Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5391/2025 15.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 Seyfəddin oğlunun sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 18, mənzil 7 (yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanda yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 18, mənzil 7 (yeni qaydalarla: AZ1039, ünvan 1 onun xüsusi mülkiyyətindədir. X2 Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş, ailə qurduqdan sonra onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 18, mənzil 7-yə yaşamağa başlamışlar. Ağstafa Rayon Məhkəməsinin 2(015)-11/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X2 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra azyaşlı övladları X1 Məsim Oqtay oğlunun yanında saxlanılmışdır. X2 ilə Cavabdeh asında nikahın pozulmasına baxmayaraq, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 18, mənzil 7-də yaşamağa davam etmiş və ona qarşı "mənzildən istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-257/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilməmişdir. Həmin vaxtdan indiyə kimi onun etirazlarına və evindən çıxmasını tələb etməyinə baxmayaraq, Cavabdeh onun evində yaşamağa davam edir. Onunla və oğlu ilə tez-tez səbəbsiz yerə mübahisələr edir və onları təhqir edərək səs-küy yaradır. Hal-hazırda o, Cavabdeh görə öz evində sakit və rahat yaşaya bilmir. Bu səbəbdən də məcburiyyət qarşısında qalıb, cavabdehə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək cavabdehin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mülki işin materialları İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2024-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 18, mənzil 7 (yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. -Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-257/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması barədə tələbi üzrə iddia rədd edilmişdir. -Ağstafa Rayon Məhkəməsinin 2(015)-11/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra azyaşlı övladları X1 Məsim Oqtay oğlunun yanında saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən, müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, iş materiallarında olan və preyudisial əhəmiyyətə malik olan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması barədə tələbi üzrə iddia rədd edilmişdir. Həmin qətnamə üzrə işdə iştirak edən şəxslərlə hazırkı iş üzrə iştirak edən şəxslər eyni olduğundan həmin qətnamə ilə müəyyən edilmiş faktlar yenidən sübut edilmir və mübahisələndirilmir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi mübahisəli hüquq münasibəti Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra yarandığından Konstitusiya Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərarına əsasən iş üzrə mübahisənin maddi hüquqi əsasını Mənzil Məcəlləsinin 30.4-cu maddəsi təşkil edir. Həmin maddənin məzmunundan göründüyü kimi, yaşayış sahəsinin mülkiyyətçi ilə keçmiş ailə üzvü arasında (cavabdeh mülkiyyətçinin keçmiş gəlinidir) ayrı razılaşma olmadığı halda keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Odur ki, Cavabdeh həmin mənzil üzərində qanunla nəzərdə tutulmuş qaydada yaşayış sahəsindən istifadə hüququ yoxdur. Ona görə də məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ olmayan cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə onun iradəsinə zidd olaraq yaşaması və istifadə etməsi iddiaçının həmin mənzil üzərində olan mülkiyyət hüququn pozulmasına gətirib çıxarmaqdadır. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əşyanı geri tələb edə bilər. (vindikasiya iddiası) Vindikasiya iddiasının təmin edilməsi üçün məhkəmə təcrübəsində aşağıdakı dispozisiya şərttləri nəzərdə tutulmuşdur ki, həmin tələblərin hər birinin mövcudluğu vindikasiya iddiasının təmin edilməsi üçün əsasdır, əgər həmin şərtlərdən biri olmadıqda isə iddia tələbi rədd edilməlidir. 1) Əşyanın mülkiyyətçisi iddiaçı olmalıdır. 2) Əşya cavabdehin sahibliyində olmalıdır. 3) Cavabdehin sahibliyi qanunsuz olmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan dispozisiya şərtlərinə əsasən qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir (iş materiallarında olan çıxarışdan məlum olur). Mübahisəli mənzil isə cavabdehin sahibliyində olmaqla, həmin sahiblik qanunsuzdur. Belə ki, iş materiallarında olan qətnamədən göründüyü kimi cavabdehin mənzildən istifadə hüququnun tanınmasına dair iddiası rədd edilmişdir və məhkəmə həmin qətnamə preyudisial əhəmiyyət kəsb etdiyindən həmin xüsusatları mübahisələndirmir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 18, mənzil 7 (yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanda yerləşən evdən çıxarılmalıdır. Nəticə hissəsi Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 18, mənzil 7 (yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanda yerləşən mənzildən məcburi qaydada çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X9
Məhkəmə qərarları › İş №2(008)-5391/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5391/2025
15.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver