Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5304/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədirliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi1 nümayəndəsi X2, Ərizəçi1 vəkili Vəkil, Ərizəçi2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər X3, Ərizəçi2 Maraqlı şəxsnə qarşı “hüquqi faktının müəyyən olunmasına” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər X3, Ərizəçi2 Maraqlı şəxsnə qarşı “hüquqi faktının müəyyən olunmasına” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək 1937-ci il 12 dekabr tarixində Azərbaycan SSR XDİK tərəfindən cinayət işi qaldırılmış və repressiya qurbanı olmuş X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etişdir. Ərizəçi2 nümayəndəsi Nümayəndə və Ərizəçi1 nümayəndəsi X4 məhkəmə iclasında ərizə ilə müraciət edərək, ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdim edilmiş ərizələri, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizələr təmin olunmalı, ərizəçilərin ərizələri və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, ərizəçilər X3, Ərizəçi2 Maraqlı şəxsnə qarşı “hüquqi faktının müəyyən olunmasına” mülki iş üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa iş üzrə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 268, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçilər X3, Ərizəçi2 Maraqlı şəxsnə qarşı “hüquqi faktının müəyyən olunmasına” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçilər X5 və Ərizəçi2 geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Ərizəçi2 tərəfndən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi2 geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5304/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5304/2024
31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver