Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5256/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi və yeni əmrin qəbul olunması barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli W2424K nömrəli əmrin ləğv edilməsi, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi və son haqq-hesabın hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü ildə Ağdam rayonunda doğulmuşdur. xx.xx.2023-cü ildə Cavabdeh2 MMC-də satıcı vəzifəsində işə qəbul olunmuş və vəzifəsinə uyğun əmək fəaliyyətini həyata keçirmişdir. İşlədiyi müddət ərzində vəzifə öhdəliklərini qüsursuz yerinə yetirmişdir. Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 19 may 2025-ci il tarixli sərəncamına əsasən hərbi xidmətə yollanır. Bununla bağlı işlədiyi müəssisəyə məlumat vermişdir. Ona ərizə yazmalı olduğunu bildirdilər. O da diktə olunan ərizəni yazmışdır. Hüquqi savadı olmadığından ərizənin konkret hansı hüquqi nəticə yaradacağının fərqinə varmamış. Dəfələrlə tələb etməyinə baxmayaraq hazırkı vaxtadək əmr ona təqdim edilməmişdir. xx.xx.2025-ci ildə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Hərbi xidmətə getməyi ilə əlaqədar olaraq işdən azad olunmağı Cavabdeh2 MMC əmək müqavilələrinin alt sistemində Əmək məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərin təşəbüssü kimi qeyd edib. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2025-ci il tarixli müraciət vərəqəsində bildirilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacaq, müraciətin cavabı isə müraciət edən şəxsin Ağdam rayonu Qaradağlı kəndinə göndəriləcək. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə məhkəmə işə iddiaçının və ya onun nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən işçi əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verdiyi halda əmək müqaviləsinə həmin tarixdən xitam verilə bilər. Bununla əlaqədar olaraq vətəndaş ərizə ilə işəgötürənə ərizə ilə müraciət etmişdir. Hərbi xidmətlə bağlı heç bir məlumat verməmişdir. Məhkəmə işin baxışında cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. İşdə olan tərəflər arasında bağlanmış “Əmək müqaviləsi”ndən görünür ki, iddiaçı xx.xx.2023-cü ildən cavabdeh təşkilatda “satıcı” vəzfəsinə işə qəbul edilmişdir. İşdə olan İddiaçı Cavabdeh2 MMC-yə ünvanlandığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı xx.xx.2025-ci ildən öz ərizəsi ilə işdən azad edilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh2 MMC-nin xx.xx.2025-ci il tarixli 242K nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İşdə olan ******* nömrəli “Əmək kitabçası”nın əslindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildə Cavabdeh2 MMC tərəfindən satıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü ildə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli 1049 nömrəli “Arayış”ından görünür ki, 2004-cü il təvəllüdlü İbrahimov X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş, hazırda da hərbi xidmətdədir. Məhkəmə hazırkı mübahisə Azərbaycan Respublikası Əmək Məcələsinin aşağıdakı maddələrinə əsasən həll edilməlidir: 68.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69.1-ci maddəsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.4-cü maddəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69.5-ci maddəsinə görə, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə xx.xx.2025-ci tarixli 242K nömrəli əmrin və əmrin əsasının təşkil edən iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsinin birgə tədqiqindən müəyyən etmişdir ki, iddiaçının xx.xx.2025-ci ildə cavabdeh təşkilata xx.xx.2025-ci ildən işdən azad olunması barədə yazılı ərizəsi əsasında Cavabdeh2 MMC xx.xx.2025-ci ildə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad etmişdir. Cavabdeh təşkilat eyni zamanda xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 13,77 məzuniyyət gününün son haqq-hesabının ödənilməsini əmr vermişdir. Hazırda iddiaçı həmin əmrin ləğv edilməsini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsini və son haqq hesabının ödənilməsini xahiş etmişdir. Lakin əmrin əsassızlığına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı öz ərizəsi ilə işdən azad olunmasını xahiş etmiş, həmin ərizəni şəxsi imzası ilə təsdiqləmişdir. Buna uyğun müvafiq əmr verilərək işdən azad edilmişdir. Ona görə məhkəmə hesab edir ki, hazırki iddianın təmin edilməsi üçün heç bir əsas olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi və yeni əmrin qəbul olunması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim olunduğu gündən 1 ay sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №2(008)-5256/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5256/2025
03.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver