Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-531/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək «X1 tərəfindən ona hesablanmış 2663.2 manat mələğində borcun əsassız hesab edilərək silinməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və onların ünvanında mexaniki tipli sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən evdə guya əlavə xətdən istifadə edilməsi ilə bağlı cərimə yazılıb. Bundan xəbəri olmayıb. Qaz idarəsində o, həmin aktı və şəkili tələb etsədə aktı verdilər lakin şəkilləri vermədilər. O, onlara təklif etmişdir ki, komissiya təşkil edilsin və evə baxış keçirilsin amma onlar razı olmayıb ona dedilər ki get məhkəməyə müraciət et. Ona məlum olmuşdur ki, 2663.2 manat cərimə yazıblar. Məhkəmə iclasında iştirak edən İddiaçıiddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, eyni zamanda evdə qoca qadının qaldığını, evin soyuq olduğu üçün qaz xəttinə qeyri-qanuni qoşulmanın onun özü etdiyini ancaq qeyri-qanunu qoşulma əsasında yazılmış cərimələrin məbləğinin çox olduğunu bildirmişdir.. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, 29/1710-01858/3-29 nömrəli xx.xx.2018-ci il tarixli rəyə əsasən 1402AZ**********68 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 9720 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, abonent təbii qazda sayğacdan kənar istifadə edir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 3294 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından qeyriqanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 3024 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 324 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 324 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 1008 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından qeyriqanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 2520 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından qeyriqanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsaəsn 2520 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsaəsn 2520 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsaəsn 1377 kub metr qaz sərfi müəyyən edilmişdir. **********00035 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2018-ci il üçün 972 manat, 2019-cu il üçün 1049,40 manat, 2020-ci il üçün 641,80 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə ilk öncə iddia tələbinin xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktı üzrə iddiaçıya hesablanmış 972 manat cərimənin silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin ******* nömrəli xx.xx.2018-ci il tarixli aktına əsasən iddiaçıya yazılmış 972 manat borc silinməlidir. Bundan sonra məhkəmə iddia tələbin 2019-cu il və 2020-ci il tarixli Azəriqaz İB tərəfindən qeyri-qanuni qoşulma hallarına görə tərtib edilmiş aktlara əsasən iddiaçıya yazılmış cərimələrin silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında iştirak edən iddiaçı sözü gedən tarixlərdə sözügedən mənzildə qaz olmaması səbəbindən qaz xəttinə qeyri-qanuni qoşulmanın onun özü tərəfindən edildiyini bildirdiyindən iddia tələbi qeyri qanunu qaz xəttinə görə cavabdeh tərəfindən yazılmış cərimənin silinməsi hissəsində təmin edilə bilməz. Bundan sonra məhkəmə iddiaçının qeyriqanunu xətlərə görə iddiaçı tərəfindən hesablanmış cərimələrin şişirdilmiş olması hissəsinə münasibətbildirərək qeyd edir ki, iddiaçı cərimə məbləğinin şişirdilmiş olmasını qeyd etsədə, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən **********00035 nömrəli abonent İddiaçı sayğacın yarasız olmasına görə əsassız hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-531/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-531/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver