Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5435/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı “Asan xidmət” X3nə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı “Asan xidmət” X3nə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu ildə Gədəbəy rayonunda anadan olmuş atası X2 13 sentyabr 2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, atası xx.xx.1959-cu ildə Gədəbəy rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əjdər İbrahimov küçəsində yaşayan X5 yaşadığı ünvanda 13 sentyabr 2023-cü il tarixində vəziyyətinin pis olduğunu və özündə olmadığını görüb Təcili və Təxirəsalınmaz Tibb yardım stansiyasına müraciət etmişlər. Həkim briqadası hadisə yerinə gəldi və atasının artıq öldüyün bildirib ölüm haqqında xəbərdarlıq vərəqəsi verib getdilər. Atasını Məmmədli kənd qəbiristanlığında dəfn etmişlər. Onlar ölüm şəhadətnaməsi almaq üçün ərazi aidiyyatı üzrə Azərbaycan Respublikası TƏBİB Bakı Baş Səhiyyə Mərkəzi” X7 21 nömrəli şəhər polikilinkasına müraciət etmişlər. xx.xx.2024-cü il tarixli, 212 saylı cavab məktubunda verilmiş arayışda atası X2 poliklinikaya müraciəti olmadığı səbəbindən “Ölüm haqqında tibbi şəhadətnaməsinin yazılması səlahiyyətləri xaricində olduğunu qeyd etdilər. Bundan sonra ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmişlər və onlara xx.xx.2024-cü il tarixində verilmiş 3-16-5/8-10-928/2024 saylı Arayışda “Ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməli olması və məhkəməyə müraciət etməyini tövsiyə etdilər. Məmmədli bələdiyyəsinin dəfn barədə 90 saylı 03 iyun 2024-cü il tarixli və Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1926- 5-18-10/2-1976/24 saylı, xx.xx.2024 -cü il tarixli arayışını da ərizəsinə əlavə edir. Atasının 64 yaşı var idi. Yaşlı xəstə adam idi. Onlara verilmiş imtinalardan sonra məhkəməyə ölüm faktının təsdiqi üçün müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda sənədləşmə işləri üçün ölüm haqqında şəhadətnamə onlara vacibdir. Ona görə də məhkəməyə müraciət etmişlər. Atasının Bakı şəhərində ölməsi faktı təqdim etdiyi rəsmi sənədlərlə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” X3 məhkəməyə məktubla müraciət edərək iş yükünün çoxluğundan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin edə bilmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsə 5 saylı Bakı “ASAN Xidmət” X1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xidmət” X3 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 3-16-5/8-10-928/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildiririk ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinizə görə ölümün dövlət qeydiyyatının tərəfimizdən aparılması mümkün olmamışdır. - Azərbaycan Respublikasi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Baki Baş Səhiyyə Mərkəzi” X8 “21 Nömrəli Şəhər Poliklinikasi”nın 13 may 2024-cü il tarixli, № 212 saylı məktubundan görünür ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Yeni Məhəllə ünvanında yaşamış 1959-cu il təvəllüdlü X2 poliklinikaya müraciət olmadığı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” yazılması onların səlahiyyəti xaricindədir. - BŞT və TTYS Yardım Stansiyasının 12 saylı bölməsinin xx.xx.2023-cü il tarixli Xəbərdarlıq vərəqəsindən surətindən görünür ki, Bakı şəhəri Zabrat İ yeni sahə ünvanına həkim gələnə kimi X4 məxsus kişi cinsli meyit aşkar edilmişdir. Aze ********* seriyalı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyəqt vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1959-cu il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 ərizəçinin atası olmuşdur. O, xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə doğulmuş X2 xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5435/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5435/2024
16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver