Məhkəmə qərarları › İş №2(008)-5416/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5416/2024

17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5416/2024 17.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X1nun doğum akt qeydinin ad qrafasında atasının adı “X5”, doğum tarixi “1933-cü il”, doğum yeri “Bakı şəhəri”, ata adı qrafasında atasının adı “X6”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında anasının adı “X9”, milliyyəti “azərbaycanlı” qeyd edilməklə doğum akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 1933-cü ildə Bakı şəhərində doğulmuşdur. X1 xx.xx.1958-ci il tarixli 16 nömrəli akt qeydi X11 ilə nikahını rəsmiləşdirərək ailə həyatı qurmuşlar. O, xx.xx.1964-cü il tarixdə Вakı şəhəri Sabunçu rayonunda doğulmuşdur. Daha sonra xx.xx.1964-cü il tarixli 20 nömrəli akt qeydi ilə ona doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamənin ad qrafasında adı “Ərizəçi”, doğum tarixi “xx.xx.1964-cü il”, doğum yeri “Bakı”, ata adı qrafasında atasının adı “X5”, milliyyəti “azərbaycanlı”, ana qrafasında anasının adı “X11”, milliyyəti “azərbaycanlı” yazılmışdır. X1 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə xx.xx.1994-cü il tarixdə 73 nömrəli akt qeydi ilə ölüm haqqıı şəhadətnamə verilmişdir və həmin şəhadətnamənin xx.xx.2024-cü il tarixli AZ-İİ 412205 nömrəli təkrarını almışdır. Daha sonra anası X11 xx.xx.2010-cu il tarixdə Вakı şəhərində vəfat etmişdir. Bu barədə xx.xx.2010-cu il tarixli 217 nömrəli akt qeydi ilə ölüm haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamənin xx.xx.2024-cü il tarixli AZ-İİ 412204 nömrəli təkrarını almışdır. Halhazırda yaşadıqları ünvan 1 ünvanındakı ev mərhum babası X3 adınadır. X1 vəfat etdiyi üçün həmin evi adına keçirə bilməmişdir. Bu səbəbdən də atasının varisi kimi, həmin əmlakın adına keçirilməsi üçün o müraciət etməli olmuşdur. Bu səbəbdən də Bakı şəhəri 5 saylı Asan Xidmət Mərkəzinin notariat ofisinə müraciət edərək vərəsəlik şəhadətnaməsi almaq istəmişdir. Orada ondan atasının doğum haqqında şəhadətnaməsini istəmişlər. O, atasının doğum haqqında şəhadətnaməsini almaq üçün 5 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Orada atasının doğum haqqında şəhadətnaməsinin sistemdə olmadığını bildirdilər və Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinə sorğu göndərdilər. Lakin Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsi xx.xx.2024-cü il tarixli 3-48-DA/2-D-431-6-520/2024 saylı cavabı ilə 1933-cü ilə aid Bakı şəhəri Lenin (Sabunçu) rayonu Bilgəh qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə təhvil verilməməsi səbəbindən X1nun doğum akt qeydi barədə arxiv sənədi tapılmamışdır. Həmçinin, X1nun doğum akt qeydinin bərpa olunması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Oradan da ona bildirdilər ki, məhkəmə qaydasında doğum akt qeydi bərpa olunandan sonra həmin şəhadətnaməni verə bilərlər. Hal-hazırda atasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün babasının adına olan əmlaka dair vərəsəlik hüququndan istifadə edə bilmir. Bu səbəbdən də X1nun doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, o, Quba rayonunda doğulmuşdur. Nənəsigildə çox qalırdı, nənəsigil də Rafailgilin qonşusu olub. 6-7 yaşı olanda Rafailin babasını-Ağaverdini xatırlayırdı, adını eşitmişdi, amma üzü yadında qalmayıb, sonra o, vəfat etdi. 1964-cü ildən Bilgəhdə yaşayır. Rafaili yaxşı tanıyır, atası Daşdəmiri də yaxşı tanıyırdı. Daşdəmirin 2 oğlu və 2 qızı olduğunu bilir, amma Daşdəmirin neçənci ildə və hansı tarixdə doğulduğunu bilmir. Daşdəmirin atasının Ağaverdi olduğunu bilir, amma anasının da kim olduğunu bilmir. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirmişdir ki, o, 1957-ci ildə doğulmuşdur. Daşdəmir onun əmisidir. Babası Ağaverdi 1957-ci ildə ölüb. Babasını görməmiş, Daşdəmir əmisini isə görmüşdür. Daşdəmir əmisinin neçənci ildə, hansı tarixdə və harada doğulduğunu isə bilmir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1933-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu və Nardaran qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında, 1934-1943-cü illərə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə doğum haqqında bərpa kitablarında X2 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda, 1933-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Bilgəh qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. - AZ-İİ seriyalı 412204 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İİ seriyalı 412205 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Valideynlər haqqında məlumatlar qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydinin bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə təmin olunacağı ərizəçiyə bildirilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. - AZ-T seriyalı 261785 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, X1, anası X8r. - İ-ИE seriyalı 078466 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X17 xx.xx.1958-ci il tarixdə evlənmişlər, evlənmə qeyd ediləndən sonra arvada Daşdəmirova soyadı verilmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X5 ilə X12 nikahı haqqında xx.xx.1958-ci il tarixdə 16 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Daşdəmirova soyadı verilmişdir. - xx.xx.1956-cı il tarixli çıxarışın surətindən görünür ki, Maştağa rayonu Bilgəh qəsəbəsində yerləşən 133b saylı ev X4 məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, ərizəçinin təşəbbüsü ilə dindirilmiş şahidlər isə ərizəçinin atası haqqında məhkəməyə hər hansı mötəbər məlumatlar verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar