Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5218/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Ərizəçi, Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2 qeyd edilməklə uşaqların doğumun qeydə alınması faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2 qeyd edilməklə ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Zəhranın xx.xx.2012-ci il tarixdə doğulması, onun anasının Ərizəçi, atasının Maraqlı şəxs1, onların milliyətinin azırbaycanlı olması, Zakirin xx.xx.2012-ci il tarixdə doğulması, onun anasının Ərizəçi, atasının Maraqlı şəxs1, onların milliyətinin azırbaycanlı olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırıldmışdır ki, Ərizəçi Maraqlı şəxs1 ilə qeyri-rəsmi nikah münasibətinə daxil olaraq ailə qurmuşdular. Bu münasibətdən xx.xx.2012-ci il tarixdə Zəhra və xx.xx.2014-cü il tarixdə Zakir adlı iki uşaqları doğulmuşdur. xx.xx.2016-cı il tarixdə isə onlar rəsmi nikaha daxil olmuşdular. Uşaqları Zəhra və Zakir maddi imkanları olmadığına görə ev şəraitində doğulmuşlar. Uşaqlar doğularkən anası - X8, bacıları - X4, X5, qonşuları - X2 ərizəçinin yanında olmuş, anası X8, isə doğuşa köməklik göstərmişdir. Uşaqlarının doğumunun qeydə alınması və onlara doğum haqqında şəhadətnamələrin verilməsi üçün o, Maraqlı şəxs2nə müraciət etmişdir. Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktublarında bildirildmişdir ki, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Lakin onda belə bir sənəd olmadığına görə Qeydiyyat Şöbəsi uşaqlarının doğumunun qeyd edilməsi və onlara doğun haqqında şəhadətnamənin verilməsindən imtina etdi. Zəhra və Zakirin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, doğum faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi olmadan uşaqlarına doğum haqqında şəhadətnamənin alınması mümkün deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 Ərizəçi izahatına uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahidlər – ərizəçinin bacıları X7, X6, qardaşının arvadı X2 xx.xx.2012-ci il tarixdə Zəhra və xx.xx.2014-cü il tarixdə Zakirin doğum faktını, analarının Ərizəçi, atalarının Maraqlı şəxs1, onların milliyətinin azırbaycanlı olduğu faktını təsdiq etdilər. Məhkəmə iclasında özünü Zəhra kimi təqdim edən uşaq 10 yaşı olduğunu, azərbaycanlı olduğunu, anasının Ərizəçi, atasının Maraqlı şəxs1, qardaşının Zakir olduğunu bildirmişdir. Məhkəmə iclasında özünü Zakir kimi təqdim edən uşaq 8 yaşı olduğunu, azərbaycanlı olduğunu, anasının Ərizəçi, atasının Maraqlı şəxs1, bacısının Zəhra olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin izahatlarını, şahidlərin ifadələrini dinləyib, uşaqların bildirdiklərini nəzərə alaraq, iş materiallarını tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1990-cı il tarixdə doğulmuşdur (FİN xxxxxxx olan Şəxsiyyət vəsiqəsinin surəti). Maraqlı şəxs1 xx.xx.1986-cı il tarixdə doğulmuşdur (FİN xxxxxxx olan Şəxsiyyət vəsiqəsinin surəti). Maraqlı şəxs1 ilə Mustafayeva (Səfərova) Tünzalə Xanibək qızı xx.xx.2016-cı il tarixdə nikahlarını bağlamışdılar (Lənkəran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 121211 nikah haqqında şəhadətnamə). 21 №-li Şəhər Poliklinikasının baş həkimi U.Hüseynova tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 293 və 294 №-li arayışlardan görünür ki, Ərizəçi evdə xx.xx.2012-ci il tarixdə doğduğu qız, xx.xx.2014-cü il tarixdə doğduğu oğlan hal-hazırda sağlamdılar və poliklinikada qeydiyyatdadılar. Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixli məktublarında bildirildmişdir ki, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməli, doğum faktı məhkəmədə müəyyən edilməlidir. Hazırda ərizəçi uşaqlarının doğum faktının müəyyən edilməsi istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşliq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə …doğumun… qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin 6-cı hissəsinə əsasən insan hüquqlarının həyata keçirtməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq,uşaqlıq qanunla müdafiə olunur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycn Respubliksının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Uşaq hüquqarına» dair BMT Konvensiyasının 3-cü maddəsinə görə məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərə uşağın maraqlarının daha yaxşı təmin edilməsində ilk növbədə diqqət yetirməlidir. Yuxarıda qeyd olunan hallardan görünür ki, Zəhra xx.xx.2012-ci il tarixdə, Zakir isə xx.xx.2014-cü il tarixdə doğulmuşdular, onların anaları Ərizəçi, ataları Maraqlı şəxs1dur, onların milliyəti azırbaycanlıdır. Məhkəmə hesab edir ki, 8 və 10 yaşında uşaqların sənədsiz qalması onları təhsildən, normal tərbiyədən və inkişafdan geri qoyur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Zəhranın xx.xx.2012-ci il tarixdə doğulması, onun anasının Ərizəçi, atasının Maraqlı şəxs1, onların milliyətinin azırbaycanlı olması, Zakirin xx.xx.2012-ci il tarixdə doğulması, onun anasının Ərizəçi, atasının Maraqlı şəxs1, onların milliyətinin azırbaycanlı olması faktı müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Zəhranın xx.xx.2012-ci il tarixdə doğulması, onun anasının Ərizəçi, atasının Maraqlı şəxs1, onların milliyətinin azırbaycanlı olması, Zakirin xx.xx.2012-ci il tarixdə doğulması, onun anasının Ərizəçi, atasının Maraqlı şəxs1, onların milliyətinin azırbaycanlı olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi Zəhra və Zakir barəsində doğum akt qeydlərinin açılması və doğum haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5218/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5218/2022
23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver