Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5425/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X7 və X5 qarşı “nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən alınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X7 və X5 qarşı “nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2007-ci il buraxılışlı “Opel Astra G minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınaraq ona təhvil verilməsi, həmçinin dövlət rüsumuna görə 100 manat və hüquqi yardım göstərilməsi üçün 120 manat məhkəmə xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində etibarnamə verərək onun üçün Gürcüstan Respublikasından avtomobil gətirməsini istəmiş, əlavə olaraq həmin şəxsə avtomobili gətirməsi üçün 6800 manat pul vermişdir. Cavabdeh1 “Opel Astra G minik” markalı, **-RY-*** qeydiyyat nişanlı avtomobili gətirdikdən sonra ona təhvil verməli olduğu halda verməmiş, ona heç bir məlumat vermədən avtomobili, o cümlədən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat ofisində nəqliyyat vasitəsini idarəetməsi üçün etibarnaməni digər cavabdeh X5 vermişdir. Bu hadisədən xəbər tutduqdan dərhal sonra Cavabdeh1 verdiyi həmin etibarnaməni xx.xx.2021-ci il tarixdə ləğv etmiş və cavabdehlərdən mülkiyyətində olan nəqliyyat vasitəsinin təhvil verilməsini tələb etmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Naziriyinin Baş X10 İdarəsinə ərizə yazaraq, sözügedən nəqliyyat vasitəsinin saxlanılaraq ona təhvil verilməsini xahiş etmiş və həmin qurum avtomobili axtarışa vermişdir. Dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər avtomobili geri qaytarmaqdan imtina etmişlər. Qeyd olunanlara əsasən, iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında cavabdehlərin iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsini qanunsuz olaraq özlərində saxlayaraq qaytarmamalarının iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli olduğunu məhkəmənin diqqətinə çatdırdı və iddianın təmin edilərək, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı ilə o, hərbçi olmaqla xidmət yerləri eyni olmuşdur. İddiaçı ilə aralarından borc münasibətləri olmuş, bununla əlaqədar bankdan kredit götürmüşdür. Lakin iddiaçı ona nəqliyyat vasitəsinin alınması ilə bağlı 6800 manat məbləğində pul, eləcə də etibarnamə verməmişdir. İddia predmeti olan avtomobil əvvəllər onun istifadəsində olmuş, həmin avtomobili 8800 manata digər cavabdeh X1. O, qeyd olunanlara əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X6 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, o, iddiaçını tanımır. İddia predmeti olan “Opel Astra G minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili 8800 manata Cavabdeh1 almış, lakin adına sənədləşdirə bilməmişdir. Hal-hazırda həmin avtomobil onun həyətindədir. Bir ay istifadə etdikdən sonra avtomobilin motorunda problem yaranmış, hazırda istifadəyə yararsız vəziyyətdə olduğundan, avtomobili idarə edə bilmir. O, qeyd olunanlara əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialında olan xx.xx.2021-ci il tarixli, 5968 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan 2007-ci il buraxılışlı, Opel Astra G minik markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X5 (etibarnamə etibaretmişi etibarnamə qaydasında verilərsə, nümayəndə Cavabdeh1) xx.xx.2022-ci il tarixədək sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etməyi etibar etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə, hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2ci maddəsi tətbiq olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 iş yoldaşı olmaqla, aralarında etibarlı münasibətlər formalaşmışdır. İddiaçı cavabdehə ona Gürcüstan Respublikasından avtomobil alıb gətirməsi üçün pul, eyni zamanda etibarnamə vermişdir. Lakin cavabdeh avtomobili gətirsə də, onu iddiaçıya təhvil verməmiş, iddiaçının xəbəri olmadan avtomobili digər cavabdeh X2, həmçinin nəqliyyat vasitəsini idarəetməsi üçün həmin şəxsə etibarnamə vermişdir. Bundan xəbər tutduqdan sonra iddiaçı Cavabdeh1 verdiyi etibarnaməni ləğv etmiş və cavabdehlərdən mülkiyyətində olan nəqliyyat vasitəsinin təhvil verilməsini tələb etmişdir. Lakin hazırkı vaxtadək avtomobil iddiaçıya qaytarılmamışdır. Cavabdeh X4 bildirməsinə görə, həmin avtomobil onun həyətindədir və istifadəyə yararsız vəziyyətdədir. Yekun olaraq, iddia predmeti olan 2007ci il buraxılışlı, Opel Astra G minik markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsini iddiaçıya qaytarmamalarına Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və X3 2007-ci il buraxılışlı, “Opel Astra G minik” markalı, **-RY-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında qəbzlərdən görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu, eyni zamanda 120 manat vəkil xidmət haqqı ödənilmişdir. Məhkəmə, iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməklə, onlardan iddiaçının xeyrinə müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X3 2007-ci il buraxılışlı, “Opel Astra G minik” markalı, **- RY-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi alınaraq, İddiaçı verilsin. İş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməklə, onlardan müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat hüquqi xidmət haqqının əvəzi olaraq, cəmi 220 manat (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5425/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5425/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver