Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5375/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 000 (on beş min) manat pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X2 vasitəsilə işə düzəlməsində köməklik göstərilməsi ilə əlaqədar ona 2020-ci ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Bakıxanov” parkındakı çay evində görüşləri zamanı özbaşına özünü Azərbaycan Rpspublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər vəzifəli şəxs kimi təqdim edərək, tabeliyində əməkdaşlarının olduğunu, habelə yaxın münasibətdə olduğu həmin Xidmətin səlahiyyətli rəhbər vəzifəli şəxsinin təhlükəsizlik orqanlarında kiçik rəis heyətinə xidmətə qəbul etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni 6 ay müddətində müsbət həll edəcəyini, yəni onu müvafiq qaydalarla müəyyən edilmiş müsabiqədən kənar təhlükəsizlik orqanlarında kiçik rəis heyətinə xidmətə qəbul etdirəcəyinə yalandan vəd edərək, görüntü yaratmaq, həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün ondan zəruri sənədlərinin əsillərini, (tərcümeyi-halı və fotoşəkillərini) almaqla, tələb etdiyi 20.000 manat pul vəsaitinin əvvəlcə 10.000 manatı, işə qəbul edilməsinə dair əmr verildikdən sonra 5000 manatını, məzuniyyət haqqı ödənildikdən sonra isə 5.000 manatını verməli olduğunu bildirib, görəcəyi işlərdə özünə inam yaratmış, bununla da alınacaq pulun müqabilində həmin məsələlərin həll ediləcəyini yalandan deyib yaranmış etibardan sui- istifadə edib aldadaraq onunla sövdələşib 26 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Bakıxanov" parkının yaxınlığında cinayətdən xəbərsiz olan atası Vaqif Abbasovun idarə etdiyi "Toyota" markalı, "Prius" modelli, **- UP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə görüşü zamanı tələb etdiyi sənədləri və 10.000 manat pulu ondan alıb, eyni niyyətlə, 03 sentyabr 2020-ci il tarixdə 5.000 manat məbləğdə pul vəsaitini rüşvət kimi verməklə onun həmin Xidmətə işə qəbulu prosesini 3 ay tezləşdirməyin mümkün olduğunu yalandan bildirərək, aldadıb, onunla razılaşmaqla sövdələşərək, 07 sentyabr 2020- ci il tarixdə həmin adla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Bakıxanov" parkının yaxınlığında onunla görüşərək ondan 5.000 manat pul vəsaitini alıb, əldə etdiyi həmin pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf edərək, ona məxsus 15 000 (on beş min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasnda iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-989/2021 nömrəli, 18.05.2021-ci il tarixli qanuni qüvvəsini almış hökmün surətindən görünür ki, məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs Cavabdeh elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, İddiaçı münasibətdə özünü vəzifəli şəxs kimi təqdim etməklə dələduzluq etdiyinə görə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilir. Lakin hər hansı bir vəzifəli şəxsin adını çəkərək, İddiaçı aldığı 15000 manat məbləğində pulu rüşvət kimi verəcəyini demədiyindən 32.4, 312.2-ci maddələri ilə isə özünü təqsirli bilmir. 2004-2018-ci illər aralığında Dövlət Təhlükəsizlik Xidmətində (DTX) işləmişdir. İddiaçı 15.000 manat məbləğində pulu kiməsə rüşvət verəcəyi vədi ilə almamışdır, həmin pulu İddiaçı həmin xidmətdə işə qəbul üçün onu proqram üzrə 3-6 ay ərzində hazırlaşdırmaq məqsədilə almışdır. 2020-ci ilin avqust ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Mədəniyyət sarayının həyətindəki çay evində yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin sakini kimi tanıdığı X2 ilə çay içən zaman onun mobil telefon vasitəsilə hansısa tanışı ilə danışarkən, həmin tanışının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəlmək istədiyini, lakin işinin alınmadığını bildi. Daha sonra Muraddan işin alınmamasının səbəbini soruşduqda o, tanışının yaş həddi ilə əlaqədar işə düzələ bilmədiyi bildirdi və o Muradı aldadaraq guya ki, onun həmin tanışını DTX-nə işə qəbul etdirməyə köməklik edəcəyini dedi. Buna səbəb atası xəstə olduğu üçün maddi cəhətdən vəziyyətinin ağır olması olmuşdur. Bundan sonra, Murad qeyd edilən işə düzəlmək istəyən şəxsə zəng edərək, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kristal" şadlıq sarayının yanında, Mədəniyyət sarayının həyətindəki çay evində görüş təyin etdi. Çay evində Murad onu Emin və onun atası X3 ilə tanış etdi və İddiaçı işə düzəlmək istədiyini bildirdi. İddiaçı onu DTX-də gizir hərbi rütbəsi ilə işə qəbul üçün hazırlaşdıra biləcəyini, 1.600 manat məbləğdə əmək haqqı alacağını, bunun müqabilində ona 20.000 manat məbləğdə pul vəsaiti verməli olduğunu bildirdi. Həmin günün axşamı yenidən M.Kərimov və İddiaçı ilə birlikdə Bakıxanov qəsəbəsində yuxarıda qeyd etdiyi çay evində görüşdülər, İddiaçı müvafiq blankı təqdim edərək, məlumatları doldurmağını, tərcümeyi-halını yazmağını və 2 ədəd qırmızı fonda olan fotoşəklini gətirməsini bildirdi, eyni zamanda, Respublikada gedən müharibə şəraiti, işğal olunmuş torpaqların ərazisi və işğal tarixləri, Respublikanın sərhədləri, ulu öndər Heydər Əliyev və sair barədə məlumatlar oxuyaraq maariflənməsi barədə tapşırıq verdi. Həmin blankı hazırda xatırlamadığı qəzet köşkündən almışdı, qeyd edilən blankların DTX-yə heç bir aidiyyəti olmamışdır. Təxminən, həmin görüşdən 2-3 gün sonra yəni, avqust ayının sonlarında yenidən ilk görüşdükləri parkın yaxınlığında görüşdülər və İddiaçı atasına məxsus nəqliyyat vasitəsində yuxarıda qeyd etdiyi anket, tərcümeyi hal, fotoşəkilləri və ilkin olaraq 10.000 manat pul vəsaitini onlardan aldı. Qalan 10.000 manat vəsaiti isə onlar ona İddiaçı işə qəbul olunduqdan sonra verəcəkdilər. Təxminən, həmin görüşdən 1 həftə sonra sentyabr ayının əvvəllərində İddiaçı “Whatsapp" mobil tətbiqi vasitəsi ilə zəng edərək, tez hazırlaşmaq istəyirsə, daha çox görüşməkləri üçün 5.000 manat pul verməli olduğunu bildirdi. Təxminən, 34 gündən sonra İddiaçıla Bakıxanov qəsəbəsində ilk tanış olduqları parkın yaxınlığında görüşərək, həmin vəsaiti ondan aldı. Danışıq zamanı yalandan 2020-ci ilin dekabr ayının əvvəlində ondan tələb etdiyi yaxın qohumlarının şəxsiyyət vəsiqələrini, ölmüş yaxın qohumlarının isə ölüm haqqında şəhadətnamələrinin sürətini aldı. 15.000 manat pulu İddiaçı DTX-nə qəbul olunmağa onu hazırlaşdırmaq üçün almışdır. Eminə onun işə qəbul olmasını kiminsə vasitəsilə həll edəcəyini deməmişdir, DTX-yə işə qəbulun imtahanla həyata keçirilmədiyini bilir, sadəcə Emini müsahibə üçün suallara digər kurslar vasitəsilə yox, məhz özü hazırlaşdırırdı. Törətdiyi əməldən peşmandır. Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-989/2021 nömrəli, 18.05.2021-ci il tarixli qanuni qüvvəsini almış hökmün surətindən görünür ki, məhkəmə məhkəmə iclası zaman tətdiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Cavabdehnın Azərbaycan Respublikası CM-nın 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirmiş, onun qismən etirafedici ifadələrini isə özünü müdafiə xarakterli olduğu qəbul edilmişdir. - Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-989/2021 nömrəli, 18.05.2021-ci il tarixli qanuni qüvvəsini almış hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.[77] Beləliklə mülki iş üzrə məhkəmə araşdırması zamanı, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-989/2021 nömrəli, 18.05.2021-ci il tarixli qanuni qüvvəsini almış hökmü ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı onu DTX-də gizir hərbi rütbəsi ilə işə qəbul üçün vəd verərək əvəlcə 10.000 (on min ) manat, daha sonra 5000 (beş min) manat məbləğində pul vəsaitini almışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın dövlət rüsumunun hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi rüsum hissəsində tam olaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsum tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5375/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5375/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver