Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-545/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat kompensasiya ödənilməklə, onun və azyaşlı övladı xx.xx.2009-cu il tarixdə doğulmuş X2 iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 943F ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etimişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak ona məxsusdur. Fərdi yaşayış evi 0,0179 ha torpaq sahəsi üzərində yerləşir, 3 otaqdan ibarətdir, ümumi sahəsi 71,80 kv. m.-dir, yaşayış sahəsi 48,80 kv. metrdir. Həmin əmlakı X3 adlı bir vətəndaşdan almışdır. Mənzilə Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə, onun cavabdehə qarşı evə köçürülmə və evdən çıxarılma barədə iddia tələbi qismən təmin edilməklə köçürülmüşdür. Cavabdeh onun keçmiş ailə üzvüdür. Hazırda birgə yaşayışları mümkün deyil və kompensasiya verməklə cavabdehin övladı ilə birikdə mülkiyyətində olan evdən çıxarılması zərurəti yaranmışdır. Hesabatdan görünür ki, həmin ərazidə mənzilin aylıq kirayə haqqı 150 manat təşkil edir. Məhkəmə baxış iclasında tərəflər məhkəməyə ərizə ilə müraciət edərək hazırkı mülki işdə olan mübahisə üzrə aralarında əldə olunmuş aşağıdakı məzmunda barışığın təsdiq edilməsini xahiş etdilər.
1. İddiaçı 12000 manat məbləğində kompensasiya ödəməyə razıdır.
2. Cavabdeh 12000 manat məbləğində kompensasiya almağa razıdır.
3. 10000 manat xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi Vəkil tərəfindən məhkəmə zalında Cavabdeh ödənilir.
4. 10000 manat xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən qəbul edilir.
5. 2000 manat xx.xx.2024-cü il tarixədək İddiaçı tərəfindən Cavabdeh ödəniləcək.
6. 2000 manat xx.xx.2024-cü il tarixədək İddiaçı tərəfindən Cavabdeh ödənilən gün Cavabdeh azyaşlı oğlu ilə mübahisəli evdən çıxacaq.
7. 2000 manat xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh ödənilməyənə qədər Cavabdeh evdən çıxmayacaq.
8. 12000 manat kompensasiya İddiaçı tərəfindən Cavabdeh tam şəkildə ödəniləndən və Cavabdeh azyaşlı oğlu ilə mübahisəli evdən çıxandan sonra tərəflərin arasında mübahisəli evə dair bir-birinə qarşı hər-hansı bir iddiası olmayacaq. Məhkəmə iclasında iştirak edən hər iki tərəf barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və barışıq sazişini araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.
1. İddiaçı 12000 manat məbləğində kompensasiya ödəməyə razıdır.
2. Cavabdeh 12000 manat məbləğində kompensasiya almağa razıdır.
3. 10000 manat xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi Vəkil tərəfindən məhkəmə zalında Cavabdeh ödənilir.
4. 10000 manat xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən qəbul edilir.
5. 2000 manat xx.xx.2024-cü il tarixədək İddiaçı tərəfindən Cavabdeh ödəniləcək.
6. 2000 manat xx.xx.2024-cü il tarixədək İddiaçı tərəfindən Cavabdeh ödənilən gün Cavabdeh azyaşlı oğlu ilə mübahisəli evdən çıxacaq.
7. 2000 manat xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh ödənilməyənə qədər Cavabdeh evdən çıxmayacaq.
8. 12000 manat kompensasiya İddiaçı tərəfindən Cavabdeh tam şəkildə ödəniləndən və Cavabdeh azyaşlı oğlu ilə mübahisəli evdən çıxandan sonra tərəflərin arasında mübahisəli evə dair bir-birinə qarşı hər-hansı bir iddiası olmayacaq. İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən məhkəmə iclasında Cavabdeh 10000 manat pulun verildiyi nəzərə alınsın. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Tahirə Əsədova