Məhkəmə qərarları › İş №2(008)-5444/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5444/2023

10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5444/2023 10.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, ƏƏSMN Yanında Sosial Xidmətlər Agentliyi nəzdində “X1 şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi”-nin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi ƏƏSMN Yanında Sosial Xidmətlər Agentliyi nəzdində “X1 şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi”-nin maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə olmaqla “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ƏƏSMN Yanında Sosial Xidmətlər Agentliyi nəzdində “X1 şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi” ərizə ilə məhkəməyə mürciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 rəyini nəzərə alaraq Firdovsi Əsədullayevin doğum tarixi şərti olaraq xx.xx.2016-cı il tarixi, doğum yeri Azərbaycan Respublikası, eyni zamanda valideyinlərin naməlum olması göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, X3 Biriliyi sığınacaq mərkəzi tərəfindən X1 şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiya şöbəsinə xx.xx.2022-ci il tarixində Firdovsi Əsədullayev (ad və soyad şərti olaraq verilmişdir) yerləşdirilmişdir. Onun doğum faktının müəyyən edən hər hansı sənəd aşkar edilməmişdir. Doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə alınması ilə bağlı hüquqi yönümlü işlər aparılır. Azərbaycan Uşaqları İçtimai Biriliyi sığınacaq mərkəzinə azyaşlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən tapılaraq yerleşdirilmiş, xx.xx.2021-ci il tarixində tərtib olunmuş aktdan və Polis İdarəsi tərəfindən vərilən məktubdan azyaşlının valideyinlərinin naməlum olduğu məlum olur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə verilən sorğuya cavab olaraq bildirilmişdir ki, azyaşlının yaşı 7-7,5 müəyyən edilmişdir. Maraqlı şəxsnə verilən doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə alınması ilə bağlı sorğuya cavab məktubunda qeyd olunan tələbdən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X6 ərizəni müdafiə edib məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 093-18 nömrəli Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağının rəhbəri xanım Kəmalə Ağazadəyə müraciət məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Yasamal rayonu, C.Cabbarlı küçəsi ilə Naxçivani küçəsinin kəsişməsində “Rahib” adlı kimsəsiz oğlan uşağı olması aşkar edilərək Yasamal RPİ-nin 27-ci PB-nə gətirildiyindən, həmin azyaşlı uşaq valideyinləri tapılanadək sığınması üçün aidiyyəti üzrə Azərbaycan Uşaqları İçtimai Biriliyi sığınacaq mərkəzinə göndərilib. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə verilən sorğuya cavab olaraq bildirilmişdir ki, azyaşlının yaşı 7-7,5 müəyyən edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-16-975/2023 nömrəli cavab məktubunda 7-7,5 yaşlı Əsədullayev Firdovsinin doğum faktının müəyyən edilməsi və doğumun qeydə alınması haqqında bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2023-cü il 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.4.5. bəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkiminin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməli olduğunu bildirmişdilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 rəyini nəzərə alaraq Firdovsi Əsədullayevin doğum tarixi şərti olaraq xx.xx.2016-cı il tarixi, doğum yeri Azərbaycan Respublikası eyni zamanda valideyinlərin naməlum olması göstərilməklə doğum faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan doğum faktının müəyyən edilməsi ərizəçinin hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi və təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyindən, ƏƏSMN Yanında Sosial Xidmətlər Agentliyi nəzdində X1 şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin hazırkı ərizəsi təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 rəyini nəzərə alaraq Firdovsi Əsədullayevin doğum tarixi şərti olaraq xx.xx.2016-cı il tarixi, doğum yeri Azərbaycan Respublikası, eyni zamanda valideyinlərin naməlum olması göstərilməklə doğum faktının müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Firdovsi Əsədullayevin adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar