Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5413/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X23 qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Bağırova Könül Əsgər qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 39 nömrəli Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 39 nömrəli Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü ildə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanun üzrə birinci növbəli vərəsəsi olaraq əri - yəni ərizəçinin X9 tərəfindən faktiki qəbul edilməsinin məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev X5 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. X10 xx.xx.1967-ci ildə ərizəçinin X9 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan övladları olmamışdır. X10 31 yanvar 1983-cü il tarixdə, X9 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanında yerləşən ev X9 ilə arvadı, X5 birgə nikah dövründə əldə edilmiş 1967-ci ildən 1991-ci ilədək ölən günədək, həmin ünvanda yaşamış X5 övladları olmamış, valideynləri vəfat etmişdir. Onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələri yoxdur. Ərizəçi 1948-ci il tarixində Bakı şəhərində anadan olmuş 1967-ci ildən hal-hazırki vaxtadək ünvan 1 ünvanında yaşayır, hazırda həmin evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri 39 nömrəli Notariat Ofisinə müraciət etmiş, müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsində göstərilən miras qoyanın vərəsələri dairəsinə daxil olmadığı ilə bağlı vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. X9 xx.xx.1967-ci ildə X10 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və ölən günədək nikahda olmuşlar. X1 Fatma Məmmədyar qızının qanun üzrə 1-ci növbəli vərəsəsi olmuş,miras əmlakı faktiki qəbul etmiş, ölən günədək orada yaşasa da, ölən günədək vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Notariat Ofisinə müraciət etməmişdir. Atasının ölümündən sonra isə miras qalmış ünvan 1 ünvanında yerləşən evi faktiki olaraq o qəbul edib, halhazırki vaxtadək orada yaşayır. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X18 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 31 yanvar 1983-cü ildə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini onun qanun üzrə 1-ci növbə vərəsəsi olan X19 tərəfindən faktiki olaraq idarə etməklə qəbul etməsini və onun ölümündən sonra isə Ərizəçi Yusuf oğlu tərəfindən faktiki idarə etməklə qəbul etməsi faktı məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin etibarnamə üzrə nümayəndəsi X18 ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin hallarını tam araşdıraraq və işdə olan sübutları əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İİ-ЖГ seriyalı 332332 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1983-cü ildə ölmüşdür. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 389823 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1991-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1992-ci ilin 01 ayının 15 günündə 59 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli 3-16-5/8-15-295/2024 nömrəli arayışının surətindən görünür ki, X17 və X5 nikahı haqqında xx.xx.1967-ci il tarixdə 288 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan X-ЖГ seriyalı 474046 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 18 avqust 1948-ci ildə Bakı şəhərində doğulmuşdur. X9, anası X2r. Bakı şəhəri 39 nömrəli Notariat ofisi 18 aprel 2024-cü il tarixli 59 nömrəli sorğuya cavab məktubunda xx.xx.1983-cü il tarixdə vəfat etmiş X4 qalmış miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Ərizəçi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsində göstərilən miras qoyanın vərəsələri dairəsinə daxil olmadığı ilə bağlı vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 04 dekabr 2023-cü il tarixli 3-21-3-30/2-43814/2023-**********14 nömrəli sorğuya cavab məktubunda, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, 30 nömrəli fərdi yaşayış evi X5 adına qeydiyyatdan keçməsi və hazırda mülkiyyətində olması bildirilmişdir. Dövlət Notariat Arxivinin 30 avqust 2024-cü il tarixli, 3-16-5/6-11-1067/24 nömrəli sorğuya cavab məktubunda məhkəməyə bildirilmişdir ki, “Elektron notariat” İnformasiya sistemində X6 adına vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. Pirşağı qəsəbə sakinləri tərəfindən tərtib edilən aktın surətindən görünür ki, Salamov Muxtar, Əliyev Qüdrət, Əlizadə Hacıbaba öz imzaları ilə təsdiq etmişlər ki, 50 ildən artıq olar ki, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, 30 nömrəli evdə X10 yaşamış və həmin ev onun adına olmuşdur. 1983-cü il tarixdə X5 ölümündən sonra həmin evdə həyat yoldaşı X19 yaşamışdır. Sabunçu RİH başçısının Pirşağı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən tərəfindən tərtib edilmiş aktdan görünür ki, X22, X16 və X7 öz imzaları ilə təsdiq etmişlər ki, X11, həyat yoldaşı X19 ilə ölən günə kimi birlikdə yaşamış və ondan sonra da X19 özü vəfat edən günə kimi Əjdər Məlikov küçəsi ev 30 ünvanında yaşamışdır. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sənədlərin verilməsi barədə məktubundan görünür ki, ünvan 1 ünvanına dair sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq sözügedən ünvana dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Müvafiq sənədlərin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanına dair sənədlər X5 adına qeydiyyadan keçmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu və 307.2.11-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının, vərəsəliyin açılma yerinin və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli plenum 3 nömrəli Qərarının 10-cu bəndinə əsasən məhkəmələrə izah olunur ki, MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2 və 1243.3-cü maddələrinə əsasən «Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır», «Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir». Göründüyü kimi qüvvədə olan mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu nəzərdə tutulub. Qanuna görə mirasın qəbul edilməsi vərəsənin əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi yolu ilə mümkündür. Məhkəmə qeyd olunan normaları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, ünvan 1 ünvanına yerləşən miras əmlak mülkiyyət hüququ üzrə X8 məxsus olmuş, onun 1983-cü il tarixdə ölümündən sonra, onunla həmin mənzildə yaşayan əri X19 2***-ci il tarixinə kimi qüvvədə olan 1965-ci il tarixli Mülki Məcəllənin 552-ci maddəsinə əsasən, vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanında mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qanunvericiliyin tələbindən və iş materiallarından da göründüyü kimi X11 1967-ci ildən X19 ilə nikaha girərək, ölən günə kimi ünvan 1 ünvanına yaşamışdır. (bu iş materiallarında olan qonşular tərəfindən tərtib edilmiş akt və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təstiqini tapır.) Həmçinin Dövlət Notariat Arxivinin 30 avqust 2024-cü il tarixli, 3-16-5/6-11-1067/24 nömrəli cavab məktubunda, “Elektron notariat” İnformasiya sistemində X6 adına vərəsəlik işinin açılması barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Fatma Quliyevanın 1983cü il tarixdə ölümündən sonra əmlakı faktiki idarə etməklə qəbul etmiş, 1965-ci il Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, yəni miras əmlak X12 mülkiyyəti hesab olunduğundan, onun 1991-ci il tarixdə ölümündən sonra oğlu hazırki Ərizəçi həmin miras əmlakda yaşamaqla, əmlakı idarə, sahiblik etməklə miras əmlakı faktiki idarəçiliklə qəbul etmiş və hazırki vaxta kimi həmin ünvanda yaşamaqda davam edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, miras qalmış əmlaka ərizəçinin sahiblik və əmlakı idarə etməsi faktı və bunu ətrafdakılara şəksiz nümayiş etdirмəsi məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və tədqiq edilmiş iş materialları ilə tам sübuta yetirilir. Odur ki, ərizə təmin edilməli, ünvan 1 ünvanına yerləşən miras əmlakın ərizəçinin atası X19 və onun ölümündən sonra isə vərəsəsi Ərizəçi Yusuf oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X19 və Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5413/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5413/2024
23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver