Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5407/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X14 Seyfəddin oğlunun sədrliyi, X17 qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında (videogörüntülü çəkilişlər qeydə alınmaqla) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizənin mahiyyəti: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1919-cu il təvəllüdlü X2 xx.xx.1996-cı il tarixində ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi doğum haqqında şəhadətnaməsindən görünür ki, X11 onun anasıdır. Ərizəçinin nənəsi X6 xx.xx.1919-cu il tarixdə anadan olmuş və xx.xx.1996-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən verilən 31 iyul 2024-cü il tarixli arxiv arayışından görünür ki, X8 anası X3r. X11 xx.xx.2011-ci ildə vəfat etmişdir. X1 ölüm haqqında şəhadətnaməsi ərizəyə əlavə olunur. Təcili və X9 Stansiyası tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən göstərilən tibbi yardıma rəğmən nənəsi vəfat etmişdir. X5 vəfat etdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən məzarlıqda torpağa tapşırılmışdır. Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 30 aprel 2025-ci il tarixdə verilən arayışdan görünür ki, X4 dair ölüm haqqında şəhadətnamə tapılmamışdır. Mövcud sənədlərlə ölüm haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı Asan Xidmət X7 müraciət edilsə də, 07 may 2025-ci il tarixli № 3- 16-5/8-15-457/25 saylı cavab məktubunda bildirilmişdir ki, ölümü təsdiq edən sənəd (tibbi şəhadətnamə) olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Tərəfin və digər proses iştirakçılarının izahat və ifadələri: Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - AZ seriyalı, 532568 nömrəli doğum haqqında şəhadətnamədən Ərizəçi doğum haqqında şəhadətnaməsindən görünür ki, X11 onun anasıdır. -AZ-İ seriyalı, 489118 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2011-ci ildə vəfat etmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən verilən 31 iyul 2024-cü il tarixli arayışdan görünür ki, X8 anası X3r. -Təcili və X9 Stansiyası tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən göstərilən tibbi yardıma rəğmən X6 vəfat etmişdir. -Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X2 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. -4 saylı Bakı Asan Xidmət X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından şəxsin məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı:
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, ölüm faktının müəyyən edilməsinə dair ərizə yanlız şəxsin yaxın qohumları tərəfindən o halda verilir ki, ölüm haqqında tibbi şəhadətnamə olmamalı və iş materiallarına onun alına bilməməsinin səbəbləri barədə sübutlar əlavə edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X5 ərizəçinin nənəsidir və ərizəçi, tibbi şəhadətnamə almamış və ala bilməməsi barədə sübutları məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə hesab edir ki, onun ərizəyə verməyə subyektiv hüququ mövcuddur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də, ərizəçinin nənəsi X5 xx.xx.1996-cı il tarixində vəfat etmişdir. Məhkəmə bu qənaətə gələrkən iş materiallarında olan sübutlara əsaslanmışdır. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, X2 xx.xx.1996-cı il tarixində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1919-cu il təvəllüdlü X2 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Müseyib Bayramov