Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5374/2021 02.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 olmaqla “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras almaq hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 olmaqla “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras almaq hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 1994-cü ildən vəfat etdiyi 04.11.2020-ci il tarixədək uzunsürən və ağır onkoloji xəstəlikdən və 01.12.2020-ci il tarixli Ölüm haqqında Şəhadətnamədə ölümün səbəbi kimi göstərilən ürəyin aterosklerotik xəstəliyindən əziyyət çəkməsi səbəbindən mirası qəbul edə bilməməsini üzrlü səbəb kimi nəzərə alaraq 4 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində notariat ofisindən verilən 05 aprel 2021-ci il tarixli, 501 №li cavab məktubunda Notariat ofisinin notariusu Sidqi Həbibbəylinin qəbul etdiyi inzibati aktın ləğv edilməsini və İddiaçı qanun üzrə vərəsəlik hüququnun və atasına çatası ünvan 1 ünvanında yerləşən mənzildən mirası almaq hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X4 adına verilmiş 28.01.2020-ci il tarixli, 2V-86 reyestrdə qeyd edilmiş tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən mənzildən miras almaq hüququnun tanınması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisindən verilən 05 aprel 2021-ci il tarixli 501 №li inzibati aktda ona bildirilmişdir: “05 aprel 2020-ci il tarixdə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, 15.06.2019-cu il tarixdə vəfat etmiş babanız X3 arvadı X7 17.12.2019cu il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olan 332,00 (üç yüz otuz İki manat sıfır qəpik) məbləğində pul vəsaitinə dair 2V-1096 reyestrdə qeyd edilmiş və ünvan 2 ünvanında yerləşən mənzilə dair 28.01.2020-ci il tarixdə 2V-86 reyestrdə qeyd edilmiş tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 04.11.2020-ci il tarixdə vəfat etmiş atanız X10 vəfat edən günədək mirası qəbul etmədiyi üçün sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil”. İddiaçı atası X10 04.11.2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. Bundan başqa X10 bildirdiyinə görə 1994-cü ildən özünü onkoloji xəstə hesab etmişdir. Belə ki, X10 07.06.2010-cu il tarixdə arabir qarında olan köp və dildə olan acılıq şikayətləri ilə Milli Onkologiya Mərkəzinə müraciət etmişdir. Təqdim edilən müayinələrə və epikrizlərə əsasən xəstəyə “Sol xayanın xərçəngi, peritonarxası limfa düyünlərinə metastaz. Kombinə olunmuş müalicədən sonrakı vəziyyət (1994). Xəstəliyin proqressivləşməsi, peritonarxa sahəyə metastaz, Sol tərəfli neffektamiya və İV kurs PKT (1995). Xəstəliyin təkrari proqressivləşməsi, cərrahi əməliyyat və İİİ kurs PKT sonrakı vəziyyət (2010)” diaqnozu qoyulmuşdur. Bu Milli Onkologiya Mərkəzinin ona ünvanlanmış sorğuya 4/277-449 №li, 30 aprel 2021-ci il tarixli cavab məktubunda təsdiqlənir. Milli Onkologiya Mərkəzinin cavab məktubundan göründüyü kimi X10 1994-cü ildən vəfat etdiyi 04.11.2020-ci il tarixədək uzunsürən və ağır onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Qeyd etdiyi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. X10 1994-cü ildən vəfat etdiyi 04.11.2020-ci il tarixədək uzunsürən və ağır onkoloji xəstəlikdən və 01.12.2020-ci il tarixli Ölüm haqqında Şəhadətnamədə ölümün səbəbi kimi göstərilən ürəyin aterosklerotik xəstəliyindən əziyyət çəkməsinə görə mirası qəbul edə bilməmişdir. X10 uzunsürən və ağır onkoloji xəstəlikdən və ürəyin aterosklerotik xəstəliyindən əziyyət çəkməsinə görə nəinki mirası qəbul edə bilməmiş, həmçinin o, göstərilən xəstəliklər səbəbindən heç vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu günü belə bilməmişdir. Hətta uzunsürən və ağır onkoloji xəstəlikdən və ürəyin aterosklerotik xəstəliyindən əziyyət çəkməsi və səhhətinin yerində olmaması səbəbinə görə X10 heç vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu günü bilə bilməzdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, atası ölən günə qədər öz ailəsi ilə birlikdə başqa ünvanda yaşamışdır, ünvan 2 ünvanında isə babası X8 ilə arvadı X9 birlikdə yaşamışdır. Babası öldükdə atası xəstə olmuş miras əmlakını qəbul etmək iqtidarında olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X11 iddia tələbinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi və vəkili X22 iddia tələbini qəbul etməyərək bildirildi ki, X7 qanunu üzrə vərəsəlik şəhadətnaməsi 6 ay müddət gözlənildikdən sonra verilmişdir. İddiaçı atasının xəstə olduğunu qeyd etsədə buna dair mötəbər sübut təqdim etməmişdir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X9 izahatında bildirdi ki, o 1993-cü ildə İddiaçı babası X8 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan övladları olmamışdır. 1993-cü ildən 1999-cu ilə kimi mərhum həyat yoldaşıma məxsus İİ MR-da yerləşən mənzilində yaşamışlar. 1999-cu ilin avqust ayında həmin mənzili sataraq hazırda yaşadığı Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsi V yaşayış sahəsi 19, 135 saylı 1 otaqlı mənzili almışlar. Həmin vaxtdan indiyə kimi bu mənzildə yaşamışdır. 15.06.2019-cu ildə həyat yoldaşı beyin infaktından vəfat etmiş. Bundan sonra 4 saylı Bakı Asan Xidmət mərkəzinə müraciət etmişdir və 17.12.2019-cu ildə ona pul vəsaitinə və mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında yaşadığım mənzilə 30.01.2020-ci il tarixdə çıxarış əldə etmişdir. İddiaçının atası Fərahim Mahmudov 15.06.2019- cu il tarixdən vəfat etdiyi günə qədər yəni 04.11.2020-ci ilə kimi mirası qəbul etməmişdir. İddiaçı öz ərizəsində atasının xəstə olması və bu səbəbdən mirası qəbul edə bilmədiyini əsas gətirərək bu faktı üzürlü hesab edilməsini tələb edir. Halbu ki, vərəsə mirası nümayəndə vasitəsi ilə də qəbul edə bilərdi, və eyni zamanda iddiaçının atasının hər hansı bir yataq xəstəyi mövcud olmamışdır, rahat hərəkət etmə imkanı olmuşdur, işin hallarından görünür ki, o mirası qəbul etməkdə maraqlı olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə prosesində iştirak etməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və iddiaçının vəkillinin izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” X12 tərəfindən verilmiş 01.12.2020-ci il tarixli, AZ-İİ 138889 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04.11.2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən Rusiya Federasiyasının Moskva şəhərinin Şolkov rayonunda ölmüşdür. - 05 noyabr 2020-ci il tarixli mərhumun cənazəsinin çağırılması barədə arayışdan görünür ki, X6 ölüm səbəbi infeksiyon xəstəlik olmadığı və cənazənin Maxaçkalaya oradan da Azərbaycan Respublikasına aparılması mümkün hesab edilmişdir. - 4 saylı Bakı “Asan Xidmət” X18 tərəfindən verilmiş 05 aprel 2021-ci il tarixli, 501 nömrəli məktubun surətindən görünür ki, 15.06.2019-cu il tarixdə vəfat etmiş babanız X3 arvadı X7 17.12.2019-cu il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olan 332,00 (üç yüz otuz İki manat sıfır qəpik) məbləğində pul vəsaitinə dair 2V-1096 reyestrdə qeyd edilmiş və ünvan 2 ünvanında yerləşən mənzilə dair 28.01.2020-ci il tarixdə 2V-86 reyestrdə qeyd edilmiş tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 04.11.2020-ci il tarixdə vəfat etmiş atanız X10 vəfat edən günədək mirası qəbul etmədiyi üçün sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 4/277-449 nömrəli məktubunda qeyd edilmişdir ki, X10 ilk dəfə 07.06.2010 tarixdə arabir qarında olan köp və dildə acılıq şikayətləri ilə MOM-a müraciət etmişdir (A/K 5069/10).Anamnezdən məlum olur ki,özünü 1994-cü ildən xəstə hesab edir. Aparılan müayinələr zamanı xayada və qarın boşluğunda törəmə aşkar edildiyindən RKX da "Laparatomiya, törəmədən, biopsiya "cərrahi əməliyyatı aparılmışdır. Pataloji rəy: Herminogen şiş. Xəstə sonra X16 müraciət etmiş və aparılan müayinələr əsasında xəstəyə "Sol xayanın xərçəngi, peritonarxası limfa düyünlərinə metastaz” diaqnozu qoyulmuş və “Sol tərəfli Orxofinikulektomiya, Peritonarxasi törəmənin çıxarılması "cərrahi əməliyyatı aparılmışdır. Patolji Rəy: Herminogen şiş. Xəstəyə ROEM-də əməliyyatdan sonra İV kurs PKT aparılmışdır. (07.06 - 25.08.1994) Müalicədən sonra Moskva şəhərində kontrol müayinələr zamanı peritonarxası sahədə residiv törəmənin əmələ gəlməsi aşkar edildiyindən xəstəyə 1995 - ci ilin mart ayında İsraildə "Sol tərəfli nefrektomiya, peritonarxası limfadisseksiyası" cərrahi əməliyyatı və əməliyyatdan sonra İV kurs PKT aparılmışdır. Sonrakı müayinələrdə residiv şiş aşkar edildiyindən xəstəyə 14.03.2010 tarixdə İİR-da "Peritonarxası sahənin residiv törəməsinin xaric edilməsi" cərrahi əməliyyatı və İİ kurs PKT aparılmışdır. Patahistoloji Rəy: Metastatik teratoma.(04.04.2010 İİR). Xəstə müalicənin davamı məqsədilə Bakı ŞOD-nə müraciət etmiş və xəstəyə ŞOD-da əlavə İ kurs PKT aparılmışdır. (28.05-29.05.10 ŞOD).Xəstə 07.06.2010 tarixdə MOM-a müraciət etmişdir.Təqdim edilən müayinələrə və epikrizlərə əsasən xəstəyə "Sol xayanın xərçəngi, peritonarxası limfa düyünlərinə metastaz. Kombinə olunmuş müalicədən sonrakı vəziyyət(1994). Xəstəliyin proqressivləşməsi peritonarxa sahəyə metastaz, sol tərəfli nefrektamiya və İV kurs PKT (1995). Xəstəliyin təkrari proqressivləşməsi, cərrahi əməliyyat və İİİ kurs PİCT sonrakı vəziyyət (2010) diaqnozu soyulmuşdur. Xəstəyə MOMda müayinələr və həkim-mütəxəssislərin baxışı məsləhət görülsədə xəstə müayinələrdən keçməmişdir. Xəstə 4 il sonra, 27.10.14 tarixdə MOM-a təkrar müraciət etmiş və aparılan USM-də peritonarxası sahədə 5.1x3.9 sm ölçülü residiv törəmə aşkar edilmişdir. Xəstə müayinələrdən sonra həkim-mütəxəssislərin baxışı üçün MOM-a müraciət etməmişdir. Sonralar xəstə mütəmadi olaraq MOM-a müraciət etmiş (2015-2020), müayinə olunmuş, əvvəlki müayinələrdə qarın boşluğunda aşkar edilmiş kistoz törəmənin ölçülərində ciddi böyümə müşahidə olunmadığından cərrah və kimyaterapevt tərəfindən baxılmış ,sahə onkoloqunun nəzarəti altında dinamik müşahidə məsləhət görülmüşdür. Xəstə 28.01.2020 tarixdən sonra MOM-a müraciət etməmişdir. - 4 saylı Bakı “Asan Xidmət” X12 tərəfindən verilmiş AZ-İİ seriyalı, 025726 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 15.06.2019-cu il tarixdə beyin infarktından ölmüşdür. - Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin Vİ-ЖГ seriyalı, 373744 nömrəli nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X13 arasında 7 dekabr 1993-cü il tarixdə nikaha daxil olmuşlar. Ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. - 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən açılmış 28.01.2020ci il tarixli 2V-86 nömrəli notariat işinin surətindən görünür ki, X2 ölümündən sonra miras qalmış Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, ev 19, mənzil 135 ünvanında yerləşən miras əmlakı 28.01.2020-ci il tarixində Qanun üzrə vərəsəlik hüququ haqqında şahdətnamə əsasında arvadı X7 tam payla vərəsəlik şəhadətnaməsi verilmişidir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən sorğuya cavab olaraq daxil olmuş 19 oktyabr 2021-ci il tarixli, 33/3636 nömrəli məktubdan görünür ki, X1 dəfə 16.03.2020-ci il tarixdə dövlət sərhəddindən çıxış etmiş, 07.11.2020-ci il tarixdə cənazəsinin dövlət sərhəddindən girişi qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.3 –cü maddəsinə əsasən Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-cı maddəsinə əsasən Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. İşin hallarından məlum olur ki, iddiaçının babası X8 15.06.2019-cu il tarixdə vəfat etmişdir. Fərman Mahmudov vəfat etdikdən sonra isə onun mülkiyyətində olan əmlak Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, V.Yaşayış massivi 19 ünvanında yerləşən 135 saylı məznil mirası qalmışdır və vərəslər isə yalnızca ölənin arvadı X9 və oğlu X10 olmuşdur. Mülkin işin araşdırılması və tərəflərin verdiyi ifadəsindəndə görünür ki, həmin əmlakda Fərman Mahmudovla birlikdə 1999-cu ildən onun öldüyü tarixədək yalnızca onun arvadı Münəvvvər Mahmudova yaşamışdır. 15.06.2016-ci il tarixindən yəni Fərman Mahmudovun ölümündən sonrada həmin əmlakda yalnızca mərhumun həyət yoldaşı yaşayaraq miras əmlakını faktiki qəbul edilməsinə dair öz aktiv hərəkətlərini nümayiş etdirmişdir. Bundan başqa mülki işin matriallarına əlavə edilmiş 2V-86 saylı notariat işindəndə görünür ki, mərhumun həyat yoldaşı M.Münəvvərova mirasın açılığı gündən 6 ay müddət ərizində qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat orqanına müraciət etmiş və 28.01.2021-ci il tarixində X7 Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi V yaşayış massivi 19 ünvanında yerləşən 135 saylı mənzilə tam payla vərəsəlik şəhatnaməsi verilmişdir. Lakin miras qoyanın qanuni üzrə digər vərəsəsi hesab edilən şəxs X10 isə nəinki mirasın açılığı gündən qanunvercilikdə nəzərdə tutulmuş 6 ay müddət ərzində, həttə bu müddəti ötürdüyü dövürdən ölümünə qədər olduğu dövr ərzində də atasından qalmş mirasın əmlakının qəbul edilməsində maraqlı olmasına dair hər hansı bir aktiv hərəkət etməmişdir. Məhkəməyə müraciət edən iddiaçı babasından qalmış əmlakın atası tərəfdən qəbul edilməmisinin səbəbini atasının xəstəliyi ilə bağlı olduğunu və bu halı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 4/277-449 nömrəli məktubuna əsalandırsadə, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, həmin məktub əsasında iddiaçının mərhum atasının onkoloji xəstəlikdən əziyyət çəkməsi göstərilsədə, həmin xəstəlik nəticəsində mərhum X6 atasının öldüyü tarixdən yəni mirasın açıldığı vaxtan qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müracət edərək miras əmlakından pay almaq hüququna mane yaradan əsaslı halların olduğunu və ya mirası payını qəbul etməkdə maraqlı olduğunu lakin bu hüququnu həyata keçirmək iqtidarında olmadığını sübut edən mötəbər və təkzib olunmaz sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 olmaqla “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras almaq hüququnun tanınması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı cavabdeh 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 olmaqla “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras almaq hüququnun tanınması” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5374/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5374/2021
02.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver