Məhkəmə qərarları › İş №2(008)-5450/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5450/2024

18.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5450/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, iddiaçı X1 cavabdeh X3 qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı X5 cavabdeh X3 qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvansız evdən cavabdeh X4 məxsus yataq dəsti (qoşa yataq, hündür iki qapılı dolab, tumhoçka - 2 ədəd, tremo (güzgülü), tremo üçün stul), "Embaood" markalı olan qorka, komod güzgülü) - televizor qoymağada imkanı olan, 6 ədəd oturacaq stulu, şüşəli jurnal masa, Türkiyə istehsalı olan xalça (qırmızı-sarı- 3 mX2 m), Türkiyə istehsalı olan xalça (göy-sarı -3mX 2m), 2 ədəd çilçıraq, iri divar saatı. "LG" markalı (6kq-lıq) paltaryuyan maşın, 1 ədəd güldan (böyük), soyuducu (ağ rəngdə) və digər şəxsi əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iş materiallarından görünür ki Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1636/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə hazırki sözügedən əşyaların X4 qaytarılması qət edilmişdir. Həmçinin iş matriallarından da görünür ki, hazırki mülki iş üzrə iddiaçı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1636/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsində cavabdeh ata-oğludur. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, hazırki iddia tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1636/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə icra edilməli olan hərəkətlərin edilməməsi səbəbindən meydana gelmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsindən məhkəmədə baxılmamalı olması əsası ilə imtina edilməlidir. Belə ki, hazırki tələb Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1636/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin icra edilməmsi ilə əlaqədar olduğundan, hazırki tələbə müstəqil iddia ərizəsi formasında baxıla bilməz. Ərizəçiyə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1636/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı ərizə formasında icra orqanına və ya adiyyatı üzrə məhkəməyə müraciət edə bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı X1 cavabdeh X3 qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən iddiaçı X5 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu büdcədən iddiaçı X2 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar