Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5444/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras qoyanın vərəsəsi kimi tanınması fakının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras qoyanın vərəsəsi kimi tanınması fakının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi babası, X16 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakı (Sallaqxananı) faktiki olaraq qəbul etdiyi və miras qoyanın vərəsəsi kimi tanınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi miras qoyanın, xx.xx.1921-ci il tarixdə vəfat etmiş X20 nəvəsidir. Ərizəçi halhazırda ünvan 2 ünvanında pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə "Bakı quberniya idarəsi" fondunun 1905-ci ilə dair "Sallaqxananın tikilməsi barədə" sənədlərindən məlum olur ki, 16 avqust 1905-ci il tarixli Qərara əsasən X20 adına Maştağa kəndində sallaqxananın inşa edilməsinə icazə verilmişdir. Həmçinin "Bakı qradonaçalnikinin dəftərxanası" fondunun Bakı vergi idarəsinin Maştağa kənd sakinlərindən 1910-cu ilə dair vergi yığımı sənədlərində Maştağa kənd icmasının kənd sakinlərindən töycü vergisi, torpaq rüsumu və hərbi vergi tutulması barədə 30 iyun 1911-ci ilə dair qərarından məlum olur ki, X20 Maştağa kəndində evi olmuşdur. X20 bir oğlu və iki qızı olmuşdur. Övladları və qız övladlarından olan nəvələri də vəfat etmişlər. Azərbaycan Respublikası Dövlət Arxivinin 12 mart 2018-ci il tarixli H-14 Ns li Arxiv Arayışında Ərizəçi atası X1 1921-ci ilin İİ yarımilliyində doğulması və atasının H.Dadaş Həsən oğlu, anasının Səriyyə Abasqulu qızı olması qeyd edilmişdir. X20 vəfatından sonra ünvan 1 ünvanında yerləşən "Sallaqxana"nı həyat yoldaşı, Səriyyə Abasqulu qızı və yetkinlik yaşına çatandan sonra, 1990-cı ilə qədər X2 idarə etmişdir. 1990-cı ildən iri və xırda buynuzlu malqaralar, dəvələr ət və ət məhsulları satan mağazaların qarşısında kəsildiyindən Sallaqxana fəaliyyətini dayandırdı. 1990-cı ildə ünvan 1 ünvanında yerləşən "Sallaqxana"nın təyinatı dəyişdirilmiş, şirniyyat sexi yaradılmış, şirniyyat sexi 2006-cı ilə qədər fəaliyyət göstərmiş, 2006-cı ildə X1 vəfatından sonra "Sallaqxana" Ərizəçi sahibliyində və istifadəsindədir. Maştağa rayon VVAQ şöbəsinin xx.xx.1948-ci il tarixli, 180-80 nömrəli qeydi ilə verilmiş evlənmə haqqında şəhadətnaməsindən görünür ki, X2 ilə Məlakə Əjdər qızı arasında rəsmi nikah bağlanmışdır. Bu nikahdan xx.xx.1951-ci il təvəllüdlü X12, xx.xx.1954-cü il təvəllüdlü X6, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi, xx.xx.1962-ci il təvəllüdlü X7 və xx.xx.1964-cü il təvəllüdlü X8 anadan olmuşdur. xx.xx.1957-ci il tarixdə Maştağa rayon VVAQ şöbəsi tərəfindən verilmiş İ-HE Ne 300666 saylı doğum haqqında şəhadətnamədə Ərizəçi «atası» qrafasında X3, «anası» qrafasında X15 qeyd edilmişdir. Ərizəçi vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 01 iyun 2024-cü il tarixdə 17 saylı Notariat Ofisinə rəsmi müraciət etmiş, lakin 14 iyun 2024-cü il tarixdə müraciətinə imtina verilmişdir. İmtinaya səbəb kimi qanunla müəyyən edilmiş vərəsəliyin qəbuluna dair müddətin buraxılması, vərəsəliyin faktiki qəbulu ilə bağlı sənəd təqdim edilməməsi qeyd edilmiş, vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Vərəsələr faktiki olaraq miras əmlakı qəbul etmiş və idarə etməyə başlamışlar və odur ki, vərəsələr mirası faktiki surətdə idarə etməyə başladıqları və mirasa yiyələndikləri üçün onlar mirası qəbul etmiş hesab edilməlidirlər. Belə olan təqdirdə hər hansı bir vərəsənin qanunla müəyyən edilmiş altı aylıq müddəti ötürməsindən söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən ərizəçi izahat verərək bildirmişdir ki, sözügedən miras əmlak babası X22 məxsus olmuşdur. X26 1921-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra sallaqxananı atası Hacıbala qəbul etmişdir. Atası 2006-cı il tarixdə vəfat etmişdir. Onun 3 qardaşı və bir bacısı vardır. Qardaşları və bacısı hazırda sağdır. Mübahisə predmenti olan sallaqxandan əvvəlcə nənəsi daha sonra isə atası istifadə etmişdir. Lakin atasının sözügedən sallaqxananı qəbul etməsinə dair konkret sübut yoxdur. Atasının bacı qardaşları çox olmuşdur lakin atasının bütün bacı qardaşları ölmüşdür. Hazırda sallaqxanadan heç kim istifadə etmir. Qardaşları və bacısının sözügedən əmlakı qəbul etməkdə marağlı olmamışdır. Sözügedən sallaqxananı sonuncu atası istifadə etmişdir. Ondan sonra həmin ünvanda hər hansı fəaliyyətlə məşğul olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmş maraqlı şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin yeri və vaxtı barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə işin hallarını tam araşdıraraq və işdə olan sübutları əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, imtina qərarındandan görünür ki, Ərizəçi babasından qalmış miras əmlakın faktiki qəbuluna və vərəsəliyin qəbuluna dair heç bir sənəd olmadığından vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 300666 nömrəli doğum haqqında şəhadətnaməmim surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə doğulmuş, atası X4, anası isə X10r. Azərbaycan Respublikası Dövlət Arxivinin 71-14 nömrəli, xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1937-cü ilə dair Bakı şəhəri Maştağa qəsəbəsi üzrə doğum haqqmda bərpa kitablarmda 1921-c ilin İİ yarımilliyində doğulan Həsənov Hacıbala (sənəddə olduğu kimi) H.Dadaş (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atas H.Dadaş Həsən oğlu, anası Səriyyə Abasqulu qızı olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 3-48-TA/2-H-00313/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı quberniya idarəsi” fondunun 1905-ci ilə dair “Sallaqxananın tikilməsi barədə" sənədlərindən məlum olur ki, 16 avqust 1905-ci il tarixli qərara əsasən X20 adına Maştağa kəndində sallaqxananın inşa edilməsinə icazə verilmişdir. həmçinin “Bakı qradonaçalnikinin dəftərxanası” fondunun Bakı vergi idarəsinin Maştağa kənd sakinlərindən 1910-cu ilə dair vergi yığımı sənədlərində Maştağa kənd icmasının kənd sakinlərindən töycü vergisi, torpaq rüsumu və hərbi vergi tutulması barədə 30 iyun 1911-ci ilə dair qərarından məlum olur ki,X20 Maştağa kəndində evi olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ 412268 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1921-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə, 1016 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ 196239 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə, 704 nömrəsi ilə qeydə alınmışdır. Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Məlakə Əjdər qızı xx.xx.1948-ci il tarixdə nikaha daxil olmuşlar, 184-80 nömrəsi ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ 545800 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə, 233 nömrəsi ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1951-ci il tarixdə X12 doğulmuşdur, atası X4, anası isə X10r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1954-cü il tarixdə doğulmuş, atası X4, anası isə X10r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1962-ci il tarixdə doğulmuş, atası X4, anası isə X10r. Doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1964-cü il tarixdə doğulmuş, atası X4, anası isə X10r. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1019-cu il tarixli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin Qərarın 10.1-ci bəndində qeyd edilmişdir ki, Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində qeyd edilmişdir ki, Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə baxışı zaman müəyyən edilmişdir ki, X26 ərizəçinin babası olmuşdur. Mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin babasın 1905-ci il tarixdə Maştağa qəsəbəsində Sallaqxana tikilməsinə icazə verilmişdir. Ərizəçinin babası xx.xx.1921-ci il tarixdə vəfat etmişdir. Hazırda ərizəçi məhkəməyə müraciət edərək babasından miras qalmış əmlakın faktiki qəbul edilməsini məhkəmədən xahiş etsədə, ərizəçi miras əmlakı olan sallaqxananın nə onun tərəfindən, nədəki babası öldükdən sonra ərizəçinin atası tərəfindən qəbul edilməsini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Bundan başqa məhkəmə əriəznin “miras qoyanın vərəsəsi kimi tanınması faktının müəyyən edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırki işdə ilk öncə miras qoyanın vərəslərinin h(əmçinin ərizəçinin atasıda daxil olmaqla) dirəsi müəyyən edilməli, yəni miras əmlakının ərizəçinin atası tərəfindən qəbul edilməli halı müəyyən edilməli, bundan sonra ərizəçinin atasından qalmış əmlakın üzrə miras qoyanın vərəsəsi olması müəyyən edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin miras əmlakı faktiki qəbul etməsi halı mülki iş üzrə təqdim edilmiş sənədlərdən sübuta yerinə yetirilmədiyindən ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi : Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras qoyanın vərəsəsi kimi tanınması fakının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5444/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5444/2024
09.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver