Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5235/2021 24.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8, İlk iddia üzrə İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, İlk iddia üzrə Cavabdeh1, onun vəkili və nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və X7 qarşı mənzildən çıxarılma barədə ilk iddia tələbinə, İddiaçı Cavabdeh1 Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən olunması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1b, 4 saylı, 1 otaqlı mənzildən (sonradan - mübahisəli mənzil) çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 04.01.2005-ci il tarixdə nikaha girmiş, uşaqları olmamış, nikah məhkəmə qətnaməsi əsasında 04.02.2017-ci il tarixdə pozulmuşdur. Cavabdehin birinci nikahdan olan oğlu X10 ilə onlarla birlikdə yaşamışdılar. Cavabdehlər iddiaçıya nikaha qədər məxsus olan evə köçmüş, sonra həmin mənzil satılmış və hazırki mübahisəli mənzil alınmışdır. Onlar 2016-cı ildən birgə yaşamırlar, cavabdehlər özlərinə məxsus Nizami rayonundakı evdə tikinti və təmir işləri ilə əlaqədar mübahisəli mənzildən köçəcəklərini bildirsələr də, bu günə qədər artıq müxtəlif bəhanələrlə vədlərinə əməl etmirlər. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia verərək birgə nikah dövründə alınmış Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1b, 4 saylı mənzilə 1/2 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, yaşadıqları mənzilin satışından əldə edilmiş vəsait İddiaçı oğlanlarının bağ evlərinin təmirinə və onların ailə qurmasına sərf edilmişdir. Cavabdeh1 ikinci dəfə mübahisəli evi təmir etdirib. İlk iddia üzrə cavabdeh X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, 21.09.2021-ci il tarixdə keçrilən iclasda növbəti iclası onun iştirakı olmadan keçirilməsini və ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə iclası onun iştirakı olmadan keçrilməsini mümkün hesab edir . Məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə izahat verərək qeyd etdi ki, o, Cavabdeh1 illə 2014-cü ildən birlikdə yaşamırlar. Sonuncu dəfələrlə boşanma təklifi irəli sürmüşdür. Nikahın pozulması ilə əlaqədar keçirilən məhkəmə iclaslarında cavabdeh iştirak etməmişdir. Lakin nikah faktiki 2014-cü ildən, rəsmi də 2018-ci ildən pozulmuşdur. Mübahisə predmeti olan mənzil ona nikaha qədər məxsus olan mənzilin satışından əldə edilən vəsaitlə alınmış, ev bir otaqlı olmuş, o, öz vəsaiti hesabına həmin evi təməlli təmir elətdirmiş, yenidənqurma işləri gördürmüş, mənzili iki otlaqlıya çevirmişdir. Cavabdeh son illərdə öz vəsaiti hesabına yüngyl təmir işləri gördürmüş – yer döşəməsinin laminat elətdirmiş, divar kağızlarını dəyişdirmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 iş üzrə izahat verərək qeyd etdi ki, onlar 2014-cü ildən birlikdə yaşamasalar da, bir- birinin evinə gedib gəlmişdilər. Nikahın pozulması barədə məlumatlı olmamışdır. Mübahisəli ev hər ikisinin vəsaiti hesabına əldə edilmişdir, hesab edir ki, ər-arvadın paylı mülkiyyətidir. Cavabdeh1 vəkili və nümayəndəsi X11 ilk iddianı qəbul etməyərək, qeyd etdi ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmiş, Cavabdeh1 bu məhkəməyə qədər nikahın pozulması barədə məlumatlı olmamış, nikahın pozulmasından sonra o, qanuni əri hesab etdiyindən ona xəstəxanada qulluq etmiş, 2018-ci ildə evi təmir etdirmişdir. Hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. 21.09.2021-ci il tarixdə keçrilən məhkəmə iclasında cavabdeh X1 Mehman Əlizaman oğlunun izahatına uyğun izahat verərək eyni zamanda qeyd etmişdir ki, anasının adına verilmiş Nizami rayonundakı ev əslində xalasına məxsusdur, sadəcə anası sökülən evdə qeydiyyatda olduğundan MTK müqaviləni onunla bağlamışdır. 2018-ci ildə anası mübahisəli mənzilin təmirinə təxmini 6-8 min məbləğində vəsait sərf etmişdir. 21.09.2021-ci il tarixdə keçrilən məhkəmə iclasında iştirak edən şahid X13 ifadə verərək qeyd etdi ki, 2018-ci ilin avqust-sentyabar aylarında mübahisəli evdə təmir işləri ilə məşğu olmuş, ödənişləri Əsgərzadə Müşviq etmiş, təxmini 8-10 min manat vəsait xərclənmişdir. Mənzildə sanitar qovşağı qismən təmir edilmiş, mövcud olan parket cilalanmışdır. Məhkəmə iclasında şahid X2 iş üzrə izahat verərək, qeyd etdi ki, o, Cavabdeh1 bacısıdır. Onun Nizami rayonunda yataqxanada mənzili var idi, mənzilin orderi onun adına idi. Onlar təxminən 2000-ci ildə özlərinə ev aldıqdan sonra həmin mənzilin orderini Cavabdeh1 adına keçirtmişdir. Bacısı Valeriylə evlənənə qədər həmin mənzildə yaşamışdır. O bilirdi ki, nə zamansa həmin mənzil söküləcək və aralarındakı razılaşmaya görə mənzilin yerinə verilən məxsus onun özünə qaytarılmalıdır. Yəni, həmin mənzil əslində Xuramanın deyil, onun özünündür. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). İddiaçı 10.11.2004-cü il tarixdə Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi, 4048/49 məh., ev 2-də yerləşən 11 №-li mənzili alqı-satqı yolu ilə əldə etmişdir. İddiaçı və Cavabdeh1 04.01.2005-ci il tarixdə nikahlarını bağlamışlar. Həmin nikah 04.02.2017-ci il tarixdə Nizami rayon qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. İddiaçı birgə nikah dövründə 28.02.2007-ci il tarixdə yuxarıda adıçəkilən Qara- Çuxur qəsəbəsindəki evi 34800 manata satmış və iki gün sonra, 02.03.2007-ci il tarixdə alqı-satqı yolu ilə mübahisəli mənzili 33756 manata almış, həmin evə Çıxarışı isə 19.04.2007-ci il tarixdə almışdır. "xxxx" MMC tərəfindən verilmiş 10.08.2021-ci il tarixli 115 №-li arayışdan görünür ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında 24.08.2016-cı il tarixli sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ona yaşadığı ünvan 1 ünvanındakı qeydiyyatda olduğu və yaşadığı mənzilin əvəzinə 2021-ci ilin mart ayında eyni ünvanda yeni bir otaqlı mənzil verilmişdir. İddiaçı oğlu Elxan iki dəfə evlənmiş – 2005-ci və 2013-cü ildə. Onun digər oğlu Zaur 2006-cı ildə evlənmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və X5 mübahisəli mənzildən çıxarılmalarını, Cavabdeh1 isə həmin mənzilə 1/2 payının müəyyən edilməsini istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə qarşılıqlı iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı mübahisəli mənzili nikaha qədər onun mülkiyyətində olan mənzili satıb iki gün sonra daha ucuz qiymətə əldə etmişdir. Cavabdeh1 mövqeyinə görə evin satışından əldə edilmiş vəsait onun ərinin birinci nikahdan olan uşaqlarının evliliyinə və bağ evinin təmirinə xərclənmişdir. Lakin, qeyd edildiyi kimi İddiaçı uşaqları 2005, 2006 və 2013-cü illərdə evlənmişlər, mənzil isə 2007-ci ildə satılmışdır. 2007-ci ildə əldə edilən vəsaitin həmin tarixdən əvvələ və ya 6 il sonraya xərslənməsi mümkün deyil, bağ evinin təmirinə dair isə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Cavabdeh1 tərəfindən 6-10 min manat arasında təmirin edilməsi cavabdehin izahatı və şahidin ifadəsindən başqa digər sübutlarla təsdiq edilməmişdir. Lakin, şahidin ifadəsinə əsasən də Cavabdeh1 tərəfindən mübahisəli mənzildə aparılmış təmir işləri əsaslı təmir işlərinin görülməsi kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli mənzil nikaha daxil olanadək ərə məxsus evin satışı nəticəsində əldə edildiyindən ər-arvadın birgə mülkiyyəti hesab edilə bilməz və onun bölünməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk iddianın təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə ailə münasibətlərinə xiteım verilməşi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi uçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Qeyd edildiyi kimi, Cavabdeh1 qeydiyyatda olduğu və yaşadığı mənzilin əvəzinə 2021-ci ilin mart ayında eyni ünvanda yeni bir otaqlı mənzil verilmişdir. Həmin mənzilin əslində ona deyil, onun bacısına məxsus olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə şahidin ifadəsinə şübhə ilə yanaşır, belə ki, 20 ildən sonra evin sökülməsi, həmin evin yerində yeni evin inşa edilməsi barədə kimsə bilə bilməzdi. Rəsmi olaraq, sökülən və yeni inşa edilən mənzilin Cavabdeh1ı adında olması işin mübahisə edəlməyən halı olduğundan məhkəmə bununla əlaqədar əlavə araşdırma aparmamışdır. X10 isə ümumiyyətlə İddiaçı ailə üzvü sayılmır. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İlk iddia təmin edilsin. Cavabdeh1 və X10 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1b, 4 saylı, 1 otaqlı mənzildən çıxarılsınlar. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5235/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5235/2021
24.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver