Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5433/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölümün qeyd edilməsi faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölümün qeyd edilməsi faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1954-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində vəfat etmiş X4nun ölümünün qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi olaraq o, Ərizəçi Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində xx.xx.1961-ci il tarixdə anadan olmuş, qəsəbənin N.Əsgərov küçəsi ev 11 ünvanında yaşayır. X2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində xx.xx.1995-ci il tarixdə vəfat etmiş və bu barədə Azərbaycan Respublikası, Sabunçu rayonu, Nardaran qəsəbəsi üzrə SRİHBİ tərəfindən xx.xx.1996-cı il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. X4 1883-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində anadan olmuş və 1954-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində vəfat etmişdir. Lakin onun ölümünün qeydə alınması Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən aparılmamış və ölüm haqqında şəhadətnamənin verilməsi təmin edilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi inzibati ərazisində yerləşən altı desyatinə bərabər istifadəsində olan torpaq sahəsi hazırda qanun üzrə vərəsə Ərizəçi miras qalmış, sözügedən miras əmlakın ərizəçinin ulu babası X11 məxsus olması barədə Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 9/223 nömrəli xx.xx.2005-ci il tarixli arxiv arayışı ilə öz təsdiqini tapmış və faktiki istifadəsindəki miras əmlakı - bağ torpaq sahəsinin faktiki qəbul etməyi və bağ torpaq sahəsinin Azərbaycan Respublikası MM- nin 1252-ci maddəsinin tələblərinə əsasən, irsi transmissiya üzrə qəbulu ilə bağlı Bakı şəhəri 17 saylı Notariat Ofisində açılmışdır. Vərəsəlik işi üzrə miras qoyanla qanun üzrə vərəsə arasındakı qohumluq münasibətlərinin müəyyən edilməsindən irəli gələn aidiyyatı sənədlərin dövlət qeydiyyatının aparılmaması səbəbilə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Faktiki qəbul edilmiş miras əmlak üzərində qanun üzrə vərəsəlik hüququ institutunun ehtiva etdiyi imperativ xarakterli maddi hüquq normalarının vərəsəyə vermiş hüququ çərçivəsində miras əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün notariat ofisindən tələb edilən sənədlərin əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə və o cümlədən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət edilmişdir. Lakin Azərbaycan Respublikası NK-nin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 saylı Qərarının 8.5-ci bəndinə istinad etməklə X9 ölümünün qeydə alınmasından 3-16-5/8-151046/2023 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Sonradan ərazi poliklinikasına müraciət edilmiş olsa da, şəxsin ölümü haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Bu səbəbdən 1883-cü il tarixdə Bakı şəhəri, Nardaran kəndində doğulmuş və 1954-cü il tarixdə Azərbaycan SSR-nin, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində vəfat etmiş X4nun ölüm haqqında şəhadətnaməsinin alınması başqa qaydada mümkün olmamış və şəxsin ölümünün qeydə alınması alınması yalnız məhkəmə aktı əsasında həyata keçirilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi, vəkili Vəkil ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan OK-İİ 804739 saylı pasportun surətindən görünür ki, X10 1925-ci ildə doğulmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-DA/3-01441/2023 nömrəli arayışdan görünür ki, 1928-1943-cü illərə dair Bakı şəhəri Lenin (sabunçu) rayonu üzrə doğum haqqında bərpa kitablarında X5 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-TA/2-00470/2023 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin Bakı qradonaçalkinliyinin Naradran kəndi üzrə istifadələrində həyətbaşı miras qalmış nadel torpaq və bağları olan kənd sakinlərinin xx.xx.1913-cü ilə dair saiyahılarından məlum olur ki, Bünyat X1 altı desyatinə bərabər olan torpaq sahəsinin sahibi olmuşdur. İstifadəsində olan torpaq ona miras qalmışdır. İş materiallarında olan qəbrə dair fotoşəkillərin surətindən görünür ki, X16 1883- 1954-cü illərdə yaşamışdır. AЗ 065300 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə doğulmuşdur. X2, X6r. İV ЖГ 432337 тхькэдш хlüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X12 xx.xx.1995-ci il tarixdə ağ ciyər ödəmindən ölmüşdür. “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X29 Bakı Baş Səhiyyə Mərkəzi Nardaran Sağlamlıq Mərkəzinin 449 nömrəli, 22 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Nardaran qəsəbəsi ev 11 ünvanında 1954-cü il tarixdə vəfat etmiş X9 Nardaran Sağlamlıq Mərkəzi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməsi aşkarlanmamışdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, XX.XX.1954-cü il tarixdə Bakı şəhərində vəfat etmiş X9 ölüm haqqında həkim şəhadətnaməsi olmadığından, ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarın surətindən görünür ki, Ərizəçi ilə X30 Məmməd ilə qohumluq faktının müəyyən edilməsi və ölüm haqqında şıhadətnamə verilmədiyindəm vərəsəlik üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasa şahid qismində dəvət edilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun anasının əmisi nəvəsidir. O, ərizəçinin X4 görmüşdür. Həmdulla Məmmədov ərizəçinin atası, Şükür Məmmədov isə babası olmuşdur. O, Nardaran qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasa şahid qismində dəvət edilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşdır. Ona babasının adı X15 olmuşdur. O, babasını görməmiş, 1954-cü il tarixdə babası ölmüş, 1955-ci il tarixdə isə o doğulmuşdur. Babası Nardaran qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi məhkəməyə müraciət edərək 1954-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində vəfat etmiş X4nun ölümünün qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsədə, o, X9 onun babası olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəməyə ərizəçiyə izah edərək bildirir ki, nə qədər ki, X9 onun babası olmasını təsdiq edilməsi halı müəyyən edilməyib, ərizəçinin hazırki tələb ilə məhkəməyə müraciət hüququ olmadığından, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölümün qeyd edilməsi faktının müəyyən olunması” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5433/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5433/2023
25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver