Məhkəmə qərarları › İş №2(008)-5365/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5365/2022

23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5365/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X13, Ərizəçi1, onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri 1 saylı notariat ofisi maraqlı şəxs qismində qeyd edilməklə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 1 saylı notariat ofisi maraqlı şəxs qismində qeyd edilməklə ərizə və dəqiqləşdirilmiş tələblə məhkəməyə müraciət edərək, Xanım Əlibəndə qızının adına açıq saxlanılmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Ə.Məlikov küçəsi 43 nömrəli evin 1/4 hissəsinin qəbul edilməsi müddətinin X4 vərəsələri Ərizəçi1 və Ərizəçi2 nisbətdə uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər tələblərini onunla əsaslandırmışdılar ki, ata tərəfdən ərizəçilərin nənəsi Xanım Əlibəndə qızı xx.xx.1977-ci il tarixində ölmüşdür. Nənələri öləndən sonra ona məxsus Pirşağı qəsəbəsi, Məlikov küçəsi 43 nömrəli evdə yerləşən mülk ondan miras qalmışdır. Bibiləri Şahid1, Rəcəbova Piruzə və ataları X10 həmin mülkdə yaşamış və nənədən qalan miras əmlakı faktiki olaraq qəbul etmişlər. Təxminən 1970-ci ildə ərizəçilərin ataları həmin mülkdə ev tikməyə başlamışlar. Nənənin vəfatından 4 ay sonra, yəni xx.xx.1977-ci il tarixində ataları X10 həmin evdə (Pirşağı qəsəbəsi, Məlikov küçəsi 43 nömrəli ev) ölmüşdür. Atalarının yas mərasimi həmin evdə keçirilmiş, bibiləri də bunun şahidi olmuşdular. Ataları öldükdən bir müddət sonra ərizəçilər başqa evə köçmüşdülər. Amma tez-tez ata mülkünə gedib baş çəkirdilər, yay aylarında demək olar ki, həmin mülkdə qalırdılar. Yəni, X37 qızının miras əmlakından atalarına çatası mirası faktiki olaraq həmin ünvanda yaşayaraq, qəbul etmişdilər. X9 xx.xx.1994-cü ildə ölmüşdür. Anaları öldükdən sonra ərizəçilərin böyük qardaşları X23 həmin mülkdə (Pirşağı qəsəbəsi, Məlikov küçəsi 43 nömrəli ev) yaşamışdır. O, yaşadığı müddətdə əlavə tikililər inşa etmiş, hətta kimsəsiz insanların yaşaması üçün həmin evdə şərait yaratmışdır. Bununla da X36 də miras əmlakı faktiki qəbul edərək, həmin mülkə sahiblik etməyə başlamışdır. Bütün kommunal ödənişlər də onun tərəfindən ödənilmişdir. X36 xx.xx.2019-cu il tarixində ölmüş, öldüyü günə qədər də həmin ünvanda yaşamışdır. Digər qardaşları X16 isə xx.xx.2003-cü il tarixində ölmüşdür. Hal-hazırda atalarının (X10) yeganə vərəsəsi kimi ərizəçilər (Ərizəçi1 və Ərizəçi2) qalmışdılar. X14 miras qalmış əmlak (Pirşağı qəsəbəsi, Məlikov küçəsi 43 nömrəli ev) bibiləri Şahid1, Rəcəbova Piruzə və əmiləri X5 uşaqları X15, Şahid5 və X11 tərəfindən qəbul edilmiş və onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvana dair məlumatın verilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********88 saylı məktubdan göstərilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Ə.Məlikov küçəsi ev 43 ilkin olaraq Xanım Əlibəndə qızının adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nun xx.xx.1986-cı il tarixli 2kn-N-3310 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Xanım Əlibəndə qızının vəfatından sonra evin 1/4 hissəsi X12 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın xx.xx.1988-ci il tarixli 2kn-N-19 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Xanım Əlibəndə qızının vəfatından sonra evin 1/4 hissəsi Şahid1 Əlihüseyn qızının adına qeydiyyatdan keçmişdir. Keçmiş Lenin rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli 2397 nömrəli qərarına əsasən Xanım Əlibəndə qızının vəfatından sonra evin 1/4 hissəsi X8, Şahid5 və X6 adına qeydiyyatdan keçmişdir. 4 saylı DNK-nın xx.xx.1993-cü il tarixli 1D-45 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X17 özünə məxsus 1/4 hissəsini Şahid2 bağışlamışdır. 39 saylı DNK-nın xx.xx.2008-ci il tarixli 4Ə/1-122 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Şahid1 Əlihüseyn qızı özünə məxsus 1/4 hissəsini Şahid4 bağışlamışdır. Hazırda sözügedən evin 1/4 hissəsi X8, Şahid5 və X6, 1/4 hissəsi Şahid2, 1/4 hissəsi Şahid4, 1/4 hissəsi isə Xanım Əlibəndə qızının adına açıq saxlanılmışdır”. Göstərilənlərə əsasən hesab edirlər ki, X37 qızının adına açıq saxlanılmış Pirşağı qəsəbəsi, Məlikov küçəsi 43 nömrəli evin 1/4 hissəsi ataları X7 çatası miras pay olduğundan, ataları həmin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyündən, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçmişdir (irsi transmissiya). X1 vərəsəsi kimi X9 miras əmlakı faktiki qəbul edərək, həmin mülkdə (Pirşağı qəsəbəsi, Məlikov küçəsi 43 nömrəli ev) yaşamış, böyük qardaşları X23 həmin mülkdə yaşadığı müddətdə əlavə tikililər inşa etmiş və miras əmlakı faktiki qəbul edərək, həmin mülkə sahiblik etməyə başlamışdır. Hazırda anaları və qardaşları ölmüş, atalarının sağ qalan yeganə vərəsələri ərizəçilər (Ərizəçi1 və Ərizəçi2) qalmışdılar. Lakin üzrlü səbəblərdən, yəni vərəsəliyə çağırılmadıqları üçün və qanunun tələblərini bilmədiklərindən notariat orqanına müraciət edə bilməmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi2 məhkəməyə ərizə təqdim edərək onun xəstəliyi ilə əlaqədar bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1, onun nümayəndəsi (vəkili) Nümayəndə ərizənin və dəqiqləşdirilmiş ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə ərizəçi tərəfin izahatlarını dinləyib, iş materiallarının araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçilər qardaş-bacıdılar. Belə ki, Ərizəçi2 xx.xx.1972-ci il tarixdə doğulmuşdur, onun atası X10, anası X24r (XVİ-JQ № 467121 doğum haqqında şəhadətnamə). X19 xx.xx.1974-ci il tarixdə doğulmuşdur, onun atası X10, anası X24r (İİ-JQ № 439636 doğum haqqında şəhadətnamə). X19 xx.xx.1992-ci il tarixdə X31 ilə nikahını bağlamış və Həsənova soyadını qəbul etmişdir. Beləliklə, X10 hər iki ərizəçinin atasıdır. X10 xx.xx.1937-ci il tarixdə doğulmuşdur, onun atası X11, anası X18r. Beləliklə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xx.xx.1977-ci il tarixdə ölmüş Xanım Əlibəndə qızınının oğlu X4 uşaqlarıdır, yəni Xanım Əlibəndə qızınının nəvələridir. Xanım Əlibəndə qızı xx.xx.1977-ci il tarixində ölmüşdür (İ-JQ seriyalı 381369 №-li ölüm haqqında şəhadətnamə). Ərizəçilərin ataları, yəni Xanım Əlibəndə qızının oğlu X10 anasından 4 ay sonra, xx.xx.1977-ci il tarixdə ölmüşdür (AZ-İİ № 171943 ölüm haqqında şəhadətnamə). Ərizəçilərin X9 xx.xx.1994-cü ildə ölmüşdür (AZ-İİ № 250600 ölüm haqqında şəhadətnamə). Ərizəçilərin qardaşları X16 xx.xx.2003-cü il və X23 xx.xx.2019-cu il tarixlərdə ölmüşdülər (AZ-İ № 055831 və AZ-İİ № 026041 ölüm haqqında şəhadətnamələr). Pirşağı qəsəbəsi, Məlikov küçəsi, 43 nömrəli ev Xanım Əlibəndə qızının mülkiyyətində olmuşdur (Bakı şəhər X39 İcraiyyə Komitəsi Texni İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi, qeydiyat nömrəsi 340/352, qeydiyyat tarixi xx.xx.1977-ci il). Ərizəçilər tərəfindən məhkəməyə üç notariat işinin qovluğu təqdim edilmişdir. Həmin qovluqlardan məhkəmə aşağıdakıları müəyyən etmişdir. Xanım Əlibəndə qızının ölümündən sonra: 1 saylı DNK-nun xx.xx.1986-cı il tarixli 2kn-N-3310 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən evin 1/4 hissəsi qızı X12 adına qeydiyyatdan keçmişdir; 1 saylı DNK-nın xx.xx.1988-ci il tarixli 2kn-N-19 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən evin 1/4 hissəsi qızı Şahid1 Əlihüseyn qızının adına qeydiyyatdan keçmişdir. Lenin rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli 2397 nömrəli qərarına əsasən evin 1/4 hissəsi oğlu X5 uşaqları X8, Şahid5 və X6 adına qeydiyyatdan keçmişdir. X2 və Şahid1 Əlihüseyn qızı öz paylarını uşaqlarına bağışlamışdılar. Belə ki, 4 saylı DNK-nın xx.xx.1993-cü il tarixli 1D-45 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X17 özünə məxsus 1/4 hissəsini Şahid2 bağışlamışdır. 39 saylı DNK-nın xx.xx.2008-ci il tarixli 4Ə/1-122 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Şahid1 Əlihüseyn qızı özünə məxsus 1/4 hissəsini Şahid4 bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvana dair məlumatın verilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********88 №-li məktubda qeyd olunan hallar öz təsdiqini tapmış, eyni zamanda hazırda sözügedən evin 1/4 hissəsi X8, Şahid5 və X6, 1/4 hissəsi Şahid2, 1/4 hissəsi Şahid4, 1/4 hissəsi isə Xanım Əlibəndə qızının adına açıq saxlanılması barədə məlumat verilmişdir. Ərizəçilər Bakı şəhəri 1 saylı notariat ofisinə müraciət edərək onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdilər. ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli 253 №-li və xx.xx.2022-ci il tarixli 263 №-li məktublarla bildirilmişdir ki, Xanım Əlibəndə qızının adına açıq saxlanılmış 1/4 hissədə payın hansı vərəsəyə çatmasını müəyyən etmək olmamışdır. Ərizəçilər mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddəti ötürdüklərinə görə onlara məhkəməyə müraciət etmək tövsiyyə edilmiş və şəhadətnamənin verilməsindən imtina edilmişdir. Beləliklə, müəyyən olunur ki, miras əmlakın Xanım Əlibəndə qızının adına açıq saxlanılan 1/4 hissə xx.xx.1977-ci il tarixdə ölmüş oğlu X4 payıdır. Vərəsələrdən Rəcəbova X25 rayon Məhkəməsində iştirak etmiş və miras əmlakın 1/4 hissəsinin Ərizəçi1 və Ərizəçi2 verilməsinə etirazının olmadığını bildirmişdir. Vərəsələrdən Şahid5 tərəfindən məhkəməyə imzası notarial qaydada təsdiq olunmuş ərizəsi təqdim edilmişdir. Həmin ərizədə o, əmlakın 1/4 hissəsinin əmisi X3 vərəsələri olan Ərizəçi1 və Ərizəçi2 verilməsinə etirazının olmadığını bildirmişdir. Hazırda ərizəçilər mənzildəki miras payının qəbul edilməsi müddətinin onlara nisbətdə uzadılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdərmənin səbəbini üzrlü sayarsa uzada bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, Xanım Əlibəndə qızının ölümündən sonra miras qalmış əmlakın 3/4 hissəsinə vərəsəlik haqqında şəhadətnamələr verilmiş, 1/4 hissəsi açıq qalmış, həmin açıq qalmış hissə ərizəçilərin ataları X7 aid olmuş, X10 anasından 4 ay sonra ölmüş, onun ölümündən sonra onun uşaqları Ərizəçi1 və Ərizəçi2 qalmışdılar, miras əmlakdan açıq qalmış 1/4 hissəsinin ərizəçilər tərəfindən qəbul edilməsinə digər vərəsələr etiraz etməmişdilər. Odur ki, mənzildəki miras payının qəbul edilməsi müddəti ərizəçilərə nisbətdə uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Xanım Əlibəndə qızının adına açıq saxlanılmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Ə.Məlikov küçəsi 43 nömrəli evin 1/4 hissəsinin qəbul edilməsi müddəti X4 vərəsələri Ərizəçi1 və Ərizəçi2 nisbətdə uzadılsın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar