Məhkəmə qərarları › İş №2(008)-5466/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5466/2025

23.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5466/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 Seyfəddin oğlunun sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında (videogörüntülü çəkilişlər qeydə alınmaqla) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizənin mahiyyəti: Ərizəçi maraqlı şəxs qismində Sabunçu Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 ölüm faktının müəyyən edilməsi və onun ölümü haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, əri X6 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. O, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2şamışdır. Onunla mərhum X6 arasında 06 avqust 1984-cü il tarixdə nikah bağlanmışdır. xx.xx.2025-ci il tarixdə X1 nahiyəsində göynəmələr olduğunundan və özünü pis hiss etdiyindən Təcili və X5 Stansiyasına zəng edilmişdir. Lakin təcili tibbi yardım briqadası gələnədək X6 vəfat etmişdir. Təcili və X5 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 14:46-da çağırışa xidmət edən 6 saylı bölmənin təcili tibbi yardım briqadasının həkimi T.Quliyeva gəlmiş və həkimə qədər ölüm baş vermişdir. X4 18 iyul 2025-ci il tarixli A-131 nömrəli Arayışından görünür ki, X6 xx.xx.2025-ci il tarixdə Yeni Suraxanı qəsəbə qəbristanlığında dəfn edilmişdir. X2 ölümü haqqında tibbi şəhadətnamə almaq üçün onun qeydiyyatı üzrə Bakı şəhəri 26 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Müraciətinə Bakı şəhəri 26 nömrəli Şəhər Poliklinikasının 2 iyul 2025-ci il tarixli 18-1-1-92/2-336/2025 saylı arayışı ilə cavab olaraq bildirilmişdir ki, vəfat etmiş şəxs 26 nömrəli Şəhər Poliklinikasına xəstəliyi ilə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq polklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə mərhum ərim X3 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-1348/15 saylı məktubu ilə müraciətimin müsbət həllindən imtina edilərək bildirilmişdir ki, Azerbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasi"nin 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildiririk ki, bu qaydaların 8.5-ci bəndinə asasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X3 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiklərindəb ölum faktının müəyyen edilməsi üçün aidiyyətı üzrə məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Qeyd olunanları nəzərə alaraq, X2 ölüm faktının qeydiyyata alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın dəqiqləşdirilməsi: Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, bu faktın müəyyən edilməsi vərəsəlik hüquqların həyata keçirilməsi üçün lazımdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Xəlil onun qardaşıdır və yeddi uşaq olublar. Elza ilə evlənmişlər və ürək xəstəliyindən əziyyət çəkirdi. Daha sonra isə ürəyi ilə bağlı vəfat eləmişdir və dəfnində iştirak etmişlər. Mülki işin materialları: -İİ-SL seriyalı, 358969 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X6 xx.xx.1964-cu ildə nikahlarını bağlamışlar. -Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 1348/2025 saylı məktubdan görünür ki, X3 ölümü ilə bağlı ölüm haqqında həkim şəhadətnaməsi təqdim olunmadığından ölümün qeydə alınmasından imtina edilmiş və şəxsin məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Azərbaycan Respublikası TƏBİB-nin “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-inin 26 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-1-92/2-336/2025 nömrəli arayışdan görünür ki, vəfat etmiş şəxsin 26 nömrəli şəhər Poliklinikasına xəstəliyi ilə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaqxəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyinə görə tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. -Bakı şəhəri, Suraxanı rayonu, Yeni-Suraxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, A-131 nömrəli arayışdan görünür ki, X6, həqiqətən də, xx.xx.2025-ci il tarixdə vəfat etmiş və xx.xx.2025-ci il tarixində Yeni-Suraxanı qəsəbə qəbiristanlığında dəfn edilmişdir. -xx.xx.2025-ci il tarixli, 0903 nömrəli Təcili və X5 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixində saat 14:46-da xəstə X3 yanına gələn zaman həkimə qədər ölüm baş vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı:

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, ölüm faktının müəyyən edilməsinə dair ərizə yanlız şəxsin yaxın qohumları tərəfindən o halda verilə bilər ki, ölüm haqqında tibbi şəhadətnamə olmasın və iş materiallarına onun alına bilməməsinin səbəbləri barədə sübutlar əlavə edilsin. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi X3 arvadıdır və o, tibbi şəhadətnamə ala bilməmiş və ala bilməməsi barədə sübutları məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin ölüm faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcud olmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də, ərizəçinin əri X6 xx.xx.2025-ci il tarixində ünvan 3 ünvanda vəfat etmişdir. Məhkəmə bu qənaətə gələrkən iş materiallarında olan sübutlara və şahid ifadələrinə əsaslanmışdır. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, X6 xx.xx.2025-ci il tarixində ünvan 3 ünvanda ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixində ünvan 3 ünvanda ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar