Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5417/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X2 hesablanmış (abonent kodu **********00000 nömrəli) 777 manat 60 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağ evi 5 ünvanında yerləşən mənzilə "Azəriqaz” İstehsalat Birliyi tərəfindən smart kart tipli qaz sayğacı quraşdırılmışdır. Atası xx.xx.2024-cü il tarixdə ölmüşdür. Onlara heç bir məlumat və bildiriş verilmədən mənzilinə qazın verilişi qanunsuz olaraq dayandırılmışdır. Qazın verilişinin hansı səbəbdən dayandırılması ilə maraqlandıqda bildirilmişdir ki, qaz sayğacına abonent tərəfindən müdaxilə edildiyindən və smart kart vasitəsi ilə yüklənən təbii qazdan əlavə qaz sərf edildiyindən qeyd edilən smart kart tipli qaz sayğacı "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən dəyişdirilərək yenisi ilə əvəz edilmiş, bu barədə akt tərtib edilmiş və əlavə olaraq, abonent Ə.Həsənova hal-hazıradək 777,60 AZN məbləğində borc yazılmışdır. Aktla tanış olarkən tərəflərindən müəyyən edilmişdir ki, "Azəriqaz” İB-i tərəfindən tərtib edilmiş aktda guya qaz sayğacının dəyişdirilməsi İddiaçı tərəfindən sifariş verilmişdir. Belə ki, aktda sifarişçi qismində İddiaçı adı göstərilmişdir. Ən maraqlısı isə, budur ki, aktda İddiaçı imzası saxtalaşdırılmış, onun adından onlara məlum olmayan şəxs tərəfindən akta imza edilmişdir. İddiaçı qeyd edilən borcun hansı əsaslarla hesablanmasının müəyyən edilməsi barədə "Azəriqaz” İB-nə müraciət etmişdir. "Azəriqaz” İB tərəfindən rəsmi cavab verilmişdir. Göründüyü kimi "Azəriqaz” İB tərəfindən nə qaz sayğacının hansı səbəblərdən dəyişdirilməsi, nə mövcud olmuş qaz sayğacının bağlanmasının hansı səbəblərdən yaranması, nə də borc məbləğinin hansı qaydalarla və əsaslarla, hansı dövr üçün yaranması barədə heç bir məlumat verilməmişdir. Hesab edir ki, həm qaz sayğacının heç bir səbəb olmadan yenisi ilə əvəz edilməsi, həm də əlavə borcun hesablanması tam qanunsuzdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB-nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə akt və əsasını təşkil edən sübutların məhkəməyə təqdim edildiyini, cavabdeh tərəf olaraq əlavə ediləcək başqa sübutunun olmadığını, iclası iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən və АЗ 453875 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı X1 övladıdır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 430161 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bakı şəhəri 17 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X1 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmış İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilmişdir. Müayinənin nəticəsinə dair ******* nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, mənzildə istifadə olunan 1 ədəd kombi həyətdə quraşdırılmış, Qaz xətalərində sızma aşkarlanmamış, divar keçidlərində gilizin olmaması, mənzildə defektorun olmaması müəyyən edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, **********00000 nömrəli abonent X3 məxsus sayğacın hesablama yuvasının ətrafında əzik-cizıq izləri var. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsəsan itirilmiş qaz sərfiyyatının həcminin 6480 m3 olması hesablanmışdır. **********00000 nömrəli abonent X3 məxsus saldodan görünür ki, abonentə qalıq və aktlara əsasən 2023-cü ilin oktyabr ayı tarixində 777.60 manat borc hesablanmışdır. Bakı Regional Qazın Satışı Departamentinin 14-2-2-4/2-H-17xx-xx/2023-4176 nömrəli məktubundan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, bağ evi 5 ünvanında İddiaçı istifadəsində olmuş sonradan ödənişli G-4 markalı **********9 nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixində sonradan ödənişli yeni qaz sayğacı ilə dövlət yoxlanılmasına göndərilməsi məqsədi ilə əvəzlənmişdir. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında "Azəriqaz” İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cı il tarixli MSK-14-2-2/3-5-10157/Q001 aktlarına əsasən, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin Üzərinə vurulan plombların və yuvalarının ətrafında əzik-cızıq izləri var rəyi verilmişdir...... Müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotununun aparılması məqsədilə "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2023-ci il tarixli ******* nömrəli tərtib edilmiş akta əsasən 6480,0 m³ (777,60 AZN) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı iddiaçının faktiki istifadəsində olan və onun mərhum atasına məxsus **********9 zavod nömrəli sayğacın sayğacın hesablama yuvasının ətrafında əzik-cizıq izlərinin olması və bunun əsasında itirilmiş qazın həcminin 6480 kub metr hesablanaraq dəymiş zərərin 777.60 manat hesablandığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğaca müdaxilə edilməsi, onda əzik-cızıq xətlərinin olması və bunun məhz iddiaçının təqsiri üzündən baş verməsi iş materialları ilə öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, silinməsi tələb edilən 777.60 manat məbləğin silinməsi hissəsində iddia tələbi təmin edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə saldoda iddiaçının atasına 2023-cü ilin oktyabr ayı üzrə hesablanmış 777.60 manat borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X2 məxsus ünvan 3 ünvanında yerləşən evin **********00000 №-li abonent kodundan 777.60 manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(008)-5417/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5417/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver