Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5323/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Abbasqulu oğlunun, Maraqlı şəxs3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, Cavabdeh5 Subay qızının, Maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə, Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoruna, 2 saylı Gəncə Regional Cavabdeh3 Mərkəzinin Notariat Ofisinə, Gəncə şəhər 2 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1, Maraqlı şəxs2 Abbasqulu oğlu, Cavabdeh5 Subay qızı, Maraqlı şəxs3 olmaqla “icra qeydinin ləğvi edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə, Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoruna, 2 saylı Gəncə Regional Cavabdeh3 Mərkəzinin Notariat Ofisinə, Gəncə şəhər 2 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1, Maraqlı şəxs2 Abbasqulu oğlu, Cavabdeh5 Subay qızı, Maraqlı şəxs3 olmaqla “icra qeydinin ləğvi edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində verilən 5 icra qeydinin icraatına xitam verilib ləğv edilməsi, Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsinin icra məmurundan ona aid qeyd etdiyi icra icra işini tələb edib, iş üzrə ekspertiza təyin edilib onun faktiki borcunu müəyyən edilməsi, bununla əlaqədar icra işinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iddiaçı yuxarıda qeyd etdiyi ünvanda bir neçə illərdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev yeni tikili olduğundan pasport qeydiyyatına alınmağı müvəqqəti olaraq təxirə salındığından o, atası evində ünvan 1 ünvanda qeydiyyatda qalmışdır. Eyni zamanda yaşadığı mənzilin alınmasına və ailə qurduğuna qörə ona pul lazım olduğundan, hazırki iş üzrə maraqlı şəxslər olan vətəndaşlardan 2020-ci və 2021-ci illərdə müxtəlif məbləğlərdə müəyyən faiz ödəmək şərti ilə borc götürmüş və həmin borcu götürərkən artıq faiz məbləğləri hesablanaraq, əsas məbləğin üstünə əlavə olunmuşdur. Qeyd etdiyi vətəndaşlardan borc götürdüyü pul, banklardan götürməli olsaydı, üstünlüyü o olur ki, o girov olaraq heç bir əmlak qoymamışdır. Borca dair borc-kredit müqavilələri Bakı şəhəri 23 və 53 saylı notariat kontorlarında və 3 saylı Bakı ASAN mərkəzində rəsmləşdirilmişdir. Faktiki olaraq borc götürdüyü vətəndaşlar əvvəllər tanımadığı, sadəcə olaraq faizə borc pul verən vətəndaşlardır və tanışları vasitəsi ilə əlaqə yaratmışdır. Borc müqavilələri bağlanarkan, faiz məbləğləri hesablanıb borcun ümumi məbləğinə əlavə olunduğundan o, onlarla razılaşmışdır ki, borcu hissəvi olaraq qaytaracaqdır. O, daimi olaraq Bakı şəhərində yaşayıb işlədiyindən kredit müqavilələri müxtəlif vaxtlarda, Bakı şəhərinin müxtəlif notariat ofislərində bağlanmışdır. O, mütəmadi olaraq kreditorları ilə əlaqə saxlayır və krediti hissəvi olaraq ödəmişdir. Lakin onun işində struktur dəyişikliklər olduğundan o, bir müddət aşağı məbləğdə məvacib aldığından məcbur olmuşdur, ödənişlərini dayandırmamaq şərti ilə, aşağı miqdarda ödənişlər etmişdir. Lakin kreditorları ona inanmayaraq, ona və ailəsinə müxtəlif təziqlər edərək pulun hamısını və birdəfəlik ödənişin tələb etməyə başladılar və onun barəsində icra qeydinin tərtib olunub icra şöbəsinə göndərilməsi barədə müraciət etdilər. İcra qeydi ilə əlaqədar yaşadığı ünvan ərazisi və ya borc götürdüyü ərazi üzrə yox kreditorlarımın yaşadıqları və onun qeydiyyatı olan ərazi üzrə Gəncə şəhər notariat ofislərinə müraciət etmişlər. Burada qeyd etməlidir ki, onun ailə üzvləri ilə birgə, daimi yaşadığı ünvanı kreditorları tanıyırdılar və pulu ona kredit müqavilələri bağlanarkan Bakı şəhərində verməklərinə baxmayaraq ona əlavə təzyiq növü olaraq İcra qeydlərini əsassız və qanunsuz olaraq Gəncə şəhərində çıxartmışlar və bildirişləri o, yaşamadığı, boş olan mənzilə göndərmişlər. Həmin icra qeydləri barədə o, artıq Gəncə şəhər icra məmuru vasitəsi ilə xəbər bilmişdir. Bunlara baxmayaraq borclu olduğunu nəzərə alaraq borcunu hissəvi olaraq ödəməkdə davam etmiş və hər zaman çalışmış tələbkarlar ilə barışıq mövqeyində qalmışdır. Lakin bir müddət çəkən daimi ödənişlərinə baxmayaraq onun borcu azalmaq əvəzinə, tələbkarların hesablamalarına əsasən daha da artmaqda davam edirdi. O, bu günə qədər ödənişləri dayandırmamış, lakin bir neçə kreditlərinə görə ödənişləri tam və ya əhəmiyyətli dərəcədə ödədiyinə baxmayaraq həmin icra qeydlərinə görə ödənişləri ondan qanunsuz tələb edirlər və əsassız şikayətlərlə ona, icra məmuruna təzyiqlər edirlər. İcra məmuru isə ödənişlərinə baxmayaraq ona qarşı müəyyən tədbirlər görür, Respublika ərazisindən giriş-çıxışlarına qadağa qoyur. Qeyd etməlidir ki, o, əsasən Bakıda çalışan xarici şirkətlərlə işləyir, onların müəyyən sifarişlərin edir və bununla əlaqədar müxtəlif mal və avadanlıq ilə əlaqədar xarici ölkələrə getməli olur, bundan da onun qazancı əmələ gəlir. Bir halda ki, o, həmin sifarişləri edə bilməyəcəyini deməli qazancı olmuyacaq və tələbkarlarla razılaşdığı şərtlər pozulur. Onun işinə, qazancına güvənərək ona borc pul vermişdilər. Eyni zamanda onun tələblərinə baxmayaraq İcra məmuru onun bu günə olan faktiki borcunun miqdarın müəyyən edilməsi istiqamətində heç bir hərəkət etmir və bildirir ki ona daxil olan icra qeydi əsasında ondan ödənişləri tələb edir, belə halda ödəniş etməyinə baxmayaraq borcu azalmır. Eyni zamanda tələbkarlara aid, yəni hazırki iş üzrə maraqlı şəxslərə aid 5 icra qeydi mövcuddur və həmin icra qeydləri üzrə öhdəliklərinin 4 icra qeydinə dair öhdəliklərimi tam şəkildə yerinə yetirərək ödəmişdir. Bir icra qeydinə dair, Cavabdeh5 Subay qızına aid hissədə icra qeydinə dair öhdəliyinin çox hissəsi təmin olunaraq ödənilmişdir. Bunlara dair onun sübutlarını, ödəniş qəbzlərini məhkəmənin hazırlıq iclasına təqdim edəcəkdir. Notarius borcun ödənilməsi barədə yazılı bildiriş göndərməmiş, borclunun hüquqlarını pozmaqla yalnız tələbkarın mövqeyindən çıxış etmiş, borcun mübahisəsiz olubolmamasını müəyyənləşdirmək üçün heç bir hərəkət etməyərək yalnız kredit sazişin əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan eyni kredit sazişi üzrə əsassız icra qeydi aparmışdır. İcra qeydinin hüquqi statusu "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Notariat haqqında” Qanun) 76-cı maddəsi ilə tənzimlənir. İcra qeydinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl, sifarişli poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi hal da, icra qeydin aparılacağı,barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir. Belə ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununa bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Həmçinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın(bundan sonra-Təlimat) 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərədair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə Notariat Ofisi borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır.Qeyd etdiklərinə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin olunmalı, mübahisələndirilən icra qeyd+i ləğv olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərar ı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onıın borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. O, tələbkarlara etdiyi ödənişlərə dair kifayət qədər sənəd, şahid və digər sübutları var və bunların əsas hissəsin məhkəmənin hazırlıq iclasında məhkəməyə təqdim edəcəyəm. Bir neçə icra qeydləri əsasında olan borcunu tam ödədiyinə görə həmin icra qeydlərinə xitam verilməlidir, Digərlərinə aid hissədə isə hesab edir ki, mühasibatlıq ekspertizası təyin olunaraq, faktiki borcunu müəyyən edib və həmin borcunun ödənilməsinə ona təzyiqlərsiz şərait yaradılıb, ödənilməsinə imkan verilməlidir. O, uzun müddətdir ki, daimi olaraq razılaşdığı qaydada ödənişlərini həyata keçirmiş və ödəməkdən boyun qaçırmamış, tələbkarlar isə onu dələduzluqda ittiham edərək ondan bütün hüquq mühafizə orqanlarına şər-böhtan əsaslı şikayətlər etmişlər. Belə hallar əslində onun onlara olan borcunun ödənişlərində əlavə maneələr yaradır. Onun tərəfindən aparılan mütəmadi ödənişlərini gecikdirirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, icra qeydləri ləğv edilməlidir. Borc məbləğləri müstəqil tələb irəli sürməyən şəxslərə ödənilmişdir. Hazırda iddiaçının narazı olmasının səbəbi icra qeydi üzrə olan tələblər demək olarki iddiaçı tərəfindən ödənməsidir. Lakin icra məmuru sözügedən ödənişləri borcdan çıxmamışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs3 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Maraqlı şəxs1, X2, Maraqlı şəxs3 nümayəndəsi və vəkili etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı və maraqlı şəxslər arasında notariat qaydasında bağlanmış borc müqaviləsi üzrə 2 saylı Gəncə regional “ Asan Xidmət Mərkəzini” Notariat ofisi tərəfindən verilmiş 5 ədəd icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğu üçün onun rədd edilməsini məhkəmədən xahiş edir. İşin hallarından müəyyən olunur ki, iddiaçı, eyni üsuldan istifadə edərək, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 Abbasqulu oğlunu, Cavabdeh5 Subay qızını, Maraqlı şəxs1 aldadaraq pulları ələ keçirmişdir. İddiaçı ələ keçirdiyi pulları qaytarmaqdan qərəzli surtədə boyun qaçırmış, ona görə notariat ofisi tərəfindən icra vərəqəsi verilmişdir. İcra vərəqəsi verildikdən sonra da iddiaçı pulları qaytarmaqdan boyun qaçırmış, vaxtı uzatmaq üçün müxtəlif vasitələrə əl atmış, hazırkı iddia ərizəsini də məhz bu məqsədlə vermişdir. İşin hallarında müəyyən olunur ki, 2 saylı Gəncə reqional “ Asan Xidmət Mərkəzini’ Notariat ofisi tərəfindən icra vərəqəli qanunla müəyyən edilmiş qaydada verilmişdir: notarius icra vərəqəsində “borc müqavilərində” göstərilən məbləğləri qey etmişdir Lakin, iddiaçı yalandan göstərmişdir ki, guya borcun məbləğləri üzrə tərəflər arasında mübahisə mövcud olmuşdur. İddiaçı qeyd edir ki, icra vərəqəsində göstərilmiş pulların bir hissəsini ödəmişdir Əgər iddiaçı borcların bir hissəsini ödəmişdirsə - bunu sübut etməlidir. Bu hallar sübu olunduğu halda, maraqlı şəxslər (tələbkarlıar) da bunu qəbul edəcəklər, iş üzrə icran həyata keçirən icra məmuru bu hallan nəzərə alaraq, borcun bir hissəsini ödənilməsini təsdiq edə bilər, icra məmurunun səlahiyyəti vardır ki işin bu hallarını özü araşdırsın və borc qalıq hissəsini müəyyən etsin. Pulun məbləği barədə tərəflər arasında heç hansı mübahisə mövcüd deyil. Lakin, iddiaçı bu məsələnin qanunla müəyyən edilmiəsi qaydada həll olunması istəmir. Ona maraqlıdır ki mümkün qədər məsələni dolaşdırsın vaxt uzatsın və borcun ödəməkdən yayınmaq üçün əsaslar yaratsın. Ona görə də məhkəməyə qondarma iddia ərizəsi verib və bu faktdan sui-istifadə etməklə məsuliyyətdən yayınmağa çalışır. Həmin icra vərəqələr üzrə müvafiq icra orqanları tərəfindən qanunla müəyyən edilmiş qaydada icra hərəkətləri aparılmışdır. Lakin, bunların heç bir nəticəsi olmamışdır. İddiaçı borcları ödəməkdən qərəzli surətdə boyun qaçırdığı üçün, icra orqanı borclunun inzibati məsuliyyətət cəlb edilməsi barədə protokol tərtib edilmiş və barəsində qərar qəbul etmək üçün məhkəməyə təqdimat verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-3488/2023 saylı qərarı ilə İddiaçı Azərbayacn Respublikası İnzibati Xətalar Məcələsinin 529.1-ci madəsi ilə təqsirli bilinərək, barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin, iddiaçı bundan da nəticə çıxarmamış və bocları ödəməkdən yayınmaq üçün başqa yollar axtarmışdır. O, icra şöbəsinə ərizə verərək bildirmişdir ki, faktiki olaraq daimi əsaslar faktiki olaraq Bakı şəhərinin Sabunçu rayonunda yaşayır və icra işini aidiyyəti üzrə həmin rayonun icra şəbəsinə göndərilməsini xahiş etmişdir. İddiaçın bu ərizəsi təmin edilmiş və icra işi Sabunçu rayon İcra şöbəsinə göndərmişdir. Lakin, işin bir icra orqanından digər icra orqanına verilməsinin heç bir müsbət nəticəsi olmamışdır: iddiaçı borcları ödəməkdən qərəzli surətədə boyun qaçırmağı davam etmiş, icra məmurunun tələblərinə əməl etməmiş, qaçıb gizlənmişdir. Ona görə, icra məmuru tərəfindən barəsində axtarış qərarı verilmişdir. Axtarış qərarı icra edən Sabunçu RPl-nin əməkdaşları İddiaçı olduğu yeri müəyyən edərək onu saxlamışlar və məcburi gətirib icra şəbəsinə təhvil vermişdir. Bundan sonra icra məmuru tərəfində barəsində inzibati protokol tərtib edilmişdir ki, məhkəməyə təqdimat verilsin. İnzibati protokol üzrə həbs olunacağının qaçılmaz olduğundan narahat olan iddiaçı icra məmurundan yalvar-yaxar etmişdir ki, onu məhkəməyə verməsinlər, borcları ödəyəməyə hazırdır. Bu barədə iddiaçı icra məmuruna yazılı iltizam vermişdir və həmin İltizamda qeyd etmişdir ki, borclu olduğı tələbkar ( maraqlı şəslər) Maraqlı şəxs1 Xudaverdi oğluna hər ay - 2 *** AZN Maraqlı şəxs3 hər ay - 1 *** AZN, Cavabdeh5 hə 2 *** AZN , Maraqlı şəxs2 Abbasqulu oğluna hər ay 1 *** AZN pul ödəyəcəkdir. İddiaçıdan iltizamı alarkən icra məmuru maraqları şəxslərin iştirakı ilə onu ciddi şəkildə xəbərdar etmişdir ki, əgər vədlərinə əməl etməsə, iltizamda göstərilən müddətdə və məbləğdə pulları qaytarmasa barəsində sərt tədbir görəcəkdir, inzibati və həttə cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat verəcəkdir. İcraçını əlində yaxa qurtarmağa nail olan iddiaçı bir daha icra məmurunu və maraqlı şəxsləri aldatmış, vədlərinə əməl etməmişdir, lakin yaranmış vəziyyətdən sui istifadə edərək, özünü qarşısında duran inzibati və cinayət məsuliyyətdə sığortalamaq üçün hazırkı qondarma iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdi. İddia ərizəsini verməkdə əsas məqsədi - icra məmuru barəsində tədbir görmək istə zaman bu haldan sui istifadə etsin, yəni məhkəmədə icra tələbindən irəli gələn mülki işin mövcüd olmasından sui-istifadə etməklə və bu yolla icra məmurunun hərkətlərin mane olmaq və icra vərəqəsin icrasına əngəllər yaratmışdır. İddiaçı eyni üsuldan istifadə edərək müxtəlif şəxsləri pulları ələ keçirmişdir. Həmin üslunun mahiyyətinə aydınlıq gətirən bildirir ki, iddiaçı işsiz qalmış iş axtaran şəxsləri müəyyən etməklə, şirkəti açacaq və onlara yüksək maaşlı işə qəbul edəcəyinə dair yalan vədlər verib aldatmaqla pulları ələ keçirməklə məşğul olmuşdur. Lakin, özünün sığortalamaq üçün həmin pullar notariat qaydasında borc kimi rəsmiləşdirmişdir. Bu üsulu ona görə seçmişdir ki, etdiyi əməllərinə görə gələcəkdə cinayət məsuliyyətinə cəlb edildiyi halda, iddia etsin ki, bu cinayət əməlində deyil, mülki müqavilədən irəli gələn mübahisədir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəfin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bak şəhər Sabunçu rayon İcra şöbəsinin icra məmurubub məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, icraatında olan Gəncə şəhər 5 saylı Notariat Ofisinin 8İ-3239 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İddiaçı cəmi 10025 manat, Gəncə şəhəri 5 saylı Ofisinin 8İ-3240 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X1 cəmi 19025 manat, Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 4468 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 25025 manat (cəmi üç icra sənədi üzrə 54075 manat) məbləc alınaraq tələbkar Maraqlı şəxs1 verilməlidir. Hazırda 3 icra işi üzrə 54075 manat borc mövcuddur. Həmçinin, icraatında olan Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8İ-2282 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 15.*** ABŞ dolları və 25 manat məbləğində pul alınaraq tələbkar Maraqlı şəxs3 verilməlidir. Hazırda həmin icra qeydi üzrə 12.*** ABŞ dolları borcu mövcuddur. Həmçinin, icraatında olan Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8İ-3507 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 15025 manat məbləğində pul alınaraq tələbkar Maraqlı şəxs2 Abasqulı verilməlidir. Hazırda 6525 manat borc mövcuddur. Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8İ-2283 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 34*** ABŞ dolları və 25 manat məbləğində pul alınaraq tələbkar Cavabdeh5 verilməlidir. Hazırda 22500 ABŞ dolları məbləğində borc mövcuddur. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan E121512/2024-4-26-004 nömrəli icra işinin matriallarına əlavə edilmiş Gəncə şəhər 5 saylı notariat kontoru tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli icra qeydindən müəyyən edilirki, İddiaçı 19.*** manat məbləğində pul tutularaq Maraqlı şəxs1 ödənməlidir. xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs1 19.*** manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan E121511/2024-4-26-004 nömrəli icra işinin matriallarına əlavə edilmiş Gəncə şəhər 5 saylı notariat kontoru tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli icra qeydindən müəyyən edilirki, İddiaçı 10.*** manat məbləğində pul tutularaq Maraqlı şəxs1 ödənməlidir. xx.xx.2021-cü il tarixli kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs1 10.*** manat məbləğində pul vəsaitini xx.xx.2022-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan E286084/2022-4-34-004 nömrəli icra işinin matriallarına əlavə edilmiş Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydindən müəyyən edilirki, İddiaçı 25.*** manat məbləğində pul tutularaq Maraqlı şəxs1 ödənməlidir. xx.xx.2021-cü il tarixli kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs1 25.*** manat məbləğində pul vəsaitini xx.xx.2022-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan E286084/2022-4-34-004 nömrəli icra işinin matriallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi üzrə borclu olan İddiaçı izahatından görünür ki, digər icra sənədləri olduğu üçün məbləği tam şəkildə ödəyə bilmir, hissə-hissə ödəyəcəyini bildirmişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan E286084/2022-4-34-004 nömrəli icra işinin matriallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icra məmurunun qəraraından görünür ki, borcli İddiaçı barəsibdə olan Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi, Gəncə şəhər 2 saylı Notariat Kontorunun 8i-2283 saylı xx.xx.2022-ci il tarixli, Gəncə şəhər 2 saylı Notariat Kontorunun 3507 saylı xx.xx.2022-ci il tarixli, Gəncə şəhər Mhkəməsinin 2(125)-4376/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra işləri bir icraatada birləşdirilmişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan E286084/2022-4-34-004 nömrəli icra işinin matriallarına əlavə edilmiş Maraqlı şəxs1 Bakı şəhər Sabunçu rayon İcra şöbəsinə ünvalandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, X3 ona 25025 manat pul ödəmişdir yerdə qalan məbləği iyun ayına qədər hər ay 1*** manat sonradan isə hər ay 2*** manat ödəməsinə etirazı yoxdur. xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs1 15.*** manat məbləğində pul vəsaitini xx.xx.2022-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs3 15.*** ABŞ dolları məbləğində pul vəsaitini xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Maraqlı şəxs3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Maraqlı şəxs3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-ci il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydindən müəyyən edilirki, İddiaçı 15.*** ABŞ dolları məbləğində pul tutularaq Maraqlı şəxs3 ödənməlidir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Maraqlı şəxs3 Bakı şəhər Sabunçu rayon İcra şöbəsinə ünvalandığı xx.xx.2022-cü il tarixli ərizəsindən görünür ki, X3 ona 300 ABŞ dolları pul ödəmişdir, yerdə qalan məbləğin onun əmək haqqısına yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi üzrə borclu olan İddiaçı xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o Maraqlı şəxs3 borclu olduğu 15*** Abş dollarını tam ödəmişdir. Lakin borclu ona 4 ildən sonra həmin məbləği bir daha tələb edir qeyd edilən borcun 3*** ABŞ dollar hissəsini qəbz əsasında, digər 12.*** ABŞ dollar hissəsini isə nəğd şəkildə ödədiyini bildirmişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Maraqlı şəxs3 Bakı şəhər Sabunçu rayon İcra şöbəsinə ünvalandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki,xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X3 ilə razılaşma əldə etmiş olduğundan növbəti ərizəyə qədər icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İddiaçı yazmış olduğu iltizamdan görünür ki, o Maraqlı şəxs1 xeyrinə Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən 2024-cü ilin may ayında 1*** manat, iyun ayında 1*** manat, iyul ayından başlayaraq isə hər ay 2*** manat ödəyəcəyinə söz vermişdir. Maraqlı şəxs2 Abassqulu oğlunun xeyrinə isə Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən hər ay 1*** manat ödəmyi öhdəsinə götürmüşdür. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan e225702/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydindən müəyyən edilirki, İddiaçı 15.*** manat məbləğində pul tutularaq Maraqlı şəxs2 Abassqulu oğluna ödənməlidir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan e225702/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, borclu İddiaçı hazırki icra işinin başlanması haqqında qərarı xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan e225702/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Borclu İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhər Sabunçu rayon İcra şöbəsində yazmış olduğu izahatından görünür ki, borclu hazırki icra sənədləri üzrə borc məbləğini ödəməyə imkanı olmaması səbəbindən ödəyə bilmədiyini, lakin xx.xx.2023-cü il tarixdən başlayaraq aylıq 7*** manat ödəyəcəyinə söz vermişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan e225702/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş İddiaçı xx.xx.2024 izahatından görünür ki, o, Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi üzrə tələbi 2024-cü ilin sonunadək ödəməyə söz vermişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan e225702/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Maraqlı şəxs2 tərəfində yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı 3507 nömrəli icra qeydinə əsasən ona ödəməli olduğu 15025 manat puldan 8500 manat olan hissəsini ödəmiş yerdə qalan məbləği isə hər ay 1*** manat olaraq ödənməsinə etiraz etməmişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117296/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş 2 saylı Gəncə regional Asan Xidmət mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydindən müəyyən edilirki, İddiaçı 34.*** ABŞ dollar məbləğində pul tutularaq Cavabdeh5 ödənməlidir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117296/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh5 34.*** ABŞ dollarında olan pul vəsitini xx.xx.2022-ci il tarixədək qəytarmq şərti ilə İddiaçı borc vermişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117296/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, borclu İddiaçı hazırki icra işinin başlanması haqqında qərarı xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117296/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş Cavabdeh5 xx.xx.2022-ci il tarixli ərizəsinin məzmunundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli icra qeydi üzrə ona ödəməli olduğu 34.*** ABŞ dolları olan borc məbləğinin 15.*** ABŞ dolları hissəsini ödəmiş, yerdə qalan məbləğin isə İddiaçı əmək haqqısına ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Bakı şəhər Sabuncu rayon İcra şöbəsinin icraatında olan 117296/2022-4-34-005 nömrəli icra işinin matriallarına əlavə edilmiş İddiaçı xx.xx.2024-cü il tarixli izahatından görünür, onun barəsində bir neçə icra işi olduğundan o hazırki icra işi üzrə borcu tam ödəyə bilməmişdir, bu vaxtadək isə Cavabdeh5 23.124 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək olan müddətləri əhatə edən qəbzlərin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixədək Maraqlı şəxs1 müxtəlif məbləğlərdə ödəniş etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək olan müddətləri əhatə edən qəbzlərin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixədək Maraqlı şəxs2 müxtəlif məbləğlərdə ödəniş etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək olan müddətləri əhatə edən qəbzlərin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixədək Cavabdeh5 müxtəlif məbləğlərdə ödəniş etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Təlimatın 169-1-ci bəndinin e) yarım bəndinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) yarım bəndinə əsasən ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə aparılır. Məhkəmə ilk öncə iddia tələbinin iddiaçının mübahisə predmenti barədə müstəqil tələbirəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 xeyrinə tutulmalı olan Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair hissəsinə münasibət bilirərək qeyd edir ki, məhkəmə sorğusuna əsasən Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icra məmurunun təqdim etmiş olduğu icra işinin matriallarından görünür ki, icra məmurunun icraatında İddiaçı Maraqlı şəxs1 xeyrinə tutulmalı olan pul məbləğinə dair 3 icra qeydi mövcuddur. Qeyd edilən üç icra qeydinin ikisi Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən verilmiş, yalnız biri xx.xx.2022-ci il tarixli icra qeydi Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən verilmişdir. İddia ərizəsində isə Gəncə şəhər 5 saylı notariat ofisi cavabdeh qismində cəlb edilmədiyindən məhkəmə yalnız Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli icra qeydinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən icra qeydindəndə məlum olur ki, sözügedən icra qeydi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən verilmişdir. Beləki sözügedən kredit müqaviləsinin məzunundan aydın olur ki, Maraqlı şəxs1 1 il müddətinə qaytarmaq şərti ilə İddiaçı 25.*** manat məbləğində kredit vermiş lakin, borcalan qeyd edilən pulu müqavilə müddətində qaytarmadığından borc verən borcalanın rəsmi qeydiyyat ünvanının yerləşdiyi notarius ofisinə müraciət edərək icra qeyd əldə etmişdir. Sözügedən notarius isə icra qeydinin icra olunması üçün adiyyatı üzrə borclunun faktiki yaşayış ünvanına yəni Sabunçu rayon İcra şöbəsinə göndərmişdir. Bakı şəhər Sabunçu Rayon icra şöbəsinin icratında olan xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən açılmış E286084/2022-4-34-004 nömrəli icra işinin matriallarına əlavə edilmiş Maraqlı şəxs1 Bakı şəhər Sabunçu rayon İcra şöbəsinə ünvalandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, X3 ona 25025 manat pul ödəmişdir yerdə qalan məbləği iyun ayına qədər hər ay 1*** manat sonradan isə hər ay 2*** manat ödəməsinə etirazı yoxdur. Beləliklə məlum olur ki, borclu İddiaçı xx.xx.2022-ci il tarixli icra qeydi üzrə tələb olan məbləği tələbkar Maraqlı şəxs1 ödəmiş olduğundan iddiaçı hazırda həmin icra qeydinin ləğv edilməsini tələb edir. Məhkəmə ilk öncə iddia tələbinin Gəncə şəhər 2 saylı notariat ofisinə yönələn hissəsinə münasibət bildirərək onu qeyd edirki, nə qədərki icra qeydi üzrə tələb olunan məbləğin ödənilməsi icra qeydinin ləğvi üçün əsas hesab edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz, eyni zamanda məhkəmə iddiaçıya izah edərək bildirirki, sözügedən hal icra işinə xitam verilməli olduğu hal olduğundan borclu sözügedən icra işinə xitam verilməsi üçün adiyyatı üzrə icra şöbəsinə müraciət edə bilər, buna müsbət cavab ala bilmədiyi halda isə icra məmurunun hərəkətsizliyi ilə bağlı ərizə formasında məhkəməyə müraciət edə bilər. Bundan sonra məhkəmə iddia tələbinin Maraqlı şəxs3 ilə İddiaçı arasında Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi əsasında Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, icra işinin matriallarından görünür ki, sözügedən icra qeydi Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə tələb olan məbləğ ilə bağlı verilmişdir yəni iddiaçı Bakı şəhəri 53 saylı notariat kontorunu cavabdeh qismində iddia ərizəsinə əlavə etmiş olsa da, onun sözügedən icra qeydinin ləğv etmə səlahiyyəti olmadığından iddia tələbinin xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsinin cavabdeh Bakı şəhəri 53 saylı notariat kontoruna yönəlmiş hissəsi təmin edilə bilməz. Bundan sonra məhkəmə sözügedən iddia tələbinin cavabdeh Gəncə şəhər 2 saylı notariat kontoruna yönələn hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı sözügedən icra qeydinin qanunun tələblərinə uyğun verilmədiyini, o cümlədən icra qeydi üzrə borc məbləğindən ödənişlər olduğu halda icra qeydi kredit müqaviləsində göstərilən məbləğə uyğun verildiyini bildirərək sözügedən icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etsədə, məhkəmə iddiaçının hazırki icra qeydi verilən zaman göstərilən məbləğin doğru olmadığını, onun icra qeydi verilməmişdən əvvəl borc məbləğinə dair ödənişləri olduğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçının sözügen icra qeydi verilən zaman ödənişlərin nəzərə alınmaması əsası ilə sözügedən icra qeydinin ləğv edilməsinə əsası təmin edilə bilməz. Bundan sonra iddiaçı icra qeydinin qanunun tələblərinə uyğun olaraq ona məlumat verilmədən verildiyini yəni onun rəsmi ünvanının Gəncə şəhəri olsada, faktiki ünvanının Bakı şəhəri olduğunu cavabdehin isə bunu bildiyi halda icra qeydinin verilməsi üçün Gəncə şəhərində yerləşən notarius ofisinə müraciət etmiş olduğundan icra qeydinin ləğv ediləməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundanda görünür ki, icra qeydinin verildiyi tarixdə borclunun rəsmi qeydiyyat ünvanı Gəncə şəhəri olduğundan və tələbkarın borclunun faktiki yaşayış yerinin Bakı şəhəri olmasına dair məlumatının olmasını təsdiq edəcək əsaslı sübutları olmadığından iddiaçının bu əsas ilə icra qeydinin ləğv edilməsinə dair tələbi təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin İddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış kredit müqaviləsi üzrə Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydindən ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı sözügedən icra qeydinin qanunun tələblərinə uyğun verilmədiyini, o cümlədən icra qeydi üzrə borc məbləğindən ödənişlər olduğu halda icra qeydi kredit müqaviləsində göstərilən məbləğə uyğun verildiyini bildirərək, sözügedən icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etsədə, məhkəmə iddiaçının hazırki icra qeydi verilən zaman göstərilən məbləğin doğru olmadığını, onun icra qeydi verilməmişdən əvvəl borc məbləğinə dair ödənişləri olduğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçının sözügen icra qeydi verilən zaman ödənişlərin nəzərə alınmaması əsası ilə sözügedən icra qeydinin ləğv edilməsinə əsası təmin edilə bilməz. Bundan sonra iddiaçı icra qeydinin qanunun tələblərinə uyğun olaraq ona məlumat verilmədən verildiyini yəni onun rəsmi ünvanının Gəncə şəhəri olsada faktiki ünvanının Bakı şəhəri olduğunu cavabdehin isə bunu bildiyi halda icra qeydinin verilməsi üçün Gəncə şəhərində yerləşən notarius ofisinə müraciət etmiş olduğundan icra qeydinin ləğv ediləməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundanda görünür ki, icra qeydinin verildiyi tarixdə borclunun rəsmi qeydiyyat ünvanı Gəncə şəhəri olduğundan və tələbkarın borclunun faktiki yaşayış yerinin Bakı şəhəri olmasına dair məlumatının olmasını təsdiq edəcək əsaslı sübutları olmadığından iddiaçının bu əsas ilə icra qeydinin ləğv edilməsinə dair tələbi təmin edilə bilməz. Bundan sonra məhkəmə İddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış kredit müqaviləsi üzrə Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi üzrə tələb olunun məbləği təlbkara ödəmiş olduğunu məhkəməyə bildirsədə sözügedən icra qeydi ilə bağlı açılmış icra işi matriallarında borclu İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin məzumundan görünürki borclunun tələbkara 15025 manat olan borcdan 8500 manat olan hissəsini ödəmiş olduğunu, hazırda ona 6525 manat borcu qaldığını həmin məbləği isə 2024-cü ilin sonunadək ödəyəcəyini bildirmişdir. Lakin məhkəmə hər bir halda iddiaçıya izah edərək bildirik icra qeydi üzrə tələb olunan məbləğ borclu tərəfindən tam ödənməsi icra qeydinin ləğv edilməsi üçün əsas hesab edilmədiyindən iddia tələbinin xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair halda əsaslı hesab edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2 saylı Gəncə regional Asan Xidmət mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı sözügedən icra qeydi verilən zaman onun ödənişlərinin nəzərə alınmamasını və tələbkar tərəfindən onun ünvanına uyğun notarius ofisinəmüraciət edilməməsini bildirsədə, məhkəmə qeyd edir ki, iddiaçı ilk növbədə icra qeydi verilən tarixdən əvvəl yəni xx.xx.2022-ci il tarixində əvvəl kredit müqaviləsi üzrə ödənişlərinin olmasını təsdiq edəcək sənədləri məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu əsasla təmin edilə bilməz. Bundan sonra iddiaçı icra qeydinin qanunun tələblərinə uyğun olaraq ona məlumat verilmədən verildiyini yəni onun rəsmi ünvanının Gəncə şəhəri olsada, faktiki ünvanının Bakı şəhəri olduğunu cavabdehin isə bunu bildiyi halda icra qeydinin verilməsi üçün Gəncə şəhərində yerləşən notarius ofisinə müraciət etmiş olduğundan icra qeydinin ləğv ediləməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundanda görünür ki, icra qeydinin verildiyi tarixdə borclunun rəsmi qeydiyyat ünvanı Gəncə şəhəri olduğundan və tələbkarın borclunun faktiki yaşayış yerinin Bakı şəhəri olmasına dair məlumatının olmasını təsdiq edəcək əsaslı sübutları olmadığından iddiaçının bu əsas ilə icra qeydinin ləğv edilməsinə dair tələbi təmin edilə bilməz. Bundan sonra məhkəmə iddiaçının iddia ərizəsinin xahiş etdim hissəsində qeyd etmiş olduğu “Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsinin icra məmurundan ona aid qeyd etdiyi icra icra işini tələb edib, iş üzrə ekspertiza təyin edilməsi, bununla əlaqədar icra işinin dayandırılması” hissəsinə aydınlıq gətirərək qeyd edir ki, qeyd edilmiş tələblər vəsatət olduğundan məhkəmə iclasları zamanı həmin məsələrə münasibət bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə, Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoruna, 2 saylı Gəncə Regional Cavabdeh3 Mərkəzinin Notariat Ofisinə, Gəncə şəhər 2 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1, Maraqlı şəxs2 Abbasqulu oğlu, Cavabdeh5 Subay qızı, Maraqlı şəxs3 olmaqla “icra qeydinin ləğvi edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5323/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5323/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver