ci ildən məcburi köçkün düşərək Bakı şəhərinə gəlmişdir. O, xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu H.Hacıyev adına sovxozda fəhlə işləmişdir. Lakin, sonradan bilmişdir ki, əmək kitabçasında ad və soyadında düzəliş edilmişdir. Hazırda pensiya almaq istəyir, lakin bu düzəlişə görə ona pensiyanın təyin edilməsindən imtina edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu ərizəyə etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün emək stajının təsdiq edilməsı qaydası barədə Əsasnamənin 17-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda va idarə müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin göstənlən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə gorə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı uçun tələb olunan ış stajının yarısından artıq ola bilməz. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə daır işlər uzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2 və 1.3-cu bəndinə əsasən məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb etməlidir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi müvafiq təşkilata arayışdakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Göründüyü kimi, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımi sübutları məhkəməyə təqdim etməmişdir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1 -ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Bütün bunları nəzərə alaraq, D.A.Qedimalıyevanın "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizənin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin nümayəndəsini (vəkili) izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi xx.xx.1963-cü il tarixdə Laçın rayonu. Əriklə kəndində doğulmuş, məcburi köçkün kimi Sabunçu qəsəbəsində məskunlaşmışdır (******** №-li şəxsiyyət vəsiqəsi, Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1243 №-li, xx.xx.2022-ci il tarixli arayış). Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.1981-ci il tarixdə doldurulmuş İT-İ № ******* əmək kitabçasından görünür ki, kiril əlifbası ilə icra edilmiş ad, soyad, ata adı «X3» kimi, doğulduğu il xx.xx.1963-cü il, təhsili «orta» kimi qeyd edimişdir. Həmin əmək kitabçasından görünür ki, əmək kitabçası aid olan şəxs xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu H.Hacıyev adına sovxozda fəhlə işləmişdir. Əmək kitabçasında Qədimalıyeva soyadında düzəliş edilmiş, ad isə Dİlarə deyil, Dilaraa kimi göstərilmişdir. Ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müracsitə etmiş, sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə pensiyanın təyin edilməsindən imtina edilmişdir. İmtinanın iki əsası göstərilmişdir: Təqdim edilmiş xx.xx.1981-ci il tarixli İT-İ Ne ******* nömrəli tərtib edilmiş əmək kitabçasının sürətində vətəndaşın ad soyadında olan qaralamaların xx.xx.1981xx.xx.1992- ci illərdə işə daxil olma və çıxma qeydlərində edilən qrammatik səhvlər əmək kitabçasının düzgünlüyünə şübhə yaratmışdır; həmin dövrlərin araşdırılmasının qeyri mümkün olması (işğal zonasında qaldığından). Hazırda ərizəçi adıçəkilən əmək kitabçasının ona məxsus olması faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən isə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 6-cı bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, əmək kitabçasında göstərilən soyadda düzəliş edilmiş, adda isə səhvə yol verilmiş, yəni birinci şərt mövcud olmuşdur. Bundan başqa, pensiyanın təyin edilməsi üçün digər sənədlərlə yanaşı əmək kitabçası da təqdim edilməlidir və pensiyanın təyin edilməsindən imtinanın birinci əsası əmək kitabçasındakı yanlışlıqların mövcudluğu olmuş, yəni ikinci şərt mövcud olmuşdur. Üçüncü şərtin mövcudluğuna dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Laçın rayonu uzun illər ərzində işğal altında olduğundan, H.Hacıyev adına sovxoz tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılması mümkün deyil. Məhkəmə xüsusilə qeyd etməyi istəyir ki, hazırki ərizəni məhkəməyə təmin edərkən, ərizəçinin Laçın rayonu H.Hacıyev adına sovxozunda xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək fəhlə vəzifəsində işləməsi faktını təsdiq etmir. Həmin dövrün əmək stajına daxil edilib-edilməməsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aiddir. Məhkəmə yalnız adıçəkilən əmək kitabçasının ərizəçiyə məxsus olma faktını təsdiq edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Laçın rayonu H.Hacıyev adına sovxozunda xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək fəhlə vəzifəsində işləməsinə dair X1 adına Laçın rayonu H.Hacıyev adına sovxozu tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli İT-İ № ******* əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5211/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5211/2022
19.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver