Məhkəmə qərarları › İş №2(008)-5414/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5414/2024

25.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5414/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəilə məhkəməyə müraciət edərək, əri xx.xx.1969-cu il tarixdə doğulmuş X2 xx.xx.2024-cü il tarixdə, Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1969-cu il tarixdə doğulmuş X6 onun əri olub. Həyat yoldaşı “ürək çatışmamazlığı” xəstəliyindən əziyyət çəkirdi. Xəstəliyi ilə əlaqədar olaraq müalicələr alırdı. 5.07.2024-cü il tarixdə həyat yoldaşının iş yerində halı qəfil pisləşib. Dərhal “Təcili Yardım”a zəng vurulsa da, lakin həkim gələnə kimi X6 vəfat edib. Həyat yoldaşı vəfat edərkən iş yoldaşları - X7 və X3 onun yanında olublar. Həyat yoldaşı X4 Göyçay qəbirstanlığında dəfn etmişlər. Məhkəmənin nəzərinə çatdırılır ki, müəyyən sənədləşmə işləri görmək üçün mərhum ərinin ölümü haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də o, mərhum əri X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün 11 saylı Şəhər Poliklinikasına və 4 saylı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etmişdir. 11 saylı Şəhər Poliklinikası “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən, 4 Saylı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi isə “ölüm haqqında şəhadətnamə”nin verilməsindən imtina etdi. Həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə həyat yoldaşı X2 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X5 məhkəməyə məktubla müraciət edərək iş yükünün çoxluğundan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-693/2023 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş Vətəndaşlıq vəziyyəti aktlarını dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkiç arayışı ğlüm haqqında fledşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilmısi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktını təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X14 Bakı Baş Səhiyyə X12 Şəxs “11 nömrəli Şəhər Poliklinikası” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1039 nömrəli məktubdan görünür ki, X6 evində deyil, Bakıxano qəsəbəsində (yaşayış ünvanından kənarda)) rəhmətə gedib. Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin verilməsinə baxmayaraq bu günə qədər bizim müəssisəyə hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verə bilmədiklərini bildirmişdir. BŞT və TTYS Yardım Stansiyasının ölüm haqında xx.xx.2024-cü il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, həkim briqadası ünvan 2 ünvanına gələnə kimi X2 həkimə qədərkişi cinsli meyit aşkar edilmişdir. Koray rayon İcra Hakimiyyəti Başçısının Şəhadən kənd bölgəsi üzrə nümamüyaəndəliyi tərəfindən verilmiş İ-ЖГ seriyalı 400549 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X8 xx.xx.1994-cü il tarixdə 35 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə İsmayılov, arvada İsmayılova verilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 ərizəçinin əru olmuşdur. O, xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar