Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5434/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X5, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi X10 Maraqlı şəxs qeyd edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək Fətəli İmaməli oğlunun 1945-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum alası X15 ilə anası X16 xx.xx.1984-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.1985-ci il tarixdə ərizəçi doğulmuşdur. X3 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Yaşadığı ev mərhum atası X11 babası X12 arvadı X6 atası X13 adına olmuşdur. Hazırda yaşadığı evin öz adına sənədləşdirilməsi üçiin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət elmiş, lakin həmin orqan sözügedən evi onun adına sənədləşdirilməsindən imtina etmiş və imtinanın da səbəbi o olmuşdur ki, qohumluq münasibətlərini təsdiq edaən sənəd əlavə edilməmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ei il tarixli. 2(008)-1891/2022 №-li qətnaməsi ilə X3 xx.xx.2018-ci il tarixdə ölmüş X3nun babası olması faktı müəyyən edilmişdir. Lakin Reyestr Xidməti sözügedən evi ərizəçinin adına sənədləşdirilməsindən imtina etmiş va imtinanın da və imtinanın da səbəbi o olmuşdur ki, X10 və X12 ölümü haqqında sənəd təqdim edilməmişdir. Mərhum X3nun babası X17 isa 1945-ci ildə ölmüş və qəbri Nardaran qəbristanlığında aşkar edilməmişdir. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərərk, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri, Sabunçu rayonu, nardaran qəsəbəsi, Səfxani küçəsi, ev 9-da qeydiyyatdadır (17198243 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Ərizəçi adına verilmiş İİİ-JQ seriyalı 310741 №-li doğum haqqında şəhadətnamədən onun atasının X15, anasının X16 olduğu görünür. Ərizəçinin valideynləri X15 və Məlikova (Vəliyeva) Kəmalə Raşid qızı nikahlarını xx.xx.1984-cü il tarixdə bağlamışdılar. Ərizəçinin X3 xx.xx.1954-cü il tarixdə doğulmuşdur, onun atası X18, anası Səriyyə Fətəli qızıdır (İJ seriyalı 175776 №-li doğum haqqında şəhadətnamə). Ərizəçinin X3 xx.xx.2018-ci il tarixdə ölmüşdür (AZ-İ seriyalı 933890 №-li ölüm haqqında şəhadətnamə). Sabunçu rayon Məhkəməsinin 2(008)-1891/2022 №-li iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli. qətnaməsi ilə Fətəli İmaməli oğlunun Ərizəçi xx.xx.2018-ci il tarixdə ölmüş X3nun babası olması faktı müəyyən edlmişdir. Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu və Pirallahı rayonları üzrə qazisi X22 tərəfindən X12 1973-cü il tarixdə öldüyü və Nardaran qəbristanlığında dəfn olunduğu, qəbrinin mövcud olduğu, X10 qəbrinin Nardaran qəbristanlığında aşkar olunmadığı barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən ərizəçinin vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, D.Məliyovun və F.Əliyevin ölümünə dair məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsini Dövlət Tarix Arxivi tərəfindən F.D.Məlikova 31.05.05-ci il tarixdə verdiy arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərində Bakı qradonaçalnikliyinin Nardaran kəndi üzrə istifadələrində həyətbaşı miras qalmış nadel torpaq və bağları olan sakinlərinin 1913-cü ilə dair siyahılarından məlum olur ki, X1 üç desyatinə bərabər olan torpaq sahəsinin sahibi olmuş, həmin torpaq ona miras qalmışdır. X2 (uzaq qohum), X14 (ərizəçinin əmisi oğlu), X8 (ərizəçinin əmisi) X10 1945-ci ildə Bakı şəhərində ölməsi faktı təsdiq etdilər. Hazırda ərizəçi X10 1945-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələlələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarlarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisəsi tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qanunun 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Ərizəçi tibb müəssisəsinin “Ölüm haqqında tibbi şəhadətnamə’'nin verilməsindən imtina edilməsi barədə arayış təqdim etməmişdir. Məhkəmə hesab edir ki, 1945-ci ildə ölmüş şəxs barədə belə bir şəhadətnamənin verilməsi barədə tibb müəssisəsinə müraciət etməsi formal xarakter daşıyar, belə ki, belə bir şəhadətnamənin verilməsinin mümkün olmaması əvvəlcədən bəllidir. Qeyd olunanlara əsasən məhkəmə ərizənin təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Fətəli İmaməli oğlunun 1945-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5434/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5434/2023
26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver